Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Parazitologiya, ​​​​​​​parazit qurd xəstəlikləri, parazit qurdlar, parazitoloq, bağırsaq qurdları

Parazitologiya Tibbi Parazitologiya – insan parazitlərini onların törətdiyi xəstəlikləri onlarla mübarizə üsullarını öyrənən elmdir. Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq para..

Qurd xəstəliklərinin orqanizmdə yaratdığı fəsadlar, İnsan orqanizmi qurda necə yoluxur, Yoluxucu xəstəliklər

Qurd xəstəliklərinin orqanizmdə yaratdığı fəsadlar Qurdlar insan orqanizmində müxtəlif pozulmalara səbəb olur. Bir çox hallarda biz bu pozulmaları qurdlarla deyil, digər səbəblərlə əlaqələndiririk...

Parazit növləri, Qurd xəstəliklərinə yoluxma, Qurd xəstəliklərinin fərqli əlamətləri, Qurd xəstəliklərinin fəsadları

parazit növləri İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Qurd xəstəliyi istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən problemdir. Uşaqlar əsasən 3-12 y..

Parazitologiya nədir, medical parazitologiya, parazit növləri, parazitin müalicəsi

PARAZITOLOGIYA NƏDIR? Başlamaq üçün, bəzi şərtlər nəzər. Onların ən ümumi - Parazitologiya. onlar səbəb xəstəlikləri müalicə etmək üçün bioloji parazit, həyat morfoloji xüsusiyyətləri, etiologiyalı..

Ləmblioz, bağırsaq infeksiyası, Ləmblialar​​​​​​​ın səbəbləri, Ləmblialar​​​​​​​ın müalicəsi, infeksiya

LƏMBLİOZ Ləmblioz qarın nahiyəsində ağrılar, köpmə, ürəkbulanma və müddətli sulu ishal əlamətləri ilə gedən bağırsaq infeksiyasıdır. Bu xəstəlik dunyada genis yayılmış, xüsusən antisanitar ərazilər..

Parazit qurdlara yoluxma, Qurd xəstəlikləri, parazit növləri, Qurd xəstəliklərinin əlamətləri, Qurd xəstəliklərinin fəsadları

Parazit qurdlara yoluxma İnsanlar ev heyvanlarını sevir və onları özlərinin dostu hesab edirlər. Ancaq onlarla davranış qaydalarını unutmamaq lazımdır. Nə üçün iti, pişiyi sığallamaq, durğun su ..

Qurd xəstəliklərinin fərqli əlamətləri, Qan parazitar xəstəlikləri, Parazit qurdları, Parazitlərin növü

Qurd xəstəliklərinin fərqli əlamətləri Orqanizmdə çoxalan qurdların nematodozlar, enterobioz, askaridoz adlanan növləri var ki, bunların da hər birinin özünəməxsus əlamətləri var. Enterebiozlar gec..

Parazitologiya, Parazit, Parazitologiyanın qolları, Tibbi parazitologiya, parazitlərlə mübarizə

Parazitologiya nəyi öyrənir?  Parazitologiya, əvvəlində də qeyd edildiyi kimi, parazitlər və onların sahibləri arasındakı əlaqələrin öyrənilməsindən məsul olan biologiyanın bir hissəsidir. Əsa..

Parazitologiya, parazitzm, müvəqqəti parazitzm, stasionar parazitizm, parazit müalicəsi

Parazitologiya Parazitologiya həm parazitlərin özlərini, həm də onların törətdiyi xəstəlikləri və insanlarda və heyvanlarda onlarla mübarizə üsullarını öyrənən bir elmdir.   Orqanizmləri..

Parazitlərə yoluxmaq, parazitlərdən qorunmaq, parazitlərin əlamətləri, Dərinin parazit xəstəlikləri

Parazitlərə yoluxma daha hansı təhlükələrə malikdir? Parazitlər kişilərdə prostatit, impotensiya, adenoma, sistit, böyrək və sidik kisəsində qum, daşların yaranmasına səbəb olur. Qadınlarda yumu..

Parazit qurdları, Tibbi Parazitologiya, Qurd xəstəlikləri, helminthologiya, Parazitlərin növü

Parazit qurdları İnsan orqanizminə daxil olduqdan sonra immun sisteminə mənfi təsir göstərən və infeksion xəstəliklərə səbəb olan parazit qurdlarının genetik quruluşu öyrənilir. Genetik araşdırm..

