Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Həkim dietoloq, dietoloqa müraciət etmək, Diyeta, Dietoloqun rolu, Diyetisyen

Həkim-dietoloq İsti havalarda qəbul edilən qidalara xüsusilə diqqət yetirmək lazımdır Hər bir fəslin özünəməxsus qidalanma rejimi var. Mütəxəssislərin fikrincə, hər mövsümdə olduğu kimi, yayda d..

Uşaqların piylənməsinin qarşısını necə almaq olar, Pəhriz, Uzman dietoloq, Dieta

Uşaqların piylənməsinin qarşısını necə almaq olar? - Körpə uşaqların valideynləri həddən artıq çəki probleminə görə həkimlərə tez-tez müraciət edirlər. Belə müraciətlərin sayı artıb. Valideyn deyir..

Diet proqramları, Qidalanma mütəxəssisi, Dietoloq, Dieta saxlamaq, Diyetisyen ilə dietoloq arasındakı fərq

Diet proqramları Gündə neçə dəfə qidalanmaq lazımdır? Hormonal, metobolik pozğunluqların dietlə tənzimlənməsi mümkündürmü? Hansı pəhriz proqramları təhlükəlidir? Pəhriz proqramlarında bir sıra qida..

Həkim-dietoloq, Pəhriz, Keto pəhriz nədir, Dietoloq məsləhəti

Həkim-dietoloq Pəhrizi mütləq dietoloq təyin etməlidir. Nəyə görə dietoloqa müraciət etmək lazımdır? Cavab sadədir: Uzun illər sağlam, incə, gözəl, güclü və bunlara görə xoşbəxt qalmaq üçün....

Dietoloq məsləhəti, Arıqlamaq üçün qida, Piylənmənin səbəbləri nədir, Dietoloq Bakı

Dietoloq məsləhəti Dietoloq deyir ki, səhər yeməyi mütləqdir. Səhər yeməyi yemədən sağlam arıqlamaq mümkün deyil. Maddələr mübadiləsinin normal olması üçün bu vacibdir. Üstəlik fiziki aktivliyi də ..

Dietoloq məsləhəti, Arıqlamaq üçün qida, Piylənmənin səbəbləri nədir, Dietoloq Bakı

Dietoloq məsləhəti

Dietoloq deyir ki, səhər yeməyi mütləqdir. Səhər yeməyi yemədən sağlam arıqlamaq mümkün deyil. Maddələr mübadiləsinin normal olması üçün bu vacibdir. Üstəlik fiziki aktivliyi də artırmaq lazımdır. Çünki aparılan araşdırmalardan da məlumdur ki, hər gün edilən fiziki aktivlik orqanizmə çox xeyirlidir: "Xüsusilə təmiz havada olan aktivlikdən danışırıq. İnsanlar təmiz havada xüsusi aktivlik zamanı yemək haqqında çox az düşünürlər. Yürüyüşlərə çıxdığınız zaman sizin xoşbəxtlik hormonunuz olan seretonin artır. Bu da sağlam yolla arıqlamağınıza kömək edir. Çalışın gec saatlarda yemək yeməyin. Gec saatlarda aldığınız kalorilər sizə kilo olaraq geri dönür. Çalışın qidalanmanı saat 8-ə kimi yekunlaşdırın. Hər öyündə zəngin proteinli qidalardan istifadə edin. Səhər yeməklərində yumurta, kəsmik, süd məhsullarından istifadə edin. Günorta və axşam ət məhsullarının paxlalılarla bərabər qida rasionunuzda olmasına önəm verin. Beləliklə, orqanizmin ehtiyacı olan proteini ödəyəcəksiniz və sağlam arıqlayacaqsınız. Çalışın arıqlamağınızla bağlı bir not alın özünüz üçün. Burada fikirlər haçalanır. Bəzi insanlar hər gün tərəziyə çıxıb çəkildikdən sonra qeyd alırlar və özlərini daha rahat hiss edirlər. Amma bəzi insanlar deyir ki, belə edəndə əsəb keçirirəm. Əsəbləşirsinizsə, həftədə bir dəfə çəkinizi ölçmək kifayətdir.

 

Arıqlamaq üçün qida

Ekspert yaşıl alçanın bir çox faydalı xüsusiyyətlərindən bəhs edib.

"Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və ziyanlı maddələrdən təmizləyir.Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. Turşularla zəngin olan meyvə orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

- Piylənmənin səbəbləri nədir

- Bu, əsasən qidalanma ilə bağlıdır. Stress və əsəb də piylənmənin səbəblərindən biridir. Qalxanvari vəzidə problem olanda da piylənmə baş verir. Bizim iqlim xüsusiyyətindən asılı olaraq, qalxanvari vəzidə çox problem olur. Narahatçılıq olan halda mütləq endokroloqa müraciət etmək lazımdır.

 

Piylənmə həmçinin iş rejimindən, düzgün və vaxtında qidalanmamaqdan da asılıdır. İnsan vaxtında və düzgün qidalanmayanda həzm prosesi pozulur. Bu da piylənməyə gətirib çıxarır.

 

- Bu problemdən əziyyət çəkən insanların müalicəsi necə aparılmalıdır?

 

- Bəzi pasiyentlər kortəbii şəkildə pəhriz saxlayır. Bu, bir cinayətdir. Pasiyent gəlib müayinə olunmalıdır. Piylənmənin dərəcəsinə baxılmalı, daxili orqanları yoxlanmalı, ultrasəs müayinəsindən keçməli, mütləq hormonlar yoxlanılmalıdır. Əvvəlcə xəstə ilə psixoloji söhbətlər edilməlidir. Söhbətlərdən və analizlərin cavabından sonra yalnız həmin pasiyentə məxsus proqram tərtib olunur. Pasiyentə fərdi yanaşmaq lazımdır. Diqqətli olmaq lazımdır ki, itirilən çəki sonradan geri qayıtmasın. Sağlam şəkildə arıqlatmaq lazımdır, heç bir dərmandan istifadə etmədən, ac qalmadan, normal yemək yeyərək müalicəyə davam etmək lazımdır. Vitamin və mineralları insan qidalardan alır. Normal formada arıqlayanlar sonradan kökəlmir.

 

- Piylənmə insan üçün hansı təhlükələr yaradır?

 

- Piylənmə qadınların ana olmaq şansını azaldır, kişilərin gələcək həyatına mənfi təsir göstərir. Bundan əlavə, piylənmə stress yaradır, yuxu rejiminin pozulmasına, ürək-damar xəstəliyinə gətirib çıxardır, mədə-bağırsaq, endokrinoloji xəstəliklərə səbəb olur. Piylənmə uşaqdan böyüyə hamının daxili orqanlarında problemlər yaradır, immunitet, zehni qabiliyyət zəifləyir. Sağlam olmaq üçün qidalanmaya diqqət yetirmək lazımdır.

 

Piylənmə həm də şəkərli diabetin ikinci tipinin yaranmasına səbəb olur. Bu insanlarda insulin normadan çox ifraz olunur və belə insanlar kökəlməyə meyilli olurlar, çünki mədə ilə beyin arasında əlaqə kəsilir, insanın qidadan gözü doymur, yedikcə yemək istəyir. Bu hal insandan asılı olmur. Şəkərli diabetin ikinci tipində dərmandan istifadə etmək olmaz. Pəhriz və düzgün qidalanma ilə orqanizm normaya salınmalıdır. Belədə bədən sağalmaya meyilli olur, insulini normaya salmaq mümkün olur.

 

- Qısa zaman ərzində xeyli arıqlamaq mümkündürmü?

 

- Bir ay ərzində 30 kilo arıqlamaq mümkün deyil. Bütün vitamin balansı zəifləyir. Bir ayda 5-6, maksimum 10 kiloqram arıqlamaq olar. Elə orqanizm var ki, o, bir ayda 12 kiloqram verə bilər. Bu səbəbdən də orqanizmə fərdi yanaşılmalıdır.

 

- Gənc anaların pəhriz saxlamaları nə qədər doğrudur?

 

- Xüsusilə hamilə qadınlar düzgün qidalanmalıdır, onda kökəlməyəcəklər. Ana çox və qeyri-normal qidalananda uşaq vitaminsiz qalır və dünyaya gələn kimi xəstələnir. Çünki onların düzgün qidalanması həm ananın özünə, həm də uşağın inkişafına təsir göstərəcək. Uşaq ana bətnində olandan qidaları tanımağa başlayır. Hamilə qadın çox yeməyə deyil, düzgün qidalanmaya daha çox üstünlük verməlidir. Təbii ki, uşaq inkişaf etdikcə çəki artmalıdır, amma ananın özünün piy kütləsi normadan artıq olmamalıdır. Hamiləlik boyunca 10 kq-dan artıq çəki alınmamalıdır. Uşaq dünyaya gələndə ana südü ilə qidalanmalıdır. Amma təəssüflər olsun ki, valideynlər müxtəlif səbəb və bəhanələrlə bu vacib məsələyə diqqət yetirmirlər. Körpələrin xüsusi dadbilmə qabiliyyəti var, hansı yeməyə daha çox alışdırsan, o dadı yadında saxlayır, sonralar ondan daha çox istəyəcək. Uşağı körpəlikdən düzgün qidalanmaya öyrəşdirməliyik. Çünki o, uşaqlıqdan öyrəndiyi dadı, qoxunu ömür boyu axtarır. Düzgün qidalar dedikdə sağlam qidalar nəzərdə tutulur. Hamilə qadınlar təbii meyvə şirələrindən istifadə etsinlər.

