Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Parazitologiya nədir, medical parazitologiya, parazit növləri, parazitin müalicəsi

PARAZITOLOGIYA NƏDIR? Başlamaq üçün, bəzi şərtlər nəzər. Onların ən ümumi - Parazitologiya. onlar səbəb xəstəlikləri müalicə etmək üçün bioloji parazit, həyat morfoloji xüsusiyyətləri, etiologiyalı..

Parazitlərə yoluxmaq, parazitlərdən qorunmaq, parazitlərin əlamətləri, Dərinin parazit xəstəlikləri

Parazitlərə yoluxma daha hansı təhlükələrə malikdir? Parazitlər kişilərdə prostatit, impotensiya, adenoma, sistit, böyrək və sidik kisəsində qum, daşların yaranmasına səbəb olur. Qadınlarda yumu..

Helmintozlar, Helmintoz növləri, Qurd xəstəliklərinin əlamətləri, Qurdların diaqnozu, Dəri və zöhrəvi xəstəliklər

HELMİNTOZLAR Helmintozların növləri müxtəlif olduğu kimi hər birinin də spesfik əlamətləri olur. Məsələn strongiloidoz və filyariatozlarda allergik əlamətlər – ödem və dəri səpgiləri daha çox olur...

Parazit qurdları, Tibbi Parazitologiya, Qurd xəstəlikləri, helminthologiya, Parazitlərin növü

Parazit qurdları İnsan orqanizminə daxil olduqdan sonra immun sisteminə mənfi təsir göstərən və infeksion xəstəliklərə səbəb olan parazit qurdlarının genetik quruluşu öyrənilir. Genetik araşdırm..

Parazitologiya, parazitzm, müvəqqəti parazitzm, stasionar parazitizm, parazit müalicəsi

Parazitologiya Parazitologiya həm parazitlərin özlərini, həm də onların törətdiyi xəstəlikləri və insanlarda və heyvanlarda onlarla mübarizə üsullarını öyrənən bir elmdir.   Orqanizmləri..

Qurd xəstəlikləri, Azərbaycan qurd xəstəlikləri, Qurd xəstəliklərinin müalicəsi, Qurd xəstəliklərinin əlamətləri

Qurd xəstəlikləri Digər yoluxucu xəstəliklər kimi qurd xəstəlikləri də artmaqdadır və doğrudanmı digər parazit qurdların adı hallanmadığı halda ancaq iki-üç qurd xəstəliyi bu qədər vüsət alıb? Əvvə..

Parazit qurdlara yoluxma, Qurd xəstəlikləri, parazit növləri, Qurd xəstəliklərinin əlamətləri, Qurd xəstəliklərinin fəsadları

Parazit qurdlara yoluxma İnsanlar ev heyvanlarını sevir və onları özlərinin dostu hesab edirlər. Ancaq onlarla davranış qaydalarını unutmamaq lazımdır. Nə üçün iti, pişiyi sığallamaq, durğun su ..

Parazit növləri, Qurd xəstəliklərinə yoluxma, Qurd xəstəliklərinin fərqli əlamətləri, Qurd xəstəliklərinin fəsadları

parazit növləri İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Qurd xəstəliyi istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən problemdir. Uşaqlar əsasən 3-12 y..

Qurd xəstəliklərinin fərqli əlamətləri, Qan parazitar xəstəlikləri, Parazit qurdları, Parazitlərin növü

Qurd xəstəliklərinin fərqli əlamətləri Orqanizmdə çoxalan qurdların nematodozlar, enterobioz, askaridoz adlanan növləri var ki, bunların da hər birinin özünəməxsus əlamətləri var. Enterebiozlar gec..

Parazitologiya, Parazit, Parazitologiyanın qolları, Tibbi parazitologiya, parazitlərlə mübarizə

Parazitologiya nəyi öyrənir?  Parazitologiya, əvvəlində də qeyd edildiyi kimi, parazitlər və onların sahibləri arasındakı əlaqələrin öyrənilməsindən məsul olan biologiyanın bir hissəsidir. Əsa..

Ləmblioz, bağırsaq infeksiyası, Ləmblialar​​​​​​​ın səbəbləri, Ləmblialar​​​​​​​ın müalicəsi, infeksiya

LƏMBLİOZ Ləmblioz qarın nahiyəsində ağrılar, köpmə, ürəkbulanma və müddətli sulu ishal əlamətləri ilə gedən bağırsaq infeksiyasıdır. Bu xəstəlik dunyada genis yayılmış, xüsusən antisanitar ərazilər..