Qurd xəstəlikləri, Azərbaycan qurd xəstəlikləri, Qurd xəstəliklərinin müalicəsi, Qurd xəstəliklərinin əlamətləri

Qurd xəstəlikləri Digər yoluxucu xəstəliklər kimi qurd xəstəlikləri də artmaqdadır və doğrudanmı digər parazit qurdların adı hallanmadığı halda ancaq iki-üç qurd xəstəliyi bu qədər vüsət alıb? Əvvə..

Parazitologiya, Tibbi Parazitologiya, Qurd xəstəlikləri, Askaridlər, Qurd xəstəliklərinin dərmanla müalicəsi

Parazitologiya Tibbi Parazitologiya – insan parazitlərini onların törətdiyi xəstəlikləri onlarla mübarizə üsullarını öyrənən elmdir. Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq parazi..

Helmintozlar, Helmintoz növləri, Qurd xəstəliklərinin əlamətləri, Qurdların diaqnozu, Dəri və zöhrəvi xəstəliklər

HELMİNTOZLAR Helmintozların növləri müxtəlif olduğu kimi hər birinin də spesfik əlamətləri olur. Məsələn strongiloidoz və filyariatozlarda allergik əlamətlər – ödem və dəri səpgiləri daha çox olur...

Qorxulu qurd xəstəliyi, Bağirsaq infeksiyalari, Bağırsaq infeksiyası nədir, Bağırsaq infeksiyalarının növləri

Qorxulu qurd xəstəliyi Parazitin ən qorxulu xüsusiyyəti onun kapsullaşıb 10-40 il müddətində orqanizmdə diri qala bilməsidir. Xəstəlik vəhşi heyvanlardan ev heyvanlarına,onlardan da insanlara yolux..

Parazitologiya, Tibbi Parazitologiya, Qurd xəstəlikləri, Askaridlər, Qurd xəstəliklərinin dərmanla müalicəsi

Parazitologiya
Tibbi Parazitologiya – insan parazitlərini onların törətdiyi xəstəlikləri onlarla mübarizə üsullarını öyrənən elmdir. Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq parazitologiyaya üç bölmə daxildir: protozoologiya, helminthologiya, aracxnoentomologiya (buğumayaqlılar). Parazitar xəstəliklər və ya invaziyalar – helmintlər (qurd xəstəlikləri) və ya parazitar buğumayaqlıların səbəb olduğu xəstəliklərin bir qrupudur. Əslində, parazitar xəstəliklər yoluxucu olur. İnfeksiyaları tək hüceyrəli orqanizmlər törədir, invaziyaları isə – heyvani mənşəli çoxhüceyrəli orqanizmlər. Digər orqanizmlər hesabına daimi və ya müvəqqəti yaşayan və onlardan bir yaşayış mühiti və qida mənbəyi kimi istifadə orqanizmlər parazit adlanır.

Qurd xəstəlikləri

(helminthologiya). İnsana helmintlərin 250-dən çox növ təsir göstərə bilər. Ölkəmizdə çoxsaylı təbii ocaqları olan əksər parazit qurdların insanlarda, məsələn, opistorxoz, metaqonimoz, şistosomoz kimi xəstəliklər törədən qurdların bizim çay və ğöllərimizdə aşkar olunması bioloq-parazitoloqlar tərəfindən təsdiq edilmişdir və bu qurdlara balıq ətindən yüksək yoluxma ehtimalı yüksəkdir. Yer əhalisinin əksəriyəti, yaşından asılı olmayaraq, parazitlərə yoluxub. Ətraf mühitdə parazitlər çoxdur. Tək qiqiyena qaydaları onlardan qorunmaq üçün yetərli deyil. Vaxt aşırı özünüzü yoxladıb, vaxtında parazitlərdən təmizlənsəz, bir çox xəstəliklərin yaranmasının qarşısı alınar. Təmiz şəhərlərdə bunu 6 aydan bir etmək kifayətdir.
 

