Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Endokrin xəstəliklər, Endokrin sistemi, Endokrinologiya, Endokrinologiya nədir, Endokrin vəzlər, endokrin xəstəliklər

Endokrin xəstəliklər daxili orqanların bədxassəli şişləri, qan xəstəlikləri, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri və s. dəridə quruluq yarada bilər. Peşəkar adətən sistem problemləri şü..

Endokrinologiya nədir, Endokrinologiya, Endokrin sistemi, Endokrin vəzlər

Endokrinologiya nədir? Endokrin sistem nədir? Endokrin sistem daxili sekresiya vəzilərindən ibarət sistemdir. Daxili sekresiya vəziləri hormon sintez edən və ifraz edən orqanlardır. Endokrin sis..

Şəkərli diabet nədir, Diabetin əlamətləri nələrdir, Diabet, Diabetin növləri, Şəkər xəstələri, Diabet diaqnozu

Şəkərli diabet nədir?  Dövrümüzün ən çox rast gəlinən xəstəlikləri arasında yer alan şəkərli diabet, bir çox ciddi xəstəliyin də meydana gəlməsində rol oynayan və dünyanın hər yerində ras..

Qalxanvari vəzinin əlamətləri, Tiroid hormonunun disfunksiyası, Boynun şişkinliyi, Sağlam pəhriz, Tiroid xəstəliyi

Qalxanvari vəzinin əlamətləri Tiroid hormonunun disfunksiyası Yaxın qohumlardan biri - valideynlər, nənə və babalar, qardaş və ya bacı - artıq qalxanvari vəzi xəstəliklərindən şikay..

Şəkərli diabet, Şəkərli diabetin simptomları, Şəkərli diabetin müalicəsi, Qanda şəkərin miqdarı

Şəkərli diabet Şəkərli diabet artıq uzun illərdir ki, ölümcül xəstəlik sayılmır. Amma bu xəstəliyin özü yox, fəsadları təhlükəlidir. Müxtəlif üsullarla şəkərli diabetin fəsadlarını minimuma endirmə..

Şəkərli diabet xəstəliyi nədir, Şəkərli diabet xəstəliyinin əlamətləri, Şəkərli diabet xəstəliyinin tipləri, insulin

Şəkərli diabet xəstəliyi nədir? Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki..

Diabet, şəkərli diabet, şəkər xəstəliyi, diabetin əlamətləri, diabetin səbəbləri, diabetin növləri, diabet diaqnozu

Diabet  Diabet, mədəaltı vəzi adlanan ifrazat vəzisinin bədəninizdə kifayət qədər insulin hormonu istehsal etməməsi və ya onun istehsal etdiyi insulin hormonunun effektiv şəkildə istifadə edil..

Endokrinologiya, Şəkərsiz diabet, endokrinoloji, Şəkərli Diabet, Endokrin sonsuzluq

Endokrinologiya Endokrinologiya tibbin endokrin orqanların quruluşu , funksiyası , endokrin patologiyalarının müayinə və müalicəsi , profilaktikasını öyrənən sahəsidir. Qalxanvari vəzi xəstəlikl..

Endokrinologiya və dietologiya, zob xəstəlikləri, Mədəaltı vəzi, Böyrəküstü vəzi, kişilərdə süd vəzinin həddən artıq böyüməsi

Endokrinologiya və dietologiya Endokrinologiya və Dietalogiya şöbəsi endokrin xəstəliklərinin və onların ağırlaşmalarının ən müasir üsullarla müayinə, diaqnostika və müalicəsini həyata keçirir. ..

Endokrinologiya, həkim endokrinoloq, endokrin xəstəliklərin diaqnostikası, endokrinoloji

Endokrinologiya Xəstəxanamızda təcrübəli həkim-endokrinoloqlarımız tərəfindən endokrin sistemi xəstəliklərinin diaqnostikası, ambulator və stasionar müalicəsi həyata keçirilir. Müalicə olunan xə..

Qalxanabənzər vəz, Qalxanabənzər vəzinin düyünləri, Zob nədir, Qalxanabənzər vəzi harada olur

Qalxanabənzər vəzi xəstəlikləri necə təsnifləşdirilir? Qalxanabənzər vəzi xəstəlikləri bəsit olaraq qalxanabənzər vəzinin az və ya daha çox işləməsi, qalxanabənzər vəzinin iltihablanması və qalxa..

