Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Uşaqların piylənməsinin qarşısını necə almaq olar, Pəhriz, Uzman dietoloq, Dieta

Uşaqların piylənməsinin qarşısını necə almaq olar? - Körpə uşaqların valideynləri həddən artıq çəki probleminə görə həkimlərə tez-tez müraciət edirlər. Belə müraciətlərin sayı artıb. Valideyn deyir..

Diet proqramları, Qidalanma mütəxəssisi, Dietoloq, Dieta saxlamaq, Diyetisyen ilə dietoloq arasındakı fərq

Diet proqramları Gündə neçə dəfə qidalanmaq lazımdır? Hormonal, metobolik pozğunluqların dietlə tənzimlənməsi mümkündürmü? Hansı pəhriz proqramları təhlükəlidir? Pəhriz proqramlarında bir sıra qida..

Dietoloq məsləhəti, Arıqlamaq üçün qida, Piylənmənin səbəbləri nədir, Dietoloq Bakı

Dietoloq məsləhəti Dietoloq deyir ki, səhər yeməyi mütləqdir. Səhər yeməyi yemədən sağlam arıqlamaq mümkün deyil. Maddələr mübadiləsinin normal olması üçün bu vacibdir. Üstəlik fiziki aktivliyi də ..

Həkim dietoloq, dietoloqa müraciət etmək, Diyeta, Dietoloqun rolu, Diyetisyen

Həkim-dietoloq İsti havalarda qəbul edilən qidalara xüsusilə diqqət yetirmək lazımdır Hər bir fəslin özünəməxsus qidalanma rejimi var. Mütəxəssislərin fikrincə, hər mövsümdə olduğu kimi, yayda d..

Həkim-dietoloq, Pəhriz, Keto pəhriz nədir, Dietoloq məsləhəti

Həkim-dietoloq Pəhrizi mütləq dietoloq təyin etməlidir. Nəyə görə dietoloqa müraciət etmək lazımdır? Cavab sadədir: Uzun illər sağlam, incə, gözəl, güclü və bunlara görə xoşbəxt qalmaq üçün....

Həkim-dietoloq, Pəhriz, Keto pəhriz nədir, Dietoloq məsləhəti

Həkim-dietoloq

Pəhrizi mütləq dietoloq təyin etməlidir.

Nəyə görə dietoloqa müraciət etmək lazımdır?

Cavab sadədir: Uzun illər sağlam, incə, gözəl, güclü və bunlara görə xoşbəxt qalmaq üçün...

Həkim-dietoloqlara müraciət etməkdə insanları vadar edən nədir?

- Xəstəlik və ya orqanizm üçün zəruri proteinlər, yağlar, karbohidratlar, minerallar və vitaminlər düzgün seçilmiş balanslaşdırılmış qida rasionu ilə sağlamlığı qorumaq.

Daima idmançılar çəki almamaq, əzələ kütləsi qazanmaq, yarışdan əvvəl bir neçə kiloqram itirmək üçün xüsusi seçilmiş qida rasionuna ehtiyac duyurlar.

Həmçinin, həddən artıq çəki, piylənmə, sağlamlığı və ya görünüşü ilə problemləri olan insanlar da dietoloqa müraciər edirlər.

Həkim-dietoloq fərdi pəhriz qidalanma rasionunu təyin etmək üçün kompleksli müayinə aparır, insan orqanizminin əzələ və piy toxumasının faizini tərtib edir. Şəxsin yüngül və ya ağır sümük növünə aid olmağını təyin edir.

Orqanizmin endokrin sisteminin, maddələr mübadiləsinin vəziyyəti yoxlanılır.

Nəticədə balanslaşdırılmış pəhriz planı ətraflı təsvir olunacaq, yeməklərin tezliyi və miqdarı müəyyənləşəcəkdir.

Pəhriz planına bir neçə ay davam etmək lazımdır. Əgər rasiyonunuzun tərtibatında sizi qane etməyən-qidalanmanızda narahatçılığınız olarsa, həkiminizlə əlaqə saxlayıb məhsulları növlərinə görə dəyişə bilərsiniz.

Orqanizmin normal fəaliyyəti üçün hər zaman zülal və karbohidratları digər qidalar ilə əvəz etmək mümkündür. Qidaların qəbul edilməsi dozasını və ya tezliyini dəyişmək üçün yenidən həkim dietoloqunuza müraciət etməlisiniz.

Arıqlaya bilmirsinizsə, bu xəstəlikləri daşıyırsınız – DİETOLOQ AÇIQLADI

Çəkini azaltmağın ən yaxşı üsulu qida miqdarını azaltmaq, sağlam qidalanmaq və fiziki aktivliyin artırılmasıdır.