Askaridlər
Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə Yer əhalisinin 60% askaridlərə yoluxub. Askaridlərin törətdikləri xəstəlik askaridoz adlanır. Bu xəstəlikdən uşaqlar da, böyüklər də əziyyət çəkiirlər. Hətta 1 aylıq uşağın askaridoz olması haqda məlumat var.
Askaridlər yoluxmuş adamın əsasən nazik bağırsağında yasayırlar. Dişi qurdların uzunluğu 25-45 sm, erkəklərin 15-25 sm çatır. Yoluxmuş adamın bağırsağında bir neçə dənədən bir neçə yüzədək askaridlər ola bilər. Mayalanmış dişi qurdlar vaxtaşırı yumurtlayırlar (hər biri sutkada 250 000 dək). Yumurtalar nəcislə torpağa düşsə, əlverişli şəraitdə 24 günə yetişirlər və 20 ildən çox yoluxucu olurlar. Adamlar askarid yumurtalarını udmaqla yoluxurlar: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. Bağ-baxçalar insan nəcisi ilə kübrələnən yerlərdə askaridoz daha çox müşahidə olunur. Həşəratlar da qurd yumurtalarını ayaqlarında yayırlar. Udulmuş yumurtalardan nazik bağırsaqda sürfələr çıxırlar. Onlar bağırsağın divarını və oradakı venoz q an damarını dəlib, qanla orqanlara yayılırlar (miqrasiya). Təxminən 8 saatdan sonra sürfələr qara ciyərə, sonra ürəyə və bir sutkaya ağ ciyərlərin kapillyar qan damarlarına çatırlar. Onları da dəlib, nəfəs yollarına keçirlər və ağıza doğru hərəkət edirlər. Burada tüpürcəyə qarışırlar, udulurlar və yenidən nazik bağırsağa düşürlər. Nazik bağırsağda sürfələrdən 2 aya cinsi yetişmiş askaridlər əmələ gəlirlər. Bağırsaqdakı askaridlərin ömrü 1 ilə yaxındır. Ancaq təkrar yoluxmalar nəticəsində xəstəlik illərlə davam edə bilər.
İri qurdlar bağırsağın selikli qişasını yeyirlər və bağırsaqdakı həzmə hazır olan qidaları, vitamin-mineralları mənimsəyirlər. Əvəzində özlərinin nəcislərini-ifrazatlarını buraxırlar. Zəhərli maddələr qana sorulub, bütün orqanlara yayılırlar. Nəticədə bir çox xəstəliklər yaranır: eroziyalar, xora, ishal ya qəbzlik, diş qıcama, selik axma, öyümə, qusma, allergiya, səpkilər, qaşınmalar, ləkələr, saçların tökülməsi, yorğunluq, baş ağrıları, qan azlığı və s. müşhidə olunur. Xəstələrin əhval-ruhiyəsi pozulur, onlarda əsəbilik, baş və qarın ağrıları, baş hərlənməsi, öskürmə, qulaq ağrısı və s. əlamətlər olur.
• Askaridlər yoğun bağırsağa keçib, kolit, appendisit törədə bilirlər. Hətda bağırsağı deşib, çox təhlükəli peritonit də törədə bilirlər
• Öd yollarına, öd kisəsinə, mədəaltı vəzin axarına keçəndə sarılıq və bu orqanlarda irinli iltihablaşmalar yaradırlar.
• Bəzən askaridlər qusuntu ilə ağızdan, burundan çıxırlar. Belə hallar xəstəni və yanındakıları çox qorxudur. Hərdən askaridlər nəcislə çlxırlar.
• Askaridlər tənəffüs yollarına keçib xəstənin ölməsinə səbəb olduğu hallar da həkimlərə məlumdur.
• Qurdlar bir-birinə dolaşıb bağırsaq keçməməzliyi də yaradırlar.
Askaridlərin sürfələri də təhlükəlidirlər. Onlar ancaq qanla qidalanırlar (gündə 0,5 litrə yaxın). Əvəzində ozlərinin nəcisləri-ifrazatları ilə qanımızı və başqa orqanlarımızı zəhərləyirlər. Sürfələr qanla hərəkət edən zaman nazik bağırsağı, venoz qan damarlararını, qara ciyəri, ürəyi, ürəkdən ağ giyərlərə gedən qan damarlarını, ağ ciyərləri, bronxları, qırtlağı, udlağı, orta qulaqları, tüpürcək vəzlərini, burun ətrafındakı boşluqları zədələyirlər. Zədəli yerlərdə qan sızmalar, iltihablaşmalar, çapıqlar əmələ gəlir. (Həkimlər belə xəstəlikləri duodenit, enterit, eroziya, xora, disbakterioz, hepatit, endokardit, aritmiya, pnevmoniya, bronxit, bronxial astma, allergiya, anemiya, traxeit, larinqit, otit, limfadenit, qaymorit, miqren, nevroz, yuhu pozulması adlandırırlar.) Hər kəsin askaridlərə qarşı özünə məxsus reaksiyası var. Kimdəsə bu əlamətlərin bir neçəsi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadə dərəcəsi də müxtəlif olur. Kimsə nərahatcılıqlarına heç fikir vermir, başqasında isə əlamətlər güclü ifadə olunurlar. Hamiləlik dövründə askaridoz xüsusən təhlükəlidir, çünki sürfələr anadan dölə keçə bilirlər. Əgər onlar dölün həyatı üçün vacib orqanları zədələsə, hamiləlik dölün ölümü, uşaq salma ilə qurtarır. Başqa orqanlar zədələnəndə doğulmuş uşaqda qüsurlar, eybəcərlik, anlaşılmaz xəstəliklər olur. Hamilələrdə öyümə, qusma halları tez-tez olur. Həkimlər bunu toksikoz adlandırırlar. Bunlar qurların əlamətləri də ola bilər.