Qurd xəstəliklərinin orqanizmdə yaratdığı fəsadlar, İnsan orqanizmi qurda necə yoluxur, Yoluxucu xəstəliklər

Qurd xəstəliklərinin orqanizmdə yaratdığı fəsadlar Qurdlar insan orqanizmində müxtəlif pozulmalara səbəb olur. Bir çox hallarda biz bu pozulmaları qurdlarla deyil, digər səbəblərlə əlaqələndiririk...

Parazitologiya, ​​​​​​​parazit qurd xəstəlikləri, parazit qurdlar, parazitoloq, bağırsaq qurdları

Parazitologiya Tibbi Parazitologiya – insan parazitlərini onların törətdiyi xəstəlikləri onlarla mübarizə üsullarını öyrənən elmdir. Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq para..

Qorxulu qurd xəstəliyi, Bağirsaq infeksiyalari, Bağırsaq infeksiyası nədir, Bağırsaq infeksiyalarının növləri

Qorxulu qurd xəstəliyi Parazitin ən qorxulu xüsusiyyəti onun kapsullaşıb 10-40 il müddətində orqanizmdə diri qala bilməsidir. Xəstəlik vəhşi heyvanlardan ev heyvanlarına,onlardan da insanlara yolux..

Parazitologiya, Tibbi Parazitologiya, Qurd xəstəlikləri, Askaridlər, Qurd xəstəliklərinin dərmanla müalicəsi

Parazitologiya Tibbi Parazitologiya – insan parazitlərini onların törətdiyi xəstəlikləri onlarla mübarizə üsullarını öyrənən elmdir. Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq parazi..

Parazitologiya, ​​​​​​​parazit qurd xəstəlikləri, parazit qurdlar, parazitoloq, bağırsaq qurdları

Parazitologiya

Tibbi Parazitologiya – insan parazitlərini onların törətdiyi xəstəlikləri onlarla mübarizə üsullarını öyrənən elmdir. Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq parazitologiyaya üç bölmə daxildir: protozoologiya, helminthologiya, aracxnoentomologiya (buğumayaqlılar).

Parazitar xəstəliklər və ya invaziyalar – helmintlər (qurd xəstəlikləri) və ya parazitar buğumayaqlıların səbəb olduğu xəstəliklərin bir qrupudur. Əslində, parazitar xəstəliklər yoluxucu olur. İnfeksiyaları tək hüceyrəli orqanizmlər törədir, invaziyaları isə – heyvani yaşayan və onlardan bir yaşayış mühiti və qida mənbəyi kimi istifadə едян orqanizmlər parazit adlanır.

Parazit qurd xəstəlikləri

Qurd xəstəlikləri (helminthologiya). İnsana helmintlərin 250-dən çox növ təsir göstərə bilər. Yer əhalisinin əksəriyəti, yaşından asılı olmayaraq, parazitlərə yoluxub. Ətraf mühitdə parazitlər çoxdur. Tək эiэиyena qaydaları onlardan qorunmaq üçün yetərli deyil. Vaxtaşırı müayinə olunub, parazitlərdən təmizlənsəniz, bir çox xəstəliklərin yaranmasının qarşısı alınar.

Askaridlər

Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə Yer əhalisinin 60% askaridlərə yoluxub. Askaridlərin törətdikləri xəstəlik askaridoz adlanır. Bu xəstəlikdən uşaqlar da, böyüklər də əziyyət çəkiirlər.

Askaridlər yoluxmuş adamın əsasən nazik bağırsağında yasayırlar. Yoluxmuş adamın bağırsağında bir neçə dənədən bir neçə yüzədək askaridlər ola bilər. Adamlar askarid yumurtalarını udmaqla yoluxurlar: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, torpaqdan və s. İnsan nəcisi ilə kübrələnən yerlərdə askaridoz daha çox müşahidə olunur. Həşəratlar da qurd yumurtalarını ayaqlarında yayırlar

İri qurdlar bağırsağın selikli qişasını yeyirlər və bağırsaqdakı həzmə hazır olan qidaları, vitamin-mineralları mənimsəyirlər. Əvəzində özlərinin nəcislərini-ifrazatlarını buraxırlar. Zəhərli maddələr qana sorulub, bütün orqanlara yayılırlar. Nəticədə bir çox xəstəliklər yaranır: eroziyalar, xora, ishal ya qəbzlik, diş qıcama, selik axma, öyümə, qusma, allergiya, səpkilər, qaşınmalar, ləkələr, saçların tökülməsi, yorğunluq, baş ağrıları, qan azlığı və s. müşhidə olunur. Xəstələrin əhval-ruhiyəsi pozulur, onlarda əsəbilik, baş və qarın ağrıları, baş hərlənməsi, öskürmə, qulaq ağrısı və s. əlamətlər olur.

