Botoks qalıcı bir üsuldurmu?
Cərrahiyyədə olduğu kimi qalıcı təsiri olan bir üsul olmadığı üçün təkrarlama ehtiyacı insanın ehtiyaclarına uyğun olaraq təyin edilməlidir. Mimik istifadə dərəcəsinə və dəri tipinin xüsusiyyətlərinə görə tətbiqin müəyyən aralıqlarla təkrarlanması tələb oluna bilər.
Botoks Ağrılı Prosedurdurmu?
Botoks çox incə ucluqlu injektorlarla aparılır. Tətbiqdən əvvəl və sonra anestezik krem və ya buz istifadə edilərək hər hansı bir ağrı və ya ağrı hissinin qarşısı alınır.
Botoksun ziyanı varmı?
Botoks – rəngə, dada və qoxuya malik olmayan və clostridium botulinium adı altında bakteriyalar hasil edən zülal mənşəli neyrotoksindir. Daha aydın dillə desək, bu, müəyyən klostrid tipinin istehsal etdiyi təbiət mənşəli zəhərdir. O, sinir sisteminə – daha dəqiqi isə, bu hüceyrələrdəki zülallara təsir göstərərək, göndərilən siqnalları blok edir. Botox müxtəlif altnövlərə malikdir və bu gün üçün məşhur üzvi zəhərlər içərisində ən güclüsü hesab edilir. Lakin buna baxmayaraq, müasir dövrdə botoksdan tibbi və kosmetoloji məqsədlər üçün geniş istifadə olunur.
Botoks hasil edən bakteriyalar anaerobdur. Yəni onlar yalnız oksigenin az və ya heç olmadığı bir mühitdə çoxalmağa qadirdir. Onlar insan orqanizminə düşərək, vaxtında müalicə olunmazsa, letal sonluqla nəticələnə bilən botulizm xəstəliyi yarada bilər. Bu bakteriyalar üçün oksigen məhv edici olduğundan yoluxma çox vaxt düzgün hazırlanmayan konservlərin, əsasən ev konservlərinin istifadəsi zamanı baş verir. Amma fabrikdə hazırlanan məhsullar da ziyansız deyildir.
Məhz buna görə zəhərlənmədən yayınmaq üçün mütəxəssislər məhsulları termik işləmədən keçirməyi tövsiyə edirlər. Ələlxüsus da heyvan mənşəliləri – bu halda botulizm parçalanıb məhv olur. Doğrudur, bir sıra məlumatlara görə, bu prosesə 20 dəqiqə gedir, işləmə temperaturundan asılı olaraq, çox vaxt açıq konserv bankasını qaynayan suda 30-40 dəqiqə qızdırmaq tövsiyə olunur. Lakin heç bu da botulotoksin zərərindən xilas etmir.
Botoksun yaranma tarixi
Botoks hazırlayan bakteriyanı XIX əsrin sonlarında Hent univetsitetinin alimi Emil van Ermengem 1897-ci ilin dekabrında dəfndə çıxış etmək üçün dəvət olunmuş 34 musiqiçinin zəhərlənməsindən sonra ona göndərilən vetçinanı araşdırarkən kəşf etmişdir. Vetçina ilə birgə alimə vəfat etmiş 3 orkestrantın orqanları da göndərilmişdi. Vetçina və orqanlarda aşkar etdiyini Ermengem Bacillus botulinum adlandırır ki, latıncadan tərcümədə bu, təxminən, “kolbasa basillası” (botulus latın dilində “sosiska, kolbasa”) deməkdir. Sonradan bu ad basilla klostridiyaya ona görə dəyişdirildi ki, onun forması bir qədər milə bənzəyir. Bu dəfə əsas olaraq yunan sözü olan “kloster” götürüldü.
Bu bakteriyanın hasil etdiyi toksinin aktiv öyrənilməsi XX əsrin birinci yarısına təsadüf edir. Daha dəqiq desək, ona xüsusi maraq İkinci Dünya Müharibəsi vaxtı, ABŞ və bir sıra digər ölkələrdə perspektivli bioloji silah kimi ona yatırım qoyularkən yarandı. 1972-ci ildə BMT Baş assambleyası o vaxtdan BMT üzvü 183 ölkənin imzaladığı (cəmi 10 üzv imzalamadı) bioloji və toksinli ehtiyatların emalı, istehsalı və toplanması haqda konvensiyanı bəyəndi.
Lakin gizli hərbi laboratoriyalar bağlandıqdan sonra da botulotoksinin özəllik və imkanlarını öyrənməyi dayandırmadılar. Çünki məlum oldu ki, bu hədsiz təhlükəli maddəni həm də tam dinc məqsədlər üçün istifadə etmək olar. Botulotoksin tibbdə ilk dəfə tətbiq edən oftalmoloq Alan Skott hesab olunur: 1970-ci illərdə toksinin mikrodozaları ilə o, blefatospazmı, yəni qeyri-ixtiyari gözqırpmanı, həmçinin əzələ spazmları ilə bağlı digər problemləri, məsələn, boyun əyriliyini müalicə etməyi öyrəndi. O vaxtdan təbabət botoksu yetərincə yaxşı öyrənərək, onu bütöv bir patologiya spektrinin – miqrendən tutmuş hədsiz fəal tər və digər vəzilərin müalicəsində istifadə edir.
Botoksun effekti
Botoksun əsas effekti onun sinir-əzələ ötürücülüyünü müvəqqəti blok etməsindədir ki, bu da əzələlərin boşalmasına səbəb olur. Əzələ toxumasında sinapslar yerləşir. Bu neyronlar və toxumalar arasında olan yerlərdir.
Sinapsla elektrik siqnalı ötürülərkən, orada kiçicik kanalcıqlar açılır və oradan əzələ toxumasına asetilxolin səpilir. Nəticədə isə əzələ yığılır. Əgər əzələ toxumasına sinapsla yanaşı botulotoksin də düşürsə, kanallar açıldıqda toksin molekulları sinapslara düşür və o kanalları bağlayır.
Günümüzdə kosmetologiyada botoksdan bol-bol istifadə edilir. Lakin bunun necə ziyanlı, hətta zəhərli olduğunun çoxları fərqinə varmır.
Cavanlaşmaq məqsədi ilə edilən botokslu kosmetoloji prosedurlar həm bədəni zəhərləyir, həm də gələcəkdə daha ciddi fəsadlara yol açır.
Cavanlaşmaq üçün botoksdan daha effektiv və ziyansız prosedur isə, əlbəttə ki, plastik əməliyyatlardır. Bu əməliyyatların yardımı ilə bədənin müxtəlif nahiyələrini gəncləşdirmək və onlara istənilən estetik görkəmi vermək mümkündür.