Qurd xəstəliklərinin dərmanla müalicəsi

Askaridləri əsasən nəcis analizində yumurtalarını aşkar etməklə diaqnoz edirlər. Onlar isə yoluxmadan təxminən 3 ay sonra yumurtalamağa başlayırlar, özü də vaxt aşırı. Yumurtalayacağı vaxt dəqiq bilinmir. Ona görə yumurtalamayan zamanlarda nəcis analizi 3-5 dəfə təkrarlansa da, səhv olaraq, yoluxmanı göstərməyəcək!
Deməli, nəcis analizində askarid yumurtası aşkar edilmirsə, bu hələ o demək deyil ki, askaridoz yoxdu. Nəcis analizində askarid ymurtaları tapılsa da, bu yenə də hələ o demək deyil ki, askaridoz var. Onlar öləndən sonar, nəcisdə yumurtaları bir müddət qala bilər. Bu ymurtalar yetişmiş deyil, onlardan bağırsaqda sürfələr çıxmır. Nadir yerlərdə askaridləri və bir neçə başqa parazitləri qan analizi ilə diaqnoz edirlər. Bu üsulla qanda qurdlar yox, onlara qarşı əmələ gələn anticisim aşkar edilir. Anticisim yoluxmadan təhminən 1 ay sonra əmələ gəlir. Ona görə də, anticisim əmələ gələnə kimi qan analizi səhv olaraq, yoluxmanı göstərmir.
Anticisim qanda parazitlər məhv olandan sonra da qalır. Askaridlər ən çox yayılmış və ən çox öyrənilmiş qurd olmasına baxmayaraq, onlar haqqında biliklər hələ də azdır.
Son illərdə askaridin yeni növü – Beyin askaridi-Askaris megasephalon aşkar edilib. Bu qurdlar yoluxmuş adamların beyin nahiyəsində, burun ətrafındakı boşluqlarda məskunlaşırlar. Beyin askaridi ilə əlaqədar xəstələr şiddətli baş ağrılarından, səbəbi məlum olmayan depressiyadan, epilepsiyadan, yuxusuzluqdan, başda səsdən, gecələr yuxulu vəziyyətdə gəzməkdən, bir neçə ay görmə qabiliyyətini itirmə hallarından əziyyət çəkirlər.
Tükbaş qurd (Trihocechalus trichiurus)
Bu qurdlara yoluxanlar askaridlərdən də çoxdur. Tükbaş qurdlarının törətdiyi xəstəlik trixosefalyöz adlanır. Bu xəstəlikdən bütün dünyada uşaqlarda, böyüklərdə əziyyət kəçir.
Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar. Uzunluqları 3,0 – 5,5 sm çatır. Qurdlar tük kimi nazik başları ilə bağırsağın divarını və oradakı qan damarlarını deşirlər, zəli kimi qan sorurlar. Yoluxmuş adamın bağırsağında bir neçə dənədən minlərləyədək tükbaş qurdları ola bilər. Onların hər biri sutkada 0,005 ml qan içir. Miqdarı az olanda xəstə uzun müddət heç bir ciddi narahatlığ hiss etməyə də bilər. Parazitlərin sayı 800-dən çox olanda qan azlığı (anemiya) yaranır. Tükbaşlar yoğun bağırsaqda 5 ildən çox yaşayırlar. Dişi qurdlar vaxtaşırı yumurtalayırlar (sutkada hər biri 3500 dək). Yumurtalar nəcislə torpağa düşürlər, müxtəlif əşyaların üzərinə yapışırlar (unitazlara, natəmiz adamların əllərinə və onlardan dəsmallara, pullara, qida məhsullarına və s.). Əşyalar üzərində yumurtalar təhminən 1 ay yetişirlər və 3 il yoluxucu olurlar.
Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Hamı tozlu hava udur. Pullar hər gün onların da əlində olur, sizində. Belə adamlar içtimayi yerlərdə hamının açdığı qapıları açırlar, tutacaqdan tuturlar, bir neçə adama əl verirlər və s. Odur ki, heç kim tükbaşa yoluxmadan sığortalanmayıb. Bu qurda uşaqlar da yoluxur, böyüklər də.