• Askaridlər yoğun bağırsağa keçib, kolit, appendisit törədə bilirlər. Hətda bağırsağı deşib, çox təhlükəli peritonit də törədə bilirlər

• Öd yollarına, öd kisəsinə, mədəaltı vəzin axarına keçəndə sarılıq və bu orqanlarda irinli iltihablaşmalar yaradırlar.

• Bəzən askaridlər qusuntu ilə ağızdan, burundan çıxırlar. Belə hallar xəstəni və yanındakıları çox qorxudur. Hərdən askaridlər nəcislə çlxırlar.

• Askaridlər tənəffüs yollarına keçib xəstənin ölməsinə səbəb olduğu hallar da həkimlərə məlumdur.

• Qurdlar bir-birinə dolaşıb bağırsaq keçməməzliyi də yaradırlar.

Hər kəsin askaridlərə qarşı özünə məxsus reaksiyası var. Kimdəsə bu əlamətlərin bir neçəsi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadə dərəcəsi də müxtəlif olur. Hamiləlik dövründə askaridoz xüsusən təhlükəlidir, çünki sürfələr anadan dölə keçə bilirlər.

Askaridləri əsasən nəcis analizində yumurtalarını aşkar etməklə diaqnoz edirlər. Son illərdə askaridin yeni növü – Beyin askaridi-Askaris megasephalon aşkar edilib. Bu qurdlar yoluxmuş adamların beyin nahiyəsində, burun ətrafındakı boşluqlarda məskunlaşırlar. Beyin askaridi ilə əlaqədar xəstələr şiddətli baş ağrılarından, səbəbi məlum olmayan depressiyadan, epilepsiyadan, yuxusuzluqdan, başda səsdən, gecələr yuxulu vəziyyətdə gəzməkdən, bir neçə ay görmə qabiliyyətini itirmə hallarından əziyyət çəkirlər.

 

Tükbaş qurd (Trihocechalus trichiurus)

Bu qurdlara yoluxanlar askaridlərdən də çoxdur. Tükbaş qurdlarının törətdiyi xəstəlik trixosefalyöz adlanır. Bu xəstəlikdən bütün dünyada uşaqlarda, böyüklərdə əziyyət kəçir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar. Qurdlar tük kimi nazik başları ilə bağırsağın divarını və oradakı qan damarlarını deşirlər, zəli kimi qan sorurlar. Yoluxmuş adamın bağırsağında bir neçə dənədən minlərləyədək tükbaş qurdları ola bilər. Onların hər biri sutkada 0,005 ml qan içir. Parazitlərin sayı 800-dən çox olanda qan azlığı (anemiya) yaranır. Tükbaşlar yoğun bağırsaqda 5 ildən çox yaşayırlar. Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s.

Tükbaşa yoluxmuş adamlarda müxtəlif əlamətlər ola bilər: ağızdan, tərdən, nəcisdən pis qoxu gəlməsi, öyümə, qusma, selik axma, diş ətinin qanaması, diş qıcıltısı, ağızda-dildə yaralar (stomatit), tez-tez soyuqlama, xroniki tonzillit, qan azlığı, qarın və baş ağrıları, baş hərlənmə, özündən getmə, halsızlıq, qəbizlik ya ishal, nəcisdə qan, uşaqlar fiziki inkişafdan geri qala bilər, iştah pozulması, arıqlama, gözlərin zəifləməsi, dəridə səpkilər, sızanaqlar, qaşınmalar, saçların tökülməsi, yuxusuzluq, nevroz, menstruasiya pozulması, sonsuzluq, uşaq salma, kişilərdə cinsi zəiflik, spermin keyfiyətinin pozulması və s. Bəzi xəstələrdə gücənməkdən düz bağırsaq çölə çıxir. Onda, bağırsağa zəli kimi yapışmış qurdları görmək olur. Tükbaş qurdları apendisitin əsas səbəblərindən biridirlər. Bu qurdlar hətda bağırsağı tam deşıb, çox təhlükəli peritonit də törədə bilirlər. Tükbaşların yumurtaları nəcisdə tapılanda, qurda qarşı müalicə edirlər. Dərmanlar tükbaşlara əksər hallarda təsir etmir.