 

Lakin bir çoxları ciddi idmanla məşğul olmalarına, pəhriz saxlamalarına, hətta ac qalmalarına baxmayaraq, çəki ata bilmirlər.

 

Bəs nə üçün bəzilər yedikləri qidanı azaldan kimi arıqlayır, digərlərində isə bu alınmır?

Həkimin sözlərinə görə, 90-95% hallarda piylənmənin səbəbi qeyri-düzgün qidalanma və qeyri-düzgün həyat şəraitidir: “5-10% hallarda isə bunun hormonal problemlərə bağlı olduğu məlum olur. Əgər bir insan qidanı azaldaraq və idman edərək çəki atmağa nail ola bilmirsə, deməli, onun hansısa hormonal problemi mövcuddur. Hormonlarda yaranan disbalans zamanı insanın çəki atması çətinləşir, hətta insan əlavə çəki alır”.

 

Həkim bildirib ki, çəki ata bilməyən insanlardan ilk növbədə hormonlardan analiz verməsini tələb edirlər: “Bu analizlərə ilk növbədə qalxanvarı vəzin, böyrəküstü vəzinin xəstəlikləri, həmçinin, prolaktin hormonunun normadan artıq olması və s. piylənməyə səbəb ola bilər.  Qalxanvari vəzin sintez etdiyi hormonların çatışmazlığı bədəndə ödəmin yaranmasına səbəb olur. Bundan əlavə, böyrəküstü vəzinin hormonu olan stress hormonları da arıqlamaqda çətinlik yaradır. Hiperkartisizm sindromu və ya başqa sözlə Kuşinq sindromu zamanı qanda stress hormonu hesab olunan kortizolun yüksəlməsi ilə əlaqədar meydana çıxan xəstəlikdir. Bu sindrom zamanı da artıq çəki müşahidə edilir.  Cinsi hormonların çatışmazlığı da artıq çəki pobleminə səbəb olur. Bu hormonlara testosteron və progesteron hormonları aid edilir”.

 

Həkim deyib ki, uzun müddət ərzində istifadə edilən hamiləlik əleyhinə kontraseptivlər də hormonal tərkibli olduğu üçün çəki artımına səbəb olur: “Bundan başqa, bəzən bir sıra dərmanlar da, məsələn, antidepresantlar da çəki artıra bilər. Bəzən isə tam əksinə, antidepresant dərmanlar çəkinin azalmasına gətirib çıxarır”.

Keto pəhriz nədir ?

- Bu pəhriz yağla zəngin, karbohidratla məhdud qidalanmadır. Bu halda karbohidrat miqdarı kəskin azalır va nəticədə orqanizm ketoz adlanan metabolin vəziyyətə düşür. Bu vəziyyət uzunmüddətli aclıq vəziyyətinə bənzəyir. Orqanizm enerji mənbəyi olaraq karbohidrat yerinə yağları istifadə edir. Yağların parçalanma məhsulu - ketonlar beyin üçün enerji təmin edir.

 

-Bu pəhriz kimlərə tətbiq edilir?

- İlk olaraq epilepsiyanın müalicəsi üçün tətbiq olunub. Sonralar isə bir çox metabolik, nevroloji və insulinlə bağlı xəstəliklərin, bəzi xərçəng növlərinin müalicəsində də faydalı ola bildiyinə dair araşdırmalar edilib. Ancaq hazırda daha çox uşaqlarda, dərmana rezistent epilepsiyası olan azyaşlılarda və bir neçə metabolik xəstəliklər zamanı tətbiq edilir.

- Bu pəhriz necə tətbiq edilir?

- Əvvəlcə pasiyentin pəhrizə uyğun olub-olmaması araşdırılır. Burada həkim-nevroloq, metobolizma mütəxəssisinin rəyi və göndərişi əsasdır. Bəzi laborator müayinələr edilir. Ən mühüm amillərdən biri də valideynlərin uşağı pəhrizə adaptasiya edə bilməsidir. Dəqiqlik, səbr tələb edən proses olduğuna görə ana hərtərəfli maarifləndirilməli və dietanın məğzini anladığına əmin olunmalıdır.

Anaya pəhrizin qaydası, ola biləcək ağırlaşmalar, diqqət edilməli məqamlarla bağlı təlim keçirilir. Tərtib edilmiş menyu verilir və 24 saat həkimlə əlaqə saxlaya bilməsi təmin edilir.

- Bu pəhrizi ana özü tətbiq edə bilərmi?

- Keto pəhriz uşaqdan asılı olaraq təyin edilir. Klassik forması modifikasiya, aşağı qlisemik indeks, atkens kimi formaları var. İlk olaraq buna qərar verilir. Yağ, karbohidrat və zülalın hansı nisbətdə veriləcəyi qərarlaşandan sonra pəhrizə başlama və davametmə menyuları təqdim edilir.

