Sonsuzluq nədir? Qadın sonsuzluğu haqqında, səbəblər və müalicəsi
Sonsuzluq nədir?
Sonsuzluq 1 il ərzində qorunmadan, requlyar sayda nizamlı cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin meydana gəlməməsidir.
Evli cütlüklərin 10-15%-də sonsuzluqla rastlanılır. Sonsuzluq birincili və ikincili olmaqla iki yerə ayrılır. Heç vaxt hamilə olmayanlarda birincili sonsuzluq, daha əvvəl hamilə qala bilmiş, lakin hazırda hamilə qala bilməyənlərə isə ikincili sonsuzluq deyilir.
Requlyar cinsi həyat yaşayan cütlüklərdə aylıq hamiləlik şansı 20-25% təşkil edir. İlk 3 ay ərzində 50%, 6 ay ərzində 75% , 1 il ərzində isə 85% hallarda hamiləlik baş verir. Bu baxımdan yeni ailə qurmuş cütlüklərə (30 yaşa qədər) 12 ay gözləmələri məsləhət görülür. Sonsuz cütlüklərin təxminən 30-40%-ni kişi, 40-50%-ni isə qadın faktoru təşkil edir. Bəzi cütlüklərin hər ikisində birdən problem olur. Buna görə sonsuz cütlüklər mütləq birlikdə araşdırılmalıdır, yalnız qadının, ya da yalnız kişinin araşdırılması yetərli deyil. Cütlüklərdən birində problem olarsa belə eyni anda digərində də problem ola bilər.
Qadın sonsuzluğu nədən yarana bilər?
- Ovulyator diskfunksiya (follikulun partlamaması və ya yetərsiz yumurta hüceyrənin olması)
- Uşaqlıq borularının keçiriciliyinin pozulması.
Uşaqlıq borularının keçiriciliyinin pozulmasının әn yayılmış sәbәbi iltihabdır. İltihabın sәbәbi isә cinsi yolu ilә keçәn infeksiyalar (xüsusilə xlamidiya), abortdan sonra baş vermiş infeksion ağırlaşmalardır. İltihabi proses nәticәsindә kiçik çanaq boşluğunda bitişmәlәr (sinexiyalar) әmәlә gәlir. Bitişmәlәr borunun mәnfәzini tam vә ya qismәn bağlaya bilәr, borunu daralda bilәr, fibriyaların quruluşunu poza bilәr vә s. Uşaqlıq borusu vә yumurtalıq arasında olan bitişmәlәr ovulyasiyadan sonra yumurtalıqdan çıxan yumurta hüceyrәsinin boruya düşmәsinә mane olur. Bitişmәlәr kiçik çanaq boşluğu orqanlarında aparılan cәrrahiyyә әmәliyyatlarından sonra da әmәlә gәlә bilәr (miomaların vә kistaların xaric edilmәsi, keysәriyyә әmәliyyatı vә s.). Bәzi hallarda bitişmәlәr appendiksin xaric edilmәsindәn sonra әmәlә gәlir. Uşaqlıq borularının keçiriciliyinin pozulması adәtәn özünü heç bir әlamәtlә büruzә vermir vә qadın sonsuzluqla bağlı olan müayinәlәrdәn keçdikdә aşkar olunur. - Uşaqlıq anomaliyaları
Anadangəlmə anomaliyalar:
- Uterun septum – uşaqlıq boşluğunda arakəsmə
- Bikornoat uterus – iki buynuzlu uşaqlıq
- Unikornoat uterus – tək buynuzlu uşaqlıq
- Uterus didelfiz – ikiləşmiş uşaqlıq
Qazanılmış anomaliyalar
- AşerAşerman sindromu – Birdən çox süni abort, düşük və ya qanaxma səbəbindən küretaj nəticəsində uşaqlıq daxilində arakəsmələrin yaranması. Xəstələr mensturasiyanın olmaması, azalmış menstural qanama, sonsuzluqdan şikayətlənirlər.
Diaqnoz HSG və ya histeroskopiya ilə qoyulur. Histeroskopiya zamanı bu bitişmələr aralanır, uşaqlıq boşluğuna sidik kateteri yerləşdirilərək, yenidən əmələ gəlməsinin qarşısı alınır və ya əməliyyatdan sonra uşaqlıq daxili vasitələrdən istifadə edilməklə yüksək dozada estrogenlər verilir. - Leyomioma (mioma,fibroma))
- Polip – Endometrial poliplər sonsuz xəstələrin təxminən 10%-də mövcuddur, bunlardan bəziləri həddindən artıq qanaxma kimi şikayətlərə səbəb olmadığı üçün bilinmir. Bir qismi sonsuzluq müayinələri zamanı edilən histeroskopiya, ultrasəs kimi müayinə zamanı təsadüfən tapılır. Endometrial polip və sonsuzluq arasındakı əlaqələr dəqiq şəkildə sübuta yetirilməməsinə baxmayaraq, ümumi baxış aşağıdakılardır:
– Kiçik endometrial poliplər (2 sm-dən az) adətən hamiləliyin inkişafına mane olmur, sonsuzluğa səbəb deyil, düşüyə səbəb olmur. Ona görə də onları sonsuzluq müalicəsi və ya hamiləlikdən əvvəl cərrahiyyə yolu ilə çıxarılması zəruri deyil. Lakin fərq edildikləri təqdirdə, adətən hamiləlikdən əvvəl histeroskopik olaraq çıxarılır.