Lambliya (Lambliya intestinalis)

Lambliya tək hüceyrəli parazitdir. Lambliyaların xəstəlik törədən vegetativ formaları 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxari hissələrində yaşayirlar. Onlar bağırsağın səthinə yapışıb, qidalanırlar, çoxalırlar. Miqdarları milyardlarla olur. Çox olduqlarına görə bağırsağın səthini zədələyirlər. Nəticədə, qidanın həzmi, mənimsənməsi, vitaminlərin, mineralların qana sorulması pozulur. Lambliyalar ödün və mədə altı vəzin şirəsinin 12 barmaq bağırsağa axmasına da mane olurlar. Ona görə də, öd kisəsində durğunluq və öd daşları əmələ gəlməsinə şərait yaranır. Lambliyaya cinsi yolla da yoluxmaq olur.

Hesab edilir ki, xəstəlik yaranması üçün 100-ə yaxın sist udulmalıdı. Lambliozun əlamətləri: xəstələrdə əsasən çəkilərinin artmaması, arıqlama, ağızda acılıq, nəfəsdə və nəcisdə pis qoxu, selik axma, diş qıcama, öyümə, qusma, bağırsaq pozulması, allergiya, gijişmə, saçların tökülməsi, baş ağrıları olur. Lambliyaların törətdikləri vitamin çatışmamazlığı və qan azlığı nəticəsində bütün orqanların fəaliyyəti pozula bilər, bir çox xəstəliklər yarana bilər, məsələn dərinin quruması, çatlaması, gözlərin zəifləməsi, aybaşı pozulması, kişi və qadın sonsuzluğu, uşaq salma və s. Dərmanlarla lambliyaları məhv etmək asan deyil.

Bizquyruq qurdları (Enterobius vermikularis)

Bizquyruğun törətdiyi xəstəliyin adı enterobiozdur. Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar. Adətən axşamlar dişi qurdlar düz bağırsaqdan çıxıb, oturacağın ətrafına yumurta qoyurlar, qaşındırırlar. Sonra bəziləri bağırsağa qayıdırlar və bir neçə saatdan sonra ölürlər. Bizquyruqlar qadınların, qızların cinsi orqanlarına, sidik yollarına daxil olub, burada qaşınmalar, iltihablaşmalar törədə bilirlər. Yuxulu xəstə qaşınır. Yumurtalar onun dırnaqlarının altına, alt paltarına, yatağına düşür, ev tozuna qarışırlar və müxtəlif əşyalarının üzərində 4 həftə yoluxucu qalırlar. Odur ki, yumurtaların yenidən udulması və ailənin (kollektivin) bir neçə üzvünün bizquyruğa yoluxması tez-tez olur. Barmaqları sormaq və dırnaq yemək vərdişləri yumurtaların udulmasını asanlaşdırır.

Bizquyruqlar bağırsağın içindəki hazır qidanı yeyirlər, vitaminləri, mineralları mənimsəyirlər. Onlar bağırsağın iç qatına yapışırlar, zədələyirlər. Zədəli yerlərdə qansızmalar, iltihablaşmalar əmələ gəlir. Başqa qurdlarda olduğu kimi, bizquyruğa yoluxmuş adamlarda selik axma, diş qıcama, öyümə, allergiya, səpkilər, qaşınmalar, nevroz, yuxu pozulması, yorğunluq və s. əlamətlər ola bilər. Bizquyruğa yoluxmanın diaqnozu əkcər hallarda çətin deyil, çünki qurdu düz bağırsaqdan çıxanda görmək olur.

Nəcis və oturacağın ətrafından götürülmüş analizlər etibarlı deyillər. Odur ki, bizquyruqların diaqnozunda əsas xüsusi əlamətlərdir – qurdları görmək və oturacaq ətrafının qaşınması. Bizquyruqları dərmanlarla məhv etmək olur.

Əyribaş qurdlar. Nekator (Ankilostoma duadenalis. Nekator amerikanus)

Əyribaş qurdlar geniş yayılmış, lakin nadir hallarda diaqnoz olunan qurdlardır. Onlar yoluxmuş adamların əsasən 12 barmaq bağırsağında yaşayırlar. Əyribaşlar ancaq qanla qidalanırlar. Qurdların sayı 50 dən çox olanda xəstədə qan azlığı yaranır.