 

- Azərbaycan mətbəxinin, yeməklərinin yağlı olmasını piylənmənin səbəblərindən biri kimi göstərmək olarmı?

 

- Azərbaycan mətbəxi dünyanın ən öndə gələn mətbəxindən biridir və çox zəngindir. Mətbəximizdə çox gözəl, yağlı qidalar var. Bizim düşüncəmizə görə, yemək bol yağlı və bol duzlu olmalıdır. Mən demirəm ki, bu qidaları rasionunuzdan çıxardın. Təbii ki, bu, mümkün deyil.

 

Azərbaycan yeməkləri piylənməyə səbəb olan əsas amillərdən biridir. Amma elə qidalana bilərik ki, həmin qidalar bizdə mənfi təəssürat oyatmasın.

 

- Maarifləndirmə işləri aparmaqla, qidalanma mədəniyyətini yüksəltməklə insanların piylənməsinə səbəb olan amilləri aradan qaldırmaq mümkündürmü?

 

- Bəli. Piylənmə məhz insanların maariflənməməyinin nəticəsidir. Azərbaycanda qida maarifləndirməsi yoxdur. Təzə-təzə başlanır, yenə də ümid var ki, biz gələcək nəsli xilas edə bilərik. Mütləq əhalini qidalanma sahəsində maarifləndirmək lazımdır.

 

- İdmanla məşğul olmaqla kökəlmənin qarşısını almaq olarmı?

 

- İdman çox faydalıdır. İdmanla məşğul olan insanlar çox nadir hallarda xərçəng xəstəliyinə tutulurlar. Çünki xərçəngə meyilli olan hüceyrələr ac qalır, qidalana bilmir.

 

İdmanla məşğul olmayan insanlar üçün ən əlverişlisi piyada gəzmək, aktiv həyat tərzidir. Belə adamların arıqlamaq üçün xüsusi idmanla məşğul olması düzgün deyil. Amma daimi idmanla məşğul olanlarda isə təbii ki, fərqlidir.

 

- Bəs çəki azlığının səbəbləri nədir? İnsanlar bu halda nələr etməlidir?

 

- Təbii ki, bədən indeksi normadan az olan insanlar da var. Bunun ilk səbəbi genetik amildir. Belə insanlar 5 kq-dan artıq kökələ bilməzlər. Çünki onların fizioloji quruluşu elədir. Başqa bir səbəb isə müəyyən xəstəliklər ola bilər. Qurd xəstəliyindən əziyyət çəkən insanlarda çox vaxt bədən indeksi normadan az olur, immunitet zəifləyir. Belə insanlar müayinə olunmalıdır, əgər hər hansı xəstəlik aşkarlanarsa, müalicəyə başlanmalıdır.

Dietoloq məsləhəti, Arıqlamaq üçün qida, Piylənmənin səbəbləri nədir, Dietoloq Bakı
Dietoloq məsləhəti, Arıqlamaq üçün qida, Piylənmənin səbəbləri nədir, Dietoloq Bakı
Dietoloq məsləhəti, Arıqlamaq üçün qida, Piylənmənin səbəbləri nədir, Dietoloq Bakı
Previous Next
Dietologiya
Check Up
Dermatologiya
BÜTÜN ŞÖBƏLƏR
Ginekologiya
Kosmetologiya
Kardiologiya
Nevrologiya
Saç əkimi
Laboratoriya
Pediatriya
USM
Endokrinologiya
Urologiya
Parazitologiya
Andrologiya
Check Up
Dermatologiya
Kardiologiya
Nevrologiya
Ginekologiya
Radiologiya
Urologiya
Laboratoriya
Kosmetologiya
Saç əkimi
BÜTÜN ŞÖBƏLƏR

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzimizin dəyərli sərmayəsi ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızın laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzinin dəyərli sərmayəsi Avropada ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızda bütün laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00