Kardioloji xəstəliklər
Kardioloji xəstəliklər müasir dövrdə insanların ən çox məruz qaldığı xəstəliklərdəndir. Digər xəstəliklərlə müqayisədə kardioloji xəstəliklər ölümə və əmək qabiliyyətinin itirilməsinə daha çox səbəb olur.
Anadangəlmə ürək qüsurları
- Anadangəlmə ürək qüsurlarının təməl səbəblərindən biri xromosom anomaliyalarıdır ki, əsasən 5%, digər səbəblərdən olan gen mutasiyaları isə 2-3 % təşkil edir. Bundan başqa, ananın yaşının 40-dan yuxarı olması, diabet xəstəsi olması, belə hallarda doğulan uşaqlarda daha çox qüsura rast gəlinir, eləcə də bətn daxilində məxmərək, adenovirus, vərəm kimi infeksion xəstəliklər keçirən hamilə qadınlarda risk artır. Bəzi dərman vasitələrinin istifadəsi, xüsusilə alkoqollar, amfetaminlər, qıcolma əleyhinə pereparatlar qəbul edən şəxslərdə döldə anadangəlmə ürək qüsurlarının formalaşması baş verir.
ürək xəstəliklərinin müalicəsi və diaqnostikası
- Ümumiyyətlə, tibbin sürətlə inkişaf etdiyini nəzərə alsaq, ürək xəstəliklərinin müalicəsi və diaqnostikası zamanı da kardiologiyanın son nailiyyətlərini tətbiq etmədən uğurlu nəticəyə varmaq çətindir. Ürəkdə sadədən başlayaraq, mürəkkəbə kimi elektrokardioqrama, exokardioqrama, treadmill testi, koranar angiqrafiya, kardio-MRT, kompüter tomoqrafiya, kopüter angiqrafiyası və bu sahənin tətbiq edilən digər yeniliklərini sadalaya bilərik.
Kardiologiya
(yun. Καρδία – ürək və λόγος – elm) – insan orqanizminin qan-damar sisteminin – ürəyin və damarların quruluşu və inkişafını, onların funksiyalarını araşdıran, həmçinin qan-damar xəstəliklərinin diaqnostikası və bu xəstəliklərin effektiv müalicə və profilaktika metodlarını tərtib edən tibb sahəsidir.
həkim-kardioloq
■ Arterial hipertenziyanın müxtəlif növləri;
■ Ürəyin işemik xəstəliyinin konservativ müalicəsi;
■ Ürək ritminin pozuntularının və keçiriciliyinin konservativ müalicəsi;
■ Ürək çatışmazlığının müalicəsi.
Ürək-damar xəstəliklərinin ambulator müalicəsi
■ Kəskin koronar sindrom (kəskin miokard infarktı və qeyri-stabil stenokardiya);
■ Qan dövranı çatışmazlığı və ya koronar çatışmazlıq yaxud onların inkişafı ilə müşayiət olunan ürək ritminin və keçiriciliyinin pozuntuları;
■ Ağçiyər arteriyasının tromboemboliyası;
■ Ürəyin işemik xəstəliyinin xroniki formasının ağırlaşması halları və ya intervension diaqnostika və müalicə metodlarının tətbiqini tələb edən hallar;
■ Arterial hipertoniya (simptomatik, refrakter 2-3 dərəcəli arterial hipertoniya);
■ Kəskin miokardit və xroniki miokarditin kəskinləşmə dövrü;
■ Kardiomiopatiyalar;
■ Ürək ritminin və keçiriciliyinin pozuntuları;
■ Xroniki ürək çatışmazlığının dekompensasiya mərhələsi;
■ Perikardıt.
ürək xəstəliklərinin funksional diaqnostikasının aşağıdakı metodları istifadə olunur:
■ Elektrokardioqrafiya (EKQ);
■ Exokardioqrafiya (EXO-KQ);
■ Arterial təzyiqin sutkalıq monitorinqı ( arterial hipertenziyanın səviyyəsini, həmçinin keçirilən terapiyanın effektivliyini qiymətləndirmək üçün imkan yaradır);
■ Sutkalıq holter monitorinqı;
■ Elektrokardioqrammalar (ürək aritmiyalarının analizi, ritm dəyişikliklərinin təsbiti; işemik epizodların 24 saat ərzində aşkar olunması, miokardın “lal” və ya ağrısız işemiyasının təsbit olunması);
■ Tredmil-test;
■ Magistral damarların ultrasəs skanı (qan axınını, damar məcrasının və damar divarlarının vəziyyətinin qiymətləndirilməsinə imkan yaradır).