Qalxanabənzər vəz xəstəliklərİ, Qalxanabənzər vəzin müayinəsi, endokrin, Qalxanabənzər vəzin funksiyasının pozulması

Qalxanabənzər vəz xəstəlikləri orqanizmdə hansı fəsadlara yol açır? Qalxanabənzər vəzin hər xəstəliyi özünəməxsus fəsadlar yaradır. Hipotireoz orqanizmdə metabolik prosesləri zəiflədir və ürək, qan..

Qalxanabənzər vəz, zob nədir, Zob xəstəliyinin səbəbləri, Uşaqlarda zob xəstəliyi

Qalxanabənzər vəz, zob nədir?   Qalxanabənzər vəz (tiroid vəzi) boynumuzun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan daxili sekresiya vəzisidir. ..

Endokrinologiya nədir, Endokrinoloq kimdir, Endokrinoloqların müalicə etdikləri xəstəliklər, endokrin sistemin xəstəlikləri

Endokrinologiya nədir? Endokrin sistemi daxili vəzləri bir araya toplayan bir sistemdir.   Daxili vəzlər hormon sintezi və ifrazatı yerinə yetirən organlardır. Bu hormonlar reproduksiya,..

Şəkər nə qədər zərərlidir, Diabetin hansı tipləri var, Diabetin əlamətləri, Diabetin hansı fəsadları ola bilər

Şəkər nə qədər zərərlidir? Diabetə gətirib çıxaran nədir? Bədənimiz yediyimiz karbohidratları şəkərə (qlükoza) parçalayır. Mədəaltı vəzdə əmələ gələn insulin adlı hormon bədən hüceyrələr..

Endokrinoloji xəstəliklər, Zəhərli tənbəl və düyünlü zob xəstəlikləri, zob xəstəlikləri, Qraves xəstəliyi, Düyünlü zob xəstəlikləri

Endokrinoloji xəstəliklər ■ Mədəaltı vəzin adacıq aparatının xəstəlikləri: I və II tip şəkərli diabet; ■ Paratiroid vəzlərinin xəstəlikləri (sistemli osteoporoz, hiperparatireoz, hipoparatireoz); ..

Hipotireoz nədir, Hipotireozun əsas əlamətləri, Düyünlü ur, Qalxanabənzər vəz, düyünlü törəmə, Diffuz toksiki ur

Hipotireoz nədir? Hipotireoz – qalxanabənzər vəzin funksiyasının kəskin aşağı düşməsi ilə yaranan xəstəlikdir. Xəstəlik anadangəlmə və ya qazanılmış olur. Hipotireozu törədən səbəblər:  ..

Hipotireoz nədir, Hipotireozun əsas əlamətləri, Düyünlü ur, Qalxanabənzər vəz, düyünlü törəmə, Diffuz toksiki ur

Hipotireoz nədir?

Hipotireoz – qalxanabənzər vəzin funksiyasının kəskin aşağı düşməsi ilə yaranan xəstəlikdir. Xəstəlik anadangəlmə və ya qazanılmış olur.

Hipotireozu törədən səbəblər: 

•  bətndaxili dövrdə vəzin inkişaf qüsurları
•  vəzdə gedən proseslərin fəaliyyətdən qalması (atrofiyası)
•  cərrahi əməliyyatların nəticəsi (qalxanabənzər vəzin tam və ya hissəvi çıxarılması)

Hipotireozun əsas əlamətləri:

•  ümumi zəiflik, süstlük, halsızlıq
•  iş qabiliyyətinin kəskin aşağı düşməsi
•  yaddaş zəifliyi
•  yuxululuq
•  dəridə quruluq
•  saçların tökülməsi
•  üz və ətraflarda şişkinlik
•  baş ağrıları
•  qəbizlik

Xəstələrdə, həmçinin bədən hərarətinin aşağı olması və çəkinin artması (orqanizmdə mayenin durğunluğu nəticəsində) müşahidə olunur. Düyünlü (çoxdüyünlü) ur qalxanabənzər vəzin böyüməsi və müxtəlif düyünlü törəmələrin əmələ gəlməsilə xarakterizə olunan xəstəlikdir. Düyünlü törəmələr iki və daha artıq sayda olduqda isə bu, çoxdüyünlü ur sayılır.