Ana bu menyulara ciddi riayət etməklə verilən inqridiyentləri mətbəx tərəzisində dəqiq ölçməklə uşağa yedirir. Hesabları isə mütəxəssis aparmalıdır.

- Keto pəhrizin yan təsirləri varmı?

- Bu pəhriz tamamən faydalı, ya da tam təbii bir qidalanma forması deyil. Müalicəvi qidalanmadır. Hər müalicə üsulu və dərmanlar kimi bu pəhrizin də yan təsirləri vardır. Lakin müalicəvi təsirini görürüksə, yan təsirlərini minimuma salaraq tətbiq edirik. Məsələn, uşağın fiziki inkişafına  mənfi təsir edə bilər. Bunun üçün zülal miqdarını yaşına uyğun veririk. Böyrək daşına səbəb ola bilər, içilən maye miqdarını artırırıq. Bundan əlavə, pəhrizə başlayanda adaptasiya dövründə yan təsirləri - qusma, ishal, yuxululuq və s. ola bilər. Bu hallar tədricən keçib gedir.

- Bu pəhrizdə qidadan nələr çıxarılır?

- Əslində sağlam bilinən bütün qidalar rasionda olur. Sadəcə dəqiq hesablanmış miqdarda tətbiq edilir. İstifadədən sadəcə sadə şəkərlər, paketli qidalar və tərkibində gizli şəkər olan dərman, kosmetik vasitələr çıxarılır.

- Qida nədən ibarət olur?

- Nəticədən asılı olaraq müəyyən nisbətdə əsas hissəni yağlar təşkil edir. Əsas üstünlük soyuqsıxım bitki yağlarına verilir. Bundan başqa menyuya tərəvəz, ət, yumurta, süd məhsulları və meyvə hesablanmış miqdarda daxil edilir.

Hesablanma və tətbiq zamanı bəzən 1-2 qram belə əhəmiyətli olur.

- Pəhriz nə qədər davam edir?

- Davametmə müddəti uşaqlardan aslıdır. Epilepsiyada 3 ayda əgər qıcolmalarda 50% azalma müşahidə edilməzsə, pəhriz effektsiz hesab edilir və valideynə dayandırma təklif edilir. Effektli olma halında isə 2-3 il davam etdirilir. Həmin dövrdə qıcolmalarda azalma, həm də ümumi nevroloji vəziyyətdə müsbət dinamika müşahidə edilir.

Dietoloq məsləhəti

Hazırda dünyada yayılmış ən böyük problemlərdən biri artıq çəki problemidir. Hətta artıq çəkidən əziyyət çəkməyənlər belə, hər an bu problemlə qarşılaşma qorxusu ilə yaşayırlar. Bu gün bütün dünyada insanlar arıqlamaq üçün ən müxtəlif üsullardan istifadə edirlər. Kimisi idmana, pəhrizlərə üz tutur. Amma bir qism insanlar arıqlamaq üçün təhlükəli olan hansısa plastik əməliyyatlara üz tuturlar ki əksər vaxtlarda bu yol insanlarda fəsadlara, hətta ölümə belə yol açır. Ailem.az-ın apardığı kiçik sorğudan sonra bəlli oldu ki, əksər insanlar arıqlamaq üçün satışda olan arıqlama çaylarından, həblərindən istifadə edirlər. Onlar bildirir ki, bu vasitələrdən istifadə etməklə daha asan arıqlayırlar və heç bir əziyyət çəkmirlər: "Nə istəyirik yeyirik, üstündən də bir fincan arıqlama çayı, ya da arıqlama həbi istifadə edirik. Nəticəsini isə dərhal görürük ki, bir-iki kilo arıqlamışıq..."

Həkim-dietoloq, Pəhriz, Keto pəhriz nədir, Dietoloq məsləhəti
Həkim-dietoloq, Pəhriz, Keto pəhriz nədir, Dietoloq məsləhəti
Həkim-dietoloq, Pəhriz, Keto pəhriz nədir, Dietoloq məsləhəti
Previous Next

Ailənizin Sağlamlıq Məkanı

Dietologiya
Check Up
Dermatologiya
BÜTÜN ŞÖBƏLƏR
Ginekologiya
Kosmetologiya
Kardiologiya
Nevrologiya
Saç əkimi
Laboratoriya
Pediatriya
USM
Endokrinologiya
Urologiya
Parazitologiya
Andrologiya
Check Up
Dermatologiya
Kardiologiya
Nevrologiya
Ginekologiya
Radiologiya
Urologiya
Laboratoriya
Kosmetologiya
Saç əkimi
BÜTÜN ŞÖBƏLƏR

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzimizin dəyərli sərmayəsi ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızın laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzinin dəyərli sərmayəsi Avropada ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızda bütün laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00