Ürək xəstəlikləri
Ürək xəstəlikləri sayı və formaları çox böyükdür, lakin onlar 4 əsas qrupa ayrılır:
1. Ürəyi qidalandıran damar xəstəlikləri
2. Ürəyin elektrik sistemi xəstəlikləri
3. Əzələ sistemi (xroniki ürək çatmamazlığı)
4. Ürək qapaqları (natamam açılma və ya qapaq çatışmazlığı)
Bu xəstəliklər çox vaxt üst-üstə gəlir və müalicə və müayinəni çətinləşdirir. Məsələn, koronar arteriya tıxanması olan xəstə, ürək infarktından əziyyət çəkir, ürək əzələləri zəifləyir və bədəndə maye toplanmasına səbəb ola bilir. Bu həm də qapağın tam bağlanmasına gətirib çıxara bilir, çox miqdarda qapaq sızıntısı, ciddi ürək ritm pozğunluğuna aparıb çıxardır.
Gəlin qısa olaraq 4 tip ürək xəstəliklərinə, ayrılıqda nəzər salaq:
Ürəyi qidalandıran damar xəstəlikləri nədir?
Bədənin digər hissələri kimi, ürəyin də oksigenlə zəngin qan təchizatına ehtiyacı var. Ürək qanı arteriyalardan alır. Bu analoqa misal olaraq arteriyaları borular olaraq düşünün. Evindəki rakovina boru kirəcləşdikdə, su keçə bilmir və ürəyin hər hansı borusu daraldıqda və ya tutulduqda, təzə oksigenlə zəngin qan, tam olaraq ürəyə axa bilmir. Tac arteriyaları tutan tıxaclar plakdan (bura müxtəlif qan hüceyrələri və yağlı maddələr, xolesterin də daxildir) ibarət olur.
Bu “santexniki problem” daralmış arteriyadan qan təchizatını yavaşıddığı üçün, sinirdə ağrı ilə nəticələnə bilir və əgər müalicə olmasa, ürək infarktı ilə nəticələnir.
Ürəyin elektrik sistemi xəstəliyi nədir?
İnsan bədəni elektrik liflərinin incə şəbəkəsindən ibarətdir. Ürəkdə onlar anotomik olaraq “peysmekir” sahəlri olaraq ayrılıb, burada ağac kimi budaqlanıb və ya şaxələnib, bütün ürəyə xidmət edir. Ürəkdə toplanan elektrik siqnallar, ürəyin 4 kamerasının yığılması və boşalmasını kontrol edərək, ürək döyüntülərinin sayını və ritmini idarə edir. (yuxarı 2 kamera qulaqcıq, aşağı 2 kamera mədəcik adlanır).
Normal vəziyyətdə ürək elektrik impulsu, saniyəlik fraksiyada ötürülür, nəticədə ürək kameraları müntəzəm sürətdə, eyni zamanda yığılır. Lakin qeyri-normal hallarda, elektrik siqnallar ürəyin qeyri-müntəzəm şəkildə döyünməsinə səbəb olur, nəticədə ürəyin həddindən artıq və ya həddindən az döyünməsi, və hətta xaotik olmasına səbəb olur. Ritm xəstəliyi tam ağırlıqlı spektoru əhatə edir. Onlar “məsum” (arabir vaxtından əvvəl ürək döyüntü) və ya həyati təhlükə daşıyan (sürətli və qeyri stabil ürək döyüntüləri), huşun itməsi ilə nəticələnə bilər. Əgər sizdə ürəyin elektrik sistemi pozulubsa, sizdə ürəyin sürətləndiyini və ya çırpındığını hiss edə bilərsiniz. Bu simptomlar baş gicəllənmə, bayılma, ürəkgetmə ilə birgə rast gəlinə bilər.
Ürək ritm pozğunluqları çox vaxt (lakin bununla məhdudlaşmır) keçirilmiş ürək zədələnmələri və əzələ zəifliyiilə əlaqəli olur. Bu problemlərlə kardiologiyanın bir bölümü olan aritmologiya məşğul olur.
Əzələ sistemi xəstəlikləri nədir?
Ürəyin hamısı ürək əzələləri və ya miokard adlanan nadir formalı əzələ toxumasından təşkil olunub. (Myo – əzələ, Cardium – ürək)
Ürək əzələsi xəstəlikləri 2 yerə ayrılır:
1. Zəifləmiş və nazikləşmiş əzələ
2. Güclü və qalınlaşmış əzələ
Zəif və nazik ürək əzələsi normal ürək əzələsi kimi, qanı ürəkdən bədənə qova bilmir. Bu ürək infarktı nəticəsində və ya ürəkdə keçirilmiş virusun nəticəsində ürək zədələnməsindən yaranır, həmçinin üzun müddət müalicə edilməyən ürək qapağı xəstəliyi, ürək əzələsinin həddindən çox işləməsinə və yorulmasına (tükənməsinə) səbəb olur, geridönülmə zəiflik əmələ gəlir.
Zəifləmiş ürək əzələsi olan xəstələr, xroniki ürək çatmamazlığının yaranmasına meyilli olurlar, hansı ki, ürək qanı bədənə ötürə bilmir.Xroniki ürək çatmamazlığı maye toplanmasına, tənginəfəslik, böyrək disfunksiyası və qəfləti ölümlə nəticələnə bilir.
Xroniki ürək çatmamazlığının digər forması, hansı ki tibbi biliklərdə təqdim edilir, diastolik ürək çatmamazlığıdır, bu ürək əzələsinin dincəlmə çatmamazlığıdır.
Diastolik ürək çatmamazlığı, ən çox yüksək qan təzyiqini pis kontrol edən və ürək əzələsinin qeyri normal qalınlaşması olan xəstələrdə aşkar edilir. Bu kimi hallarda ürək əzələsi güclüdür, lakin qanın ağ ciyərlərdə həddindən artıq toplanması səbəbində ürəkdə təzyiq yüksəlir.
Qapaq xəstəlikləri nədir?
4 ürək qapağı ürəyin içində yerləşərək, qanın doğru istiqamətdə axınını təmin edir. Normal vəziyyətlərdə qapaqlar bir istiqamətli rolunu oynayaraq, qanı doğru yönəldir və geri axının qarşısını almış olur. Nə zaman ki, ürək qapaqları xəstələnir, o zaman qapaqlar ya tam açılmır, ya da bağlanmır. Bundan əlavə bu yerlər, ürək əzələsinin təzyiqi altında olur, və vaxtından əvvəl ürək əzələsinin yorulmasına və zəifləməsinə gətirib çıxardır. Qapaq anormallığı onun dərəcəsindən asılı olaraq, ürəyin atım keyfiyyətini azaldır. Ən yaxşı hallarda cərrahi olaraq bərpa edilir və ya dəyişdirilir.