Düyünlü uru törədən səbəblər: 

•  irsi meyillilik
•  ətraf mühitdə yod defisiti
•  stress
•  infeksiyalar
•  şüalanma

Düyünlü ur böyük olduqda boyun nahiyəsində sıxılma hissi, udqunma zamanı çətinlik; boyunun nəzərə çarpan dərəcədə böyüməsi meydana çıxır. Xəstəlik zamanı vəzin funksiyası pozulmaya da bilər.

Qalxanabənzər vəzdə düyünlü törəmələrin aşkar edilməsi:

Həkim boyun nahiyəsini palpasiya (əllərlə ilk müayinə) etdikdən sonra xəstəyə aşağıdakı müayinələri məsləhət görə bilər: 

•  ultrasəs müayinə

•  qalxanabənzər vəzin hormonlarının səviyyəsinin laborator təyini

•  qalxanabənzər vəzin hüceyrələrinə qarşı anti-cisimlərin təyini

•  nazik iynəli aspirasiyon biopsiyanın aparılması

•  sintiqrafiya-radioizotop skanerləşdirmə

Aparılmış müayinələr əsasında həkim bu müalicə taktikalarından birinə qərar verir:

Dinamik müşahidə - qalxanabənzər vəzin funksiyasının mütəmadi olaraq qiymətləndirilməsidir. Qalxanabənzər vəzin funksiyasının pozulmadığı və hormonların faizinin dəyişmədiyi halda həkim dinamik müşahidə taktikasını seçir. Bu zaman müalicə təyin edilmir, lakin vaxtaşırı həkimin qəbulunda olmağın zəruriliyi bildirilir.

Dərmanla müalicəni həkim təyin edir ki, bu da vəzin funksional vəziyyətindən asılıdır.

Cərrahi müdaxilə aşağıdakı hallarda zəruridir:

•  böyük toksiki düyün nəticəsində yaranan hipertireoidizm

•  hipertireoidizmlə müşayiət olunan diffuz toksiki ur (konservativ müalicə uğursuz olduqda)

•  düyün böyüdükdə, udqunma və nəfəsalmada çətinlik yarananda

•  böyük çoxdüyünlü ur

•  düyünlər bədxassəli olduqda

Cərrah-endokrinoloq xəstə və onun ailə üzvlərilə birgə USM və digər müayinələrin nəticələrini nəzərdən keçirməli, müalicə taktikasını izah etməli, bütün sualları cavablandırmalı, cərrahi müdaxilənin mümkün fəsadlarını müzakirə etməli, cərrah məsləhəti verməlidir.

Cərrahi müdaxiləyə əks-göstəriş (yanaşı gedən digər xəstəliklər, yaşın 70-dən artıq olması, bədxassəli şişlərin gecikmiş forması) olduqda radioaktiv yodla müalicə məsləhət görülür.

Hamilə qadınlarda qalxanabənzər vəzin xəstəlikləri aşkar olunarsa: 

•  müalicə taktikası və dərmanların təyini yalnız həkim tərəfindən aparılmalı

•  3 ayda bir dəfə hormonların səviyyəsi yoxlanılmalı, USM aparılmalı və həkim-endokrinoloq nəzarətindən keçilməlidir

 

Qalxanabənzər vəzin xəstəlikləri

Qalxanabənzər vəz - insan orqanizmində hormonlar ifraz edən vəzlərdən ən böyüyüdür.

Qalxanabənzər vəz orqanizmin, demək olar ki, bütün funksiyalarının idarə olunmasında iştirak edir.

Qalxanabənzər vəz 3 hormon ifraz edir: triyodtironin, tiroksin və kalsitonin. Bu hormonlar nəfəsalma, yuxu, qida qəbulu, hərəkət və s. proseslərə təkan verir, uşaqlarda boy artımına və psixi inkişafa bilavasitə təsir göstərir. Buna görə də qalxanabənzər vəzin hormonlarının çatışmazlığı boy artımının ləngiməsinə və psixikada ağır pozuntulara səbəb olur.