Adamların bədəninə sürfələr 2 yolla daxil olur: 1. Sürfələr torpaqla, otlarla üsüyətdə olan adamların dərisini dələrək, venoz qanla orqanlara yayılırlar. 2. sürfələr udulurlar: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. Qurdun sürfələri keçdikləri bütün orqanları zədələyirlər, bir çox əlamətlər, xəstəliklər yaradırlar: qaşınmalar, səpmələr, allergiya, qan azlığı, yorğınluq, baş ağrıları,baş hərlənməsi, 12 barmaq bağırsaqda eroziyalar, xoralar, öyümə, qusma, qıcqırma, ishal, nevroz, aritmiya, ürək zəifliyi, tənginəfəslik, öskürək, gözlərdə, ağ giyərlərdə və başqa orqanlarda qansızmalar, iltihablaşmalar, sacların tökülməsi, menstruasiya pozulması, vaxtından tez menstruasiyanın kəsilməsi, kişilərda cinsi zəiflik və s. Hamiləlik dövründə əyribaş qurdların sürfələri anadan dölə keçirlər. Əgər dölün həyatı ücün vacib orqanları zədələsələr, hamiləlik dölün ölümü ya uşaqsalma ilə nəticələnir.

 

Strongiloid qurdları (Stronqiloides sterkoidalis)

Strongilidlər geniş yayılmış, lakin nadir hallarda diaqnoz edilən qurdlardır. Onlar yoluxmuş adamların əsasən 12 barmaq bağırsağında və bağırsağın divarının daxilində yaşayırlar. Qurdlar nazik və yoğun bağırsağa, öd kisəsinə, qara ciyərə, mədəaltı vəzin axarına, bağırsağın ətrafındakı limfa düyünlərinə və başqa orqanlara keçə bilirlər. Strongiloidlər çox surətlə artan qurdlardırlar.

Stronqiloidlərin sürfələri adamların bədəninə əsasən 2 yolla düşür: Udulurlar – çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. Torpaqla, otlarla ünsiyyətdə olan adamların dərisindən keçirlər. Sürfələr keçdikləri bütün orqanları zədələyirlər, müxtəlif əlamətlər, xəstəliklər törədirlər: dermatit, allerqiya, vaskulit, miokardit, pnevmoniya, bronxit, bronxial astma, allerqik rinit, qaymorit, tonzillit, tüpürcək vəzilərinin xəstəlikləri, qastrit, duadenit, xora, pankreatit, xolesistit, öd daşları və s. Hamiləlik dövründə stroqiloidlər xüsusilə təhlükəlidirlər. Onların sürfələri anadan dölə keçirlər. Yoluxmuş adamların orqanlarında stronqiloidlər 25 ildən çox yaşayırlar. Onlar bağırsaqda həzmə hazır olan qidanı yeyirlər, vitaminləri, mineralları, hormonlarımızı istifadə edirlər. Əvəzində oz nəcisləri-ifrazatları ilə qidamızı, qanımızı zəhərləyirlər.

Stronqiloidlərə yoluxma əlamətləri: mədə ağrısı, öyümə, qusma, iştahsızlıq, ishal ya qəbzlik, köpmə, dəridə səpmələr, ləkələr, qaşınmalar, allergiya, astmatik bronxit, öskürək, yorğunluq, nevroz, baş ağrıları, yuxu pozulması, uşaq salma, sonsuzluq və s. Nadir hallarda sürfələr nəcisdə aşkar olunurlar. Qurdları və onların sürfələrini əsasən 12 barmaq bağırsaqdan götürülmüş mayedə mikroskopla görmək olur. Bu analiz nadir yerlərdə edilir.

 

Şistosomalar Şistosoma.

Əksər mənbələrdə yazılır ki, şistosomalar ancaq tropik ölkələrdə olur. Təcrübə göstərir ki, Azərbaycanda bu qurd bir çox ən geniş yayılmış xəstəliklərin səbəbidir: stenokardiya, infarkt, insult, ateroskleroz, qanda xolesterinin artması, venaların genişlənməsi, tromboflebit, babasil, sidik-cinsiyət orqanlarının xəstəlikləri – iltihablaşma, daş əmələ gəlməsi, qan axmalar, sistit, enurez, prostatit, prostat vəzinin şişi, cinsi zəyifləmə, endometrioz, poliplər, kistlər, aybaşı pozulmaları, sonsuzluqlar və s.

Şistosomlar yoluxmuş adamların və heyvanların qan damarlarının divarlarında yaşayırlar. Şistosomalar qan damarlarını zədələyirlər. Zədəli yerlərdə iltihablaşmalar yaranır. Bir müddət sonra bu yerlər sağalanda, capıqlaşmalar əmələ gəlirlər. Həmin yerlərdə qansızmalar, tromblar, xolesterindən qərtməklər əmələ gəlir.