Tükbaş qurdları bütün dünyada ən çox yayılmış qurdlardandırlar.
Udulmuş yumurtalardan yoğun bağırsaqda sürfələr çıxırlar. Onlar qanla qidalanırlar və 2 aya cinsi yetişib, yumutalamağa başlayırlar.
Tükbaşa yoluxmuş adamlarda müxtəlif əlamətlər ola bilər: ağızdan, tərdən, nəcisdən pis qoxu gəlməsi, öyümə, qusma, selik axma, diş ətinin qanaması, diş qıcıltısı, ağızda-dildə yaralar (stomatit), tez-tez soyuqlama, xroniki tonzillit, qan azlığı, qarın və baş ağrıları, baş hərlənmə, özündən getmə, halsızlıq, qəbizlik ya ishal, nəcisdə qan, uşaqlar fiziki inkişafdan geri qala bilər, iştah pozulması, arıqlama, gözlərin zəifləməsi, dəridə səpkilər, sızanaqlar, qaşınmalar, saçların tökülməsi, yuxusuzluq, nevroz, menstruasiya pozulması, sonsuzluq, uşaq salma, kişilərdə cinsi zəiflik, spermin keyfiyətinin pozulması və s.
Bəzi xəstələrdə cücənməkdən düz bağırsaq çölə çıxir. Onda, bağırsağa zəli kimi yapışmış qurdları görmək olur. Qanla dolmuş qurdlar poliplərə oxşayırlar. Tükbaş qurdları apendisitin əsas səbəbidirlər. Bu qurdlar hətda bağırsağı tam deşıb, çox təhlükəli peritonit də törədə bilirlər.
Hər kəsin tükbaşlara özünə məxsus reaksiyası var; kimdəsə əlamətlərin biri-ikisi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadə dərəcəsi də müxtəlif olur.
Qurdlar yoluxmadan təhminən 2 ay sonra vaxt aşırı yumurta qoymağa başlayırlar. Ona görə, nəcisdə onların yumurtaları nadir hallarda aşkar olunur. Əksər xəstələrə müxtəlif müayinələr edilir, diaqnozlar qoyulur: kolit, enterit, disbakterioz, anemiya, uşaq salma, epilepsiya, xroniki yorğunluq, hipotoniya, allergiya, piodermiya və s. Tükbaşların yaratdıqları qan azlığı və qanın çirklənməsi bütün orqanlara təsir edir. Nadir hallarda tükbaşların yumurtaları nəcisdə tapılanda, qurda qarşı müalicə edirlər. Dərmanlar tükbaşlara əksər hallarda təsir etmir.
Lambliya (Lambliya intestinalis)
Lambliya qurd deyil, o tək hüceyrəli parazitdir. Lambliyaların xəstəlik törədən vegetativ formaları 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxari hissələrində yaşayirlar. Onlar bağırsağın səthinə yapışıb, qidalanırlar, çoxalırlar. Miqdarları milyardlarla olur. Çox olduqlarına görə, bağırsağın səthini örtürlər, zədələyirlər. Nəticədə, qidanın həzmi, mənimsənməsi, vitaminlərin, mineralların qana sorulması pozulur. Lambliyalar ödün və mədə altı vəzin şirəsinin 12 barmaq bağırsağa axmasına da mane olurlar. Ona görə də, öd kisəsində durğunluq və öd daşları əmələ gəlməsinə şərait yaranır.
Nazik bağırsağın aşağı hissəsində lambliyalar xəstəlik törətməyən sist (yumurta) formasına keçirlər. Sistlər ziyan vermədən, nəcislə xaric olurlar. Onlar nəmli yerlərdə 3 həftə, suda isə 2 ayadək yoluxucu qalırlar. Hətda xlorlanmış suda sistlər 72 saat sağ qalır. Quru yerlərdə, o cümlədə quru qida məhsulları üzərində 2 sutka yoluxucu olurlar. Yoluxma sistlərin udulması nəticəsində olur (tozdan, natəmiz əllərdən, çirklənmiş su və qida məhsullarından, yaxşı yuyulmamış qablardan və s.). Lambliyaya cinsi yolla da yoluxmaq olur. Ona görə də lamblioz ən geniş yayılmış xəstəliklərdəndir.