Triyodtironin və tiroksin hormonları tərkibində yod molekullarının olması ilə fərqlənir. İnsan orqanizmində olan 20-30 mq yodun təxminən 1/3 hissəsi qalxanabənzər vəzin toxumalarının öhdəsinə düşür.

Normada orqanizm sutka ərzində 150-200 mkq, uşaqlarda isə 90-200 mkq yod qəbul etməlidir. Orqanizmə yodun lazımi miqdarda daxil olmaması qalxanabənzər vəzin böyüməsinə, yəni ur xəstəliyinə gətirib çıxarır. Ur xəstəliyi yod defisitli regionlarda daha çox aşkarlanır. Azərbaycan isə bütövlükdə yod defisitli region hesab olunur. 

Qalxanabənzər vəzin xəstəlikləri onun hormonlarının çatışmazlığı və ya həddən artıq hasili ilə müşahidə olunur. Bu xəstəliklərə aiddir: 

1. Diffuz toksiki ur (hipertireoz)

2. Hipotireoz

3. Düyünlü (çoxdüyünlü) ur

 

Diffuz toksiki ur və onun əsas əlamətləri

Diffuz toksiki ur tireoid hormonlarının artıq miqdarda hasili ilə müşahidə olunur, bu da nəticədə bütün orqanlarda pozulmalara gətirib çıxarır. Xəstəliyə onu ilk dəfə təsvir etmiş alimin adı ilə Bazedov xəstəliyi də deyirlər. Bu xəstəliyə əsasən insanın məhsuldar dövründə rast gəlinir.

Diffuz toksiki uru törədən səbəb:

•  immun sisteminin funksiyasının pozulması

Diffuz toksiki urun əsas əlamətləri:

•  ümumi zəiflik, əzginlik, əsəbilik
•  göz almalarının qabarması (gözlərin “bərəlməsi”)
•  tərləmə
•  tremor (əsmə)
•  çəkinin azalması
•  kövrəklik (ağlağanlıq) və daim narahatlıq hissi
•  diqqətin dağınıqlığı
•  ürəkdöyünmə (nəbz dəqiqədə 90-150)
•  təngnəfəslik

Hipotireoz nədir, Hipotireozun əsas əlamətləri, Düyünlü ur, Qalxanabənzər vəz, düyünlü törəmə, Diffuz toksiki ur
Hipotireoz nədir, Hipotireozun əsas əlamətləri, Düyünlü ur, Qalxanabənzər vəz, düyünlü törəmə, Diffuz toksiki ur
Previous Next
Dietologiya
Check Up
Dermatologiya
BÜTÜN ŞÖBƏLƏR
Ginekologiya
Kosmetologiya
Kardiologiya
Nevrologiya
Saç əkimi
Laboratoriya
Pediatriya
USM
Endokrinologiya
Urologiya
Parazitologiya
Andrologiya
Check Up
Dermatologiya
Kardiologiya
Nevrologiya
Ginekologiya
Radiologiya
Urologiya
Laboratoriya
Kosmetologiya
Saç əkimi
BÜTÜN ŞÖBƏLƏR

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzimizin dəyərli sərmayəsi ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızın laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00

ƏN MÜASİR AVADANLIQLAR

  • Elektrokoaqulyasiya
  • Fotona SP Dynamis
  • Fotona StarWalker MaQX
  • Candella Gentle Lase Pro-U
  • PDL Vbeam Perfecta

ETİBARLILIQ

  • Sertifikat və Lisanziyalar
  • İSO 9001:2015
  • Öz sahələrində uğurlar qazanmış və sertifikatlara sahib həkimlər

PEŞƏKAR HEYƏT

Tibb Mərkəzinin dəyərli sərmayəsi Avropada ixtisaslaşmış peşəkar həkimlər və gülərüz personallarımızla qazanılmış müştəri məmnuniyyətidir.

DƏQİQ LABORATOR ANALİZ

Klinikamızda bütün laboratoriya testləri bütün dünyada qəbul edilir. Avtomatlaşdırılmış laboratoriya avadanlığı insan amilini aradan qaldırır.

QƏBULA YAZIL


İş saatları : Bazar er. - Şən. 9:00 - 19:00