 

Toksokar (Toxakar)

İnsana ən yaxın olan it və pişiklərin bağırsağında yaşayılar. Yoluxma qurdun yumurtalarını udanda olur: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozlu havadan və s. Adətən belə xəstələrdə davamlı qızdırma olur. Başqa qurdlar kimi, toksokar sürfələri allergiya, bronxial astma, səpkilər, öyümə, qusma və diqər əlamətlər törədə bilərlər. Əlamətlərin bir qismi sürfələr məskunlaşdıqları və zədələdiyi orqanlara məхsusdur. Məsələn, beyin zədələnirsə – epileptik qıc olmalar, parez, paralic, göz zədələnəndə – qranulomalar, uveit, panoftalmit, qlaukoma, keratit, göz sinirinin iltihablaşması, retinoblastoma (göz xərcənci) ola bilər.

 

Trixinella (Trihinella spiralis)

Bu qurd da geniş yayılmış və bir çox xəstəliklərlər, o cümlədən, xərçənc xəstəliyi törədəndir. Diaqnozu və dərmanı praktiki olaraq yoxdur. Trixinellaya yoluxma əsasən donuz (kolbasa), qaban, ayı, porsuq əti yeyəndə olur, çünki bu heyvanların ətində 0,25-0,4 mm ölcüdə qurdun sürfələri ola blir. Əgər ət yaxşı bişmirsə, məsələn kababda, sağ qalmış sürfələr udulurlar.

Bu qurdun sürfələri limfa və qan damarları ilə bütün orqanlara yayılırlar. Trixinellanın törətdiyi xəstəlik trixinelyoz adlanır. Udulmuş sürfələrin miqdarından və adamların sağlamlığından asılı olaraq, xəstəlik kəskin ya xroniki olur.

Kəskin trixinelloz zəhərlənmə və allergiya bənzər əlamətlərlə başlayır: öyümə, qusma, ishal,yüksək qızdırma, əzələ ağrıları, göz qapaqlarının, üzün və bədənin müxtəlif yerlərinin şişməsi, qarın ağrıları, səpkiilər, qansızmalar, ürək zəyifliyi və s. Belə ağır vəziyyət 1-2 həftədən 5-6 həftəyədək davam edir. Aydındır ki, vaxtında və səmərəli müalicə almayan xəstələr kəskin trixinellözdan ölə də bilər.

Xroniki trixinelyoz illərlə davam edir. Xəstəliyin əlamətləri sürfələrin hansı orqanları daha çox zədələdiyindən və orqanizmin reaksiyasından asılıdır. Əksər xəstələrdə əzələ ağrıları olur. Dərialtı şişlərin-düyünlərin səbəbi də trixinella sürfələri ola bilər. Göz cəpliyinin səbəbi də goz əzələlərində məskunlaşan sürfələr ola bilər. Onurğa əyrilikləri və qrıjalarının səbəbi də onurğa əzələlərindəki trixinella sürfələri ola bilər. Ürəkdə məskunlaşan sürfələr aritmiya, ürək ağrıları, stenokardiya, infarkt, ürək zəifliyinə səbəb ola bilirlər. Hamiləlik dövründə trixinella sürfələri anadan dölə keçirlər. Əgər onlar dölün həyatı üçün vacib orqanları zədələsələr, onda hamiləlik dölün ölümü, uşaq salma ilə yekunlaşır. Başqa orqanlar zədələnəndə, doğulmuş uşaqda qüsurlar, eybəcərliklər, anlaşılmaz xəstəliklər olur. Südəmər dövürdə sürfələr korpələrə ana südü ilə keçirlər.

 

Dirofillariya qurdları (Dirofillariya)

Dirofillariya çox az tanınmış, geniş yaylmış və nadir hallarda diaqnoz edilən qurddur. Heç dərmanı da yoxdur. İri qurdlar xəstə itlərin, pişiklərin ürəyində yaşayırlar. Onların sürfələri it-pişiklərin qanında üzürlər. Adamlar bu qurda ağcaqanadlar yoluxdurur. Əvvəlcə onlar xəstə itlərin, pişiklərin qanını içirlər. Sonra sürfələri sancdıqları adamların dərisinin altına salırlar. Bəzi xəstələr dəri altında hərəkət edən sürfələri hiss edirlər. Dəri altından sürfələr daxili orqanlara yayılırlar. Daxili orqanlarda qurdların ətrafında müxtəlif ölçüdə şişlər əmələ gəlir.

