Üz Mezoterapiyası
Mezoterapiya ilk dəfə 1952-ci ildə Dr. Mişel Pistor tərəfindən tətbiq edilən estetik məqsədlər üçün tibbi prosedurdur. Mezoterapiya bütün dünyada dərinin cavanlaşması, yaşlanma əleyhinə, bölgəsəl arıqlama, selülit, çatlaq və yara izləri, çapıqlar, saç müalicəsi, kəskin və xroniki ağrılar, idman zədələri və müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Bu prosedur dərinin altındakı kollagen və elastin kimi strukturları stimullaşdıraraq təsirini göstərir və bu yolla həmin nahiyədə qan dövranı, limfa dövranı və immum reaksiya tənzimlənir.
Mezoterapiya Hansı Hallarda Tətbiq Olunur?
Mezoterapiya müxtəlif vəziyyətlərdə tətbiq oluna bilər və prosedurun ən çox yayılmış tətbiqlərini aşağıdakı kimi salamaq olar:
- Dərinin yaşlanması və sallanması
- Ləkə müalicəsi və günəş ləkələri
- Dəri çatlaqları və selülit
- Çəki itirmək
- Saç tökülməsi, saçın müalicəsi və keçəlləşmə
- Allergiya
- İdman zədələri
Mezoterapiyanın Zərərləri Nələrdir?
Enjeksiyon yerində müvəqqəti qızartı və göyərmə baş verə bilər, amma istifadə olunan maddələr sistemi dövriyyəyə daxil olmadığı üçün bu təsirlər 1-2 gün ərzində yox olduğu üçün bu problem deyil.
Mezoterapiyanın Üstünlükləri Nələrdir?
Yaşlanma əleyhinə tətbiqlərdə qocalmanı dayandırmaq üçün müxətlif üsullardan istifadə edilir və mezoterpiyanın məqsədi dəri hüceyrələrini müalicə etmək və onların bərpasını təmin etməkdir. Mezoterapiya dəri altında zülal strukturlarının yenidən sintezini və bərpasını təmin edən tətbiqedici prosedurlardır. Prosedur tətbiqlərində hialuron turşusu və amin turşuları (qlisin, prolin, lizin, lösin və valin) dərinin altındakı orta dermis təbəqəsinə yeridilir. Orqanizmdə kifayət qədər miqdarda amin turşusu olmadığından dolayı, dəri öz elastikliyini itirir, yaşla əlaqədar sallanma və qırışlar əmələ gəlir. Mezoterapiya tətbiqindən sonra kollagen istehsalı sürətləndiyi üçün dəridəki qırışlar və sallanmalar bərpa olunur və dəri daha parlaq görünür ki, yenidən canlanır və dəri öz təravətli görüntüsünü qazanır. Zülalların əsas materialı olan amin turşuları bədənin ümumi çəkisinin 20%-ni təşkil edir ki, amin turşuları insan orqanizmindəki bütün strukturlarda və bədəndə olan funksiyalarda mühüm rol oynayır.