Hesab edilir ki, xəstəlik yaranması üçün 100-ə yaxın sist udulmalıdı. Lambliozun əlamətləri: xəstələrdə əsasən çəkilərinin artmaması, arıqlama, ağızda acılıq, nəfəsdə və nəcisdə pis qoxu, selik axma, diş qıcama, öyümə, qusma, bağırsaq pozulması, allergiya, gicişmə, saçların tökülməsi, baş ağrıları olur. Lambliyaların törətdikləri vitamin çatışmamazlığı və qan azlığı nəticəsində bütün orqanların fəaliyyəti pozula bilər, bir çox xəstəliklər yarana bilər, məsələn dərinin quruması, çatlaması, gözlərin zəifləməsi, aybaşı pozulması, kişi və qadın sonsuzluğu, uşaq salma və s.
Hər kəsin lambliyalara özünə məxsus reaksiyası var. Bəziləri heç nədən şikayət etmirlər, lakin onlar yoluxma mənbəyi kimi başqaları üçün təhlükəlidirlər. Lambliozun diaqnozunda ən çox istifadə olunan nəcis analizidir, lakin sistlər nəcisdə nadir hallarda aşkar olunur. Yəni sistlər nəcisdə aşkar olmasa, bu hələ o demək deyil ki lamblioz yoxdur, çünki 100 dək udulmuş sistlər xəstəlik törətmədən nəcislə bədəndən çıxa bilər.
Lambliyaların xəstəlik törədən formalarını 12 barmaq bağırsaqdan zondla götürülmüş mayedə mikroskopla görmək olur. Bu əziyyətli üsul nadir yerlərdə edilir. Bir də ki, əgər lambliyalar bağırsağın divarından qopmasalar, mayedə onlar görünməyəcəklər. Lambliozu nadir yerlərdə qan analizi ilə diaqnoz edirlər. Bu analizlə qanda lambliyalar yox, onlara qarşı əmələ gələn anticisim aşkar edilir. Ona görə, qan analizinin səhvləri ola bilər. Dərmanlarla lambliyaları məhv etmək asan deyil.
Bizquyruq qurdları (Enterobius vermikularis)
Bizquyruğun törətdiyi xəstəliyin adı enterobiozdur. Yer əhalisinin təxminən 500 milyonu yaşından asılı olmayaraq bu xəstəlikdən əziyyət kəçir. Dişi qurdların uzunluğu 9-12 mm, erkəklərin 2-5mm çatır. Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar. Ömürləri 1 aya yaxındır. Adətən axşamlar dişi qurdlar düz bağırsaqdan çıxıb, oturacağın ətrafına yumurta qoyurlar, qaşındırırlar. Sonra bəziləri bağırsağa qayıdirlar və bir neçə saatdan sonra ölürlər. Bizquyruqlar qadınların, qızların cinsi orqanlarına, sidik yollarına daxil olub, burada qaşınmalar, iltihablaşmalar törədə bilirlər. Yuxulu xəstə qaşınır. Yumurtalar onun dırnaqlarının altına, alt paltarına, yatağına düşür, ev tozuna qarışırlar və müxtəlif əşyalarının üzərində 4 həftə yoluxucu qalırlar. Odur ki, yumurtaların yenidən udulması və ailənin (kollektivin) bir neçə üzvünün bizquyruğa yoluxması tez-tez olur. Barmaqları sormaq və dırnaq yemək vərdişləri yumurtaların udulmasını asanlaşdırır. Udulmuş yumurtalardan bağırsaqda sürfələr çıxırlar. Onlar 10-12 günə cinsi yetişirlər, cütləşirlər. Erkək qurdlar cütləşəndən sonra ölürlər. Dişilər isə 1 həftə sonra yumurtlamağa başlayırlar və bir neçə saat sonra ölürlər. Ancaq yumurtaların təkrar udulması nəticəsində xəstəlik aylarla, illərlə davam edə bilər.