Sağ adamlarda dirofillariyozun diaqnozu indiyədək yoxdur. Belə şişlər ən çox əllərdə, ayaqlarda, sinədə dəri altında, süd vəzilərində, gözün selikli qişasının altında, göz qapaqlarında və gözün daxilində, ağ ciyərlərdə aşkar edilirlər. Hərdən pasientlər cüzgüyə baxanda gözünün içində hərəkət edən qurdu görürlər. Bu onları çox qorxudur. Daxili orqanlarda olan dirofillariya şişlərinin xüsusi əlamətləri yoxdur. Qurdlar hansı orqanı zədələyirlərsə, həmin orqana aid əlamətlər də ola bilər. Məsələn, dirofillariya şişləri ağ ciyərdə olanda, öskürək ola bilər. Dirofillarioz dünyanın hər yerində yayılıb. Harada adamlar, itlər, pişiklər, ağcaqanadlar varsa, orada da bu xəstəliyə yoluxmaq ehtimalı çoxdur.

Exinokok (Ehinokok)

Exinokok qurdları bir çox ət yeyən heyvanların bağırsağında yaşayırlar (it, pişik, donuz, canavar, tülkü və s.). İnsanları xəstələndirən qurd yox, onun sürfələridir. Yoluxma yumurtaları udanda olur: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. Exinikokkoz xəstəliyinin inkişafı, şərti olaraq 4 mərhələyə ayrılır:

• Birinci mərhələdə xəstələri heç nə nərahat etmir.

• İkincidə – ümumi zəiflik, öyümə, allergiya ola bilər.

• Üçüncü mərhələdə kistlər zədələyən orqanların əlamətləri olur. Əksər hallarda xəstəliyin bu mərhələsi xərçənc xəstəliyinə oxşayır.

• Dördüncü mərhələdə exinokokkoz müalicəsi mümkün olmayan xərçəncdən fərqlənmir!

Mərhələlərin davamı kistlərin hansı orqanlarda inkişaf etməsindən asılıdır. Beyində, xüsusi ilə bel iliyində inkişaf edən kistlər, artıq xırda olanda bu orqanları əzirlər, parez, iflic və başqa ağır xəstəliklər törədirlər. Qara ciyərdə birinci mərhələ davamlı olur. Xəstəlik illərlə adamı nərahat etməyə də bilər. Amma zədə nəticəsində, gözlənilmədən kist cırıla bilər. Yırtıqdan axan zəhərli mayedəki sürfələr başqa orqanlara yayılırlar. Nəticədə ağır xəstəliklər yaranır – anafilaktik şok, peritonit, abses, hidropnevmotoraks, hidroperikardit.

 

Opistorxis. Klonorxis. Fassiola (Opistorhis. Klonorhis sinensis. Fassiola hepatika, F. qiqantika)

Qara ciyər qurdları yoluxmuş adamların qara ciyərində, mədə altı vəzində, öd yollarında yaşayırlar və bu orqanları zədələyirlər, xəstələliklər törədirlər – öd daşları, xolesistit, pankreatit, sarılıq, allergiya, şişmələr, səpkilər, qaşınmalar, hətta şəkər və sirroz, xərçənc kimi xəstəlikləri də!

Qara ciyər qurdlarına yoluxma yaxşı bişməmiş balıq əti, kürü və yaxşı yuyulmamış tərəvəz yeyərkən baş verir. Hər gün milyonlarla adamlar bu qidalardan istifadə edirlər. Son məlumatlara görə, qara ciyər, mədəaltı vəzi və öd yollarının xəstəliklərinin 90%-ni parazitlər törədirlər!

Paraqonimus qurdları (Paraqonimus Vestermani)

Paraqonimus qurdları əsasən ağ ciyər xəstəlikləri törədirlər: davamlı öskürək, bronxit, bronxial astma, pnemoskleroz, bronxoektaziya, pnevmotoraks, plevrit və s. Hətta ağ ciyər şişlərini bəzən bu qurd törətdiyi haqda məlumatlar var. Paraqonimoza yoluxma əsasən xərçənc və krevet (yengəc) yeyəndə, çay, göl suyu içəndə və udanda olur. Udulmuş sürfələr nazik bağırsağı tam deşib, qarın boşluğuna keçirlər. Sonra diafraqmanı da deşirlər və ağ giyərlərə dahil olurlar. Paraqonimus qurdları ağ ciyəri zədələyirlər və oz ifrazatları-nəcisləri ilə bronxları, qanımızı zəhərləyirlər. Zədələnmiş yerlərdə iltihablaşmalar yaranir. Bir müddət sonra onlar sağalanda, yerlərində çapıqlar, sərtləşmələr əmələ gəlir. Get-gedə bronxlarda genişlənmələr, ağ ciyərlərdə sərtləşmələr, kistlər, şişlər əmələ gəlir. Kistlər yırtılanda – plevrit, pnevmatoraks yaranır. Qurdların beyində məskunlaşması çox təhlükəlidir. Belə xəstələrdə beynə qan sızma, iltihblaşma ola bilir.