– Böyük endometrial polip (4-5 sm) uşaqlığın iç təbəqəsində (endometriumda) iltihaba səbəb olaraq, dölün yerləşməsinə mane olaraq hamiləlik şansını azalda bilər və ya hamiləlik meydana gəldikdən sonra düşüyə səbəb ola bilər. Ona görə də onların cərrahiyyə yolu ilə çıxarılması tövsiyə olunur.\ - Servikal faktor – Uşaqlıq ağzının (serviks, cervix) vəzifəsi vajinada uşaqlıq içərisinə spermaların keçişini təmin etmək, spermaların daha uzun müddət yaşayabilməsini təmin etmək və vaginadan uşaqlıq içərisinə bakteriyaların keçişinə maneə olmaqdır. Uşaqlıq ağızından ifraz olunan yapışqan selik ifrazatı içəriyə bakteriyaların keçməməsini təmin edərkən, əksinə spermalarl üçün uyğun bir mühit təmin edir. Ovulyasiya zamanı bu sekretsiya daha sıx olur və sperma keçidini asanlaşdırır. Uşaqlıq ağızı ilə əlaqədar bəzi patologiyalar sperma keçidinin çətinləşməsinə səbəb olur. Sonsuzluq uşaqlıq ağızı darlığı ilə əlaqədar yaranarsa, buna servikal faktor deyilir. Servikal faktor yayılmış səbəb deyil, sonsuzluq səbəbləri içərisində çox az rast gəlinir. Servikal faktor dedikdə uşaqlıq ağızında darlıq, infeksiya,seliyin tərkibində pozğunluq kimi səbəblərlə spermaların uşaqlıq içərisinə keçməsinə problem yaradan faktorlar başa düşülür. Bundan başqa yaş faktoruda sonsuzluğun yaranmasında mühüm rol oynayır.Belə ki,yaş irəlilədikcə hamiləlik meydana gəlmə şansı azalır. Yaşın irəliləməsi süni mayalanma müvəffəqiyyətini də azaldır. Ayrıca irəli yaşda hamilə qalanlarda düşük şansı daha yüksəkdir.
Qadın sonsuzluğu zamanı xarici faktorların təsiri
- İlk öncə siqaretdir. Nikotin yumurtalığın keyfiyyətini pozur və döllənmənin çətinləşdirir və süni mayalanmada belə hamiləlik şansını azaldır.
- Spirt də daha az miqdarda olmaqla birlikdə yenə hamilə qalma şansını azaldır.
- Qadının çox arıq və çox kök olması, yəni qidalanma problemləri ovulyasiyaya təsir edib sonsuzluğa yol aça bilər. Buna görə də çox arıq və ya çox kök olanlar bu mövzuda həkimə müraciət etməlidirlər.
- Son zamanlar aparılan araşdırmalara görə çirkli hava xərçəng və ürək-damar xəstəliklərinin yaranma riskini artırdığı kimi sonsuzluq riskinidə artırır.
- Anti-Müller hormon (AMH) – yumurtalıqda follikullardakı hüceyrələr tərəfindən əmələ gələn bir proteindir. AMH səviyyəsinə baxaraq yumurtalıq rezervi (hamiləlik şansı) qiymətləndirilir.
- Aparılan araşdırmalara görə yüksək hava çirkliliyi yumurtalıq rezervinə mənfi təsir göstərir. Bəzi araşdırmalara görə havanın çirklənməsi spermanın keyfiyyətinədə mənfi təsir göstərir.
- Bu araşdırmaların nəticəsi olaraq ətrafdakı toksinlərdən uzaq durmaq məsləhət görülür.
Uşaqlıq daxili vasitə (spiral) sonsuzluq yarada bilərmi?
