Uroloq androloq həkimin qəbuluna nə vaxt getmək lazımdır?
Ümumiyyətlə, hər bir patologiyanın ilkin əlaməti ilə qarşılaşdıqda mütləq həkimə müraciət etmək lazımdır. Androloji xəstəliklərin əsas simptomları aşağıdakılardır:
- Ağrılı sidik ifrazı;
- Cinsi əlaqə zamanı ağrı və diskomfort;
- Zəif libido;
- Sidik kanalından axıntı.
Belə xəstələrdə yanaşı olaraq, yuxululuq və əsəbilik müşahidə olunur. Problemin öz-özünə həll olmasını gözlədikdə və ya qeyri-peşəkar formada müalicə etdikdə vəziyyət daha da ağırlaşır. Sonsuzluq və və ya impotensiya kimi xoşagəlməz fəsadlar meydana çıxır.
Uroloq androloq kimdir?
Uroloq androloq kişilərin cinsiyyət sistemindəki xəstəliklərlə yanaşı intim problemləri də aradan qaldırır:
- Vezikulit – toxum qovuqcuqlarının iltihabıdır. İmmuniteti zəif olan və oturaq həyat tərzi keçirən kişilərdə daha çox qeydə alınır.
- Epididimit – xaya artımının iltihabi xəstəliyidir.
- Sonsuzluq – spermatozoidlərin faizinin və hərəkətliliyinin az olması fonunda yaranır.
- Kondilomatoz – anus nahiyəsində ziyillərin əmələ gəlməsi ilə xarakterizə edilir;
- Varikosel – toxum ciyəsi venalarının genişlənməsi ilə müşayiət olunan xəstəlikdir.
- İmpotensiya – cinsi aktivliyin azalmasıdır.
Uroloq androloq həkimin qəbulu necə keçir?
İlk növbədə xəstədən anamnez (şikayətləri, həyat tərzi və keçirdiyi xəstəliklər haqqında məlumat) toplanılır. Sonra bədən temperaturu ölçülür. Sidik-ifrazat orqanlarına baxış keçirilir, palpasiya (əllə müayinə) edilir.
Böyrək xəstəliyinə şübhə olduqda Pasternatski sınağı (belin yan tərəflərindən döyəcləmə) aparılır. Ağrı yarandıqda sınaq müsbət sayılır. Bu isə böyrəklərdə patologiyanın olmasından xəbər verir.
Urologiya və Andrologiya
Andrologiya və Urologiya bölümünün həkimləri bu növ xəstəliklərin müayinə və müalicəsində gərəkli olan yanaşmanı hər bir pasiyent üçün fərdi təyin edirlər. Müalicəvi və diaqnostik baza ilə təchiz olunmuş urologiya şöbəsi yüksək ixtisaslı uroloq-androloq həkimlərimizin təcrübəsi ilə birgə qısa müddətdə xəstəliklərin səbəbini üzə çıxarmağa və onların effektiv müalicə yollarının müəyyən etməyə imkan verir.
Uro-andrologiya
Müasir urologiyanın aşağıda göstərilən sahələri üzrə geniş şəkildə əməliyyatlar aparılır:
- Flexible intrarenal-Daşların lazerlə litotripsiyası
- Endoskopik internal uretrotomiya (EİU) – sidik kanalı darlıqlarının endoskopik cərrahiyyəsi
- Perkutan Nefrolitotripsiya (PNL) – böyrək daşlarının endoskopik cərrahiyyəsi
- Sistolitotripsiya – sidik kisəsi daşlarının endoskopik cərrahiyyəsi
- Sidik kisəsi törəmələrində transuretral rezeksiya (TUR) və.s
ANDROLOJİ CƏRRAHİYYƏ
- Kişi sonsuzluğunun ən müasir metodlarla cərrahi və konservativ müalicəsi
- Mikroskopik varikoselektomiya
ÜMUMİ UROLOGİYA ( açıq əməliyyatlar )
- Açıq ureterolitotomiya – böyük sidik axarı daşlarında acıq əməliyyat
- Sidik tənasül orqanlarının törəmələrində açıq radikal əməliyyatlar
- Uretroplastika – sidik kanalı darlıqlarında plastik əməliyyat və s.
Urologiya-andrologiya haqqında
Qədim yunan dilindən tərcümədə “andrikos” – kişiyə aid, “logos” isə elm deməkdir. Andrologiya kişi cinsiyyət sisteminin anatomiya, fiziologiyasını, xəstəliklərin diaqnostika, müalicə və profilaktika üsullarını öyrənir. Anatomiya – orqanın quruluşu, fiziologiya onun fəaliyyəti mənasını daşıyır. Avropada andrologiya tibbin ayrıca bir qolu kimi dəyərləndirilir. Bu sahə aşağıdakı məsələlərin həlli ilə məşğuldur:
- Kişi sonsuzluğu;
- Hipoqonadizm – cinsi sistemin quruluş və funksiyasının natamam inkişafı;
- Cinsi funksiyanın pozulması;
- Piylənmə;
- Kişilərdə qocalma ilə əlaqəli problemlər.
Urologiyanın andrologiya ilə yanaşı hansı sahələri vardır?
Urologiya uroginekologiya, pediatrik urologiya-andrologiya, geriatrik urologiya, ftiziourologiya, onkourologiya şöbələrinə bölünür.
- Uroginekologiya – qadınlarda ginekoloji və uroloji xəstəliklərin əlaqəsi haqqında elmdir. Bu tip patologiyalara uretrit, uşaqlıq yolunun disbakteriozu, sistit və s. aiddir.
- Pediatrik urologiya-andrologiya uşaqlarda sidik-cinsiyyət sisteminin xəstəlikləri və anadangəlmə inkişaf anomaliyalarını öyrənir.
- Geriatrik urologiyaya yaşlı insanlarda sidik-cinsiyyət sisteminin xəstəlikləri və yaşla əlaqəli orqanizmdəki dəyişikliklər daxildir.
- Ftiziourologiya – sidik yolları və cinsi orqanların vərəmini öyrənən sahədir.
- Onkourologiya sidik-cinsiyyət sisteminin onkoloji xəstəlikləri ilə məşğul olur.