Enli lentşəkilli qurdlar. Öküz soliteri. Donuz soliteri. (Taeniya saqinata. Taeniya solium. Difillobotriuf latum)

Lentşəkilli qurdlar əsasən insanların nazik bağırsağında yaşayırlar. Uzunluqları 2-15 metrə çatır. Yoluxma tərkibində qurd sürfələri olan yaxşı bişməmiş ət yeyəndə olur. Balıq ətində, yaxşı duzlanmamış kürüdə enli lentşəkilli qurdun sürfələri ola bilər. İri buynuzlu heyvanların ətində öküz soliterinin sürfələri ola bilər. Donuz ətində donuz soliterinin sürfələri ola bilər.

Udulmuş sürfələr başları ilə nazik bağıırsağın daxili qatına yapışırlar. Burada həzm olunmuş qidanı, vitamin və mineralları mənimsəyərək böyüyürlər. Başqa qurdlar kimi, lentşəkilli qurdlara yoluxanlarda allergiya, səpmələr, giyişmələr, ishal ya qəbzlik, qan azlığı, baş ağrıları, öyümə, qusma, saç tökülməsi, aybaşı pozulması, sonsuzluq, uşaq salma, kişilərdə cinsi zəyiflik, yorğunluq, yuxusuzluq və digər xəstəliklər ola bilir. Bu qurdlara yoluxanlarda güclü arıqlama, qan azlığı, bağırsaq keçməməzliyi, peritonit, pankreatit kimi təhlükəli ağırlaşmalar da olur. Onları müxtəlif orqanlarda aşkar edirlər – dəri altında, əzələlərdə, gözlərdə, baş və onurğa beynində, qara ciyərdə, ürəkdə, ağ ciyərlərdə və s. Beyində olan sistiserklər baş ağrıları, öyümə, qusma, qıc olmalar, ensefalit, meningit, epilepsiya, parez, iflic törədə bilirlər. Gözün daxilində olan sistiserk gözü zədələyir, iltihablaşmalar törədir, görmə qabiliyyətinin zəifləməsinə və hətta tam itirilməsinə səbəb ola bilir. Gözün arxasında yerləşən sistiserk ekzoftalm, yəni gözün bərəlməsi yarada bilər.

 

Parazitologiya, ​​​​​​​parazit qurd xəstəlikləri, parazit qurdlar, parazitoloq, bağırsaq qurdları
Parazitologiya, ​​​​​​​parazit qurd xəstəlikləri, parazit qurdlar, parazitoloq, bağırsaq qurdları
Parazitologiya, ​​​​​​​parazit qurd xəstəlikləri, parazit qurdlar, parazitoloq, bağırsaq qurdları
Previous Next
Dietology
Check Up
Dermatology
ALL DEPARTMENTS
Gynecology
Cosmetology
Cardiology
Neurology
Hair transplantation
Laboratory
Pediatrics
USM
Endocrinology
Urology
Parasitology
Andrology
Check Up
Dermatology
Cardiology
Neurology
Gynecology
Radiology
Urology
Laboratory
Cosmetology
Hair transplantation
ALL DEPARTMENTS

THE MOST MODERN EQUIPMENT

  • Electrocoagulation
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

RELIABILITY

  • Certification and Licenses
  • ISO 9001:2015
  • Doctors who have achieved success their fields and have certificates

PROFESSIONAL STAFF

A valuable investment of our Medical Center is the customer satisfaction earned by our specialized professional doctors and friendly staff.

ACCURATE LABORATORY ANALYSIS

Laboratory tests of our clinic are accepted all over the world. Automated laboratory equipment eliminates the human factor.

REGISTER FOR ADMISSION


Working hours: Mon. - Sat. 9:00 - 19:00

THE MOST MODERN EQUIPMENT

  • Electrocoagulation
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

RELIABILITY

  • Certification and Licenses
  • ISO 9001:2015
  • Doctors who have achieved success their fields and have certificates

PROFESSIONAL STAFF

A valuable investment of our Medical Center is the customer satisfaction earned by our specialized professional doctors and friendly staff.

ACCURATE LABORATORY ANALYSIS

Laboratory tests of our clinic are accepted all over the world. Automated laboratory equipment eliminates the human factor.

REGISTER FOR ADMISSION


Working hours: Mon. - Sat. 9:00 - 19:00