Bizquyruqlar bağırsağın içindəki hazır qidanı yeyirlər, vitaminləri, mineralları mənimsəyirlər. Onlar bağırsağın iç qatına yapışırlar, zədələyirlər. Zədəli yerlərdə qansızmalar, iltihablaşmalar əmələ gəlir. Bağırsaqdan çıxan qurdlar qadınların-qızların sidik- cinsi orqanlarına keçib, bu orqanlarda qaşınmalar, iltihblaşmalar törədə bilirlər. Uşaqların gecələr yataqlarını islatması da bizquyruqlarla əlaqəli ola bilər. Başqa qurdlarda olduğu kimi, bizquyruğa yoluxmuş adamlarda selik axma, diş qıcama, öyümə, allergiya, səpkilər, qaşınmalar, nevroz, yuxu pozulması, yorğunluq və s. əlamətlər ola bilər. Bizquyruğa yoluxmanın diaqnozu əkcər hallarda çətin deyil, çünki qurdu düz bağırsaqdan çıxanda görmək olur. Uşaqlara valideyinlər baxırlar, qurdları ğörürlər, amma yaşlılar nadir hallarda özlərində qurd ola biləcəyindən şübhələnirlər. Bir neçə gündən sonra udulmuş yumurtalardan çıxan bizquyruqların yeni nəsli 10-12 günə yetişir, bağırsaqdan çıxıb oturacağın ətrafına yumurta qoyur, qaşındırır.
Nəcis və oturacağın ətrafından götürülmüş analizlər etibarlı deyillər. Odur ki, bizquyruqların diaqnozunda əsas xüsusi əlamətlərdir – qurdları görmək və oturacaq ətrafının qaşınması. Bizquyruqları dərmanlarla məhv etmək olur. Çətinlik ondadır ki, qurdun yumurtaları 1 ay ərzində təkrar udulmasın. Buna görə bütün ailə 1 ay ərzində:
• yatanda əllərinə əlcək geyinsinlər ki, qaşınanda qurdun yumurtaları dırnaqların altında qalmasın.
• yatmaqdan əvvəl oturacağın ətrafına vazilen yaxmaq lazımdır ki, qurdlar çıxıb, yumurta qoya bilməsin.
• əlcəkləri, alt paltarları, mələfələri səhərlər qaynadıb, ütüləmək.
• tozlu yerləri, oyuncaqları, əşyaları yaş dəsmalla gündə azı 3 dəfə silmək.
Əyribaş qurdlar. Nekator (Ankilostoma duadenalis. Nekator amerikanus)
Əyribaş qurdlar geniş yayılmış, lakin nadir hallarda diaqnoz olunan qurdlardır. Onlar yoluxmuş adamların əsasən 12 barmaq bağırsağında yaşayırlar. Qurdların uzunluğu14 mm çatır, lakin çox ensizdirlər 0,6 mm. Əyribaşlar ancaq qanla qidalanırlar. Onlar baqırsağı və oradakı qan damarları dələrək, qan sorurlar. Hər qurd sutkada 0,05 – 0,35 ml qan içir. Qurdların sayı 50 dən çox olanda xəstədə qan azlığı yaranır. Yoluxmuş adamlarda əyribaş qurdlar 15 ildən çox yaşayırlar.
Şistosomalar

Parazitologiya, Tibbi Parazitologiya, Qurd xəstəlikləri, Askaridlər, Qurd xəstəliklərinin dərmanla müalicəsi
Parazitologiya, Tibbi Parazitologiya, Qurd xəstəlikləri, Askaridlər, Qurd xəstəliklərinin dərmanla müalicəsi
Previous Next
Dietologiya
Check Up
Dermatologiya
BÜTÜN ŞÖBƏLƏR
Ginekologiya
Kosmetologiya
Kardiologiya
Nevrologiya
Saç əkimi
Laboratoriya
Pediatriya
USM
Endokrinologiya
Urologiya
Parazitologiya
Andrologiya
Check Up
Dermatologiya
Kardiologiya
Nevrologiya
Ginekologiya
Radiologiya
Urologiya
Laboratoriya
Kosmetologiya
Saç əkimi
BÜTÜN ŞÖBƏLƏR

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzimizin dəyərli sərmayəsi ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızın laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzinin dəyərli sərmayəsi Avropada ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızda bütün laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00