Uşaqlıq daxili vasitələri (spiral) bəzən sonsuzluğa səbəb olur. Spiralın gövdəsi uşaqlıgın içində, gövdəsindən çıxan iplər isə uşaqlıq yoluna sallanmiş olur. Vaginanın içinə doğru sallanan iplər, spiralın günün birində çəkilib çıxardılması üçün istifadə edilir. Amma bu iplər çirkli olan vagina ilə təmiz olan uşaqlıgın daxili qatını bir araya gətirdiyi üçün və ya vaginadakı cinsi əlaqədə keçən mikroblar və ya normal vaginadakı mikroblar uşaqlıgın içinə keçərək iltihaba səbəb olur. Bu iltihablanma həm uşaqlığa təsir edir,həm də uşaqlıq borularına doğru irəliləyərək o kanalların da yapışmasına və ya içindəki tükcüklərin hərəkətinin pozulmasına gətirib çıxarır. Buna görədə spiralın heç uşağı olmayan qadınlara tətbiq olunması məsləhət gorülmür.
Sonsuzluğun diaqnostikası
- Sonsuzluğun müalicəsi zamanı boruların açıq və ya bağlı olduğunu başa düşə bilmək üçün, boruların ətrafında yapışqanlıq olmasını qiymətləndirmək üçün, qarın içərisində endometrioz və ya başqa əlavə patologiyaların varlığını araşdıra bilmək üçün bəzi vəziyyətlərdə laparoskopiya edilməsi lazım gələ bilər. Bu və bənzəri səbəblərlə qarın içərisinə baxılması üçün edilən laparoskopiyaya diaqnostik laparoskopiya deyilir. Diaqnostik laparoskopiya diaqnostik məqsədlər üçün icra olunan laparoskopiya deməkdir. Qarının içərisinə göbəkdən daxil edilmiş bir kamera ilə baxılır. Laparoskopiya ilə boruların (kanalların) keçiriciliyinə baxmaq üçün uşaqlıq içərisinə altdan (uşaqlıq ağızından) təzyiqlə boya verilərək borular vasitəsilə qarın içərisinə keçib keçmədiyi gözlənilir.
- Tubal faktor qiymətləndirildikdə, ilk növbədə HSG tətbiq olunur. HSG nəticəsində bilateral obstruksiya müşahidə olunduqda diaqnostik laparoskopiya aparılır.
- Adətən laparoskopiya əməliyyatı ilə eyni anda histeroskopiya əməliyyatı da tətbiq olunaraq uşaqlıq içərisi qiymətləndirilir, buna diaqnostik histeroskopiya deyilir. İncə bir kamera serviksdən uşaqlığa uzanır və uşaqlığın içinə baxılır. Uşaqlıq içərisində mioma, polip, yapışmalar və oxşar patalogiyaların olub-olmadığı araşdırılır.
- Transvaginal ultrasəs müayinəsi (ehtiyac olarsa MRT)
- Hormonal analizlər və s.
Sonsuzluğun qarşısı necə alına bilər?
Sonsuzluq problemlərindən əziyyət çəkən cütlüklərdə problem həm kişilərdə, həm də qadınlarda bərabər şəkildə, bəzən hər iki şəxsdə problem aşkar edilə bilər.Sonsuzluq problemlərindən əziyyət çəkən cütlərin təxminən 10-15% -ində nə qadın, nə də kişidə heç bir səbəb tapılmır.
Bəzi fərdlərdə və ya bir cəmiyyətdə sonsuzluq problemlərinə səbəb ola biləcək risklərin qarşısını almaq və ya minimuma endirmək üçün bəzi tədbirlər görülə bilər.
- Siqaret, spirt, narkotik kimi zərərli vərdişlərdən qaçın.
- Stresdənn uzaq durun
- Sağlam yemək qaydalarına diqqət yetirin, həddindən artıq kilo almayın.
- Qadınların hər il müntəzəm ginekoloji müayinə olması bəzi xəstəliklərin erkən diaqnozu ilə sonsuzluğun qarşısını almaqda kömək edə bilər.
- Cinsi yolla ötürülən bəzi xəstəliklər kişilərdə və qadınlarda sonsuzluq problemlərinə səbəb olur. Bu səbəblə belə xəstəliklərin qarşısını almaq üçün risk yarada biləcək əlaqələrdən qaçınmaq və ya qoruyuculardan istifadə edilməsi vacibdir.
- Risk yarada biləcək əlaqələrdə qoruyucu istifadə edilməli və insanların bu barədə məlumatlandırılması. – Cəmiyyətdə cinsi yolla ötürülən xəstəliklər üçün riskli şəxslər müntəzəm olaraq yoxlanılmalıdır.
- Evlilik, hamiləlik və planlar zamanı yaş faktorunu nəzərdən keçirmək lazımdır, çünki yaş artımı xüsusilə qadınlarda reproduktiv potensialı azaldır.
- Əgər kimyəvi maddələrlə əlaqəli bir iş yerində işləyirsinizsə, bu maddələrlə nəfəs almanın və ya kontaktda olmanın sonsuzluqla əlaqəli olub olmadığını araşdırmaq lazımdır.
- Kişilərdə enməmiş testis və ya varikosel kimi sperma keyfiyyətini azaldacaq xəstəliklərin erkən aşkarlanması və müalicə edilməlidir.