Kardiologiya
— ürək,qan dövranı sistemini, ürəyin struktur və funksiyasını ,müxtəlif ürək xəstəliklərinin diaqnostika və müalicə metodlarını öyrənən elm sahəsidir.Yunancadan kardia-“ürək”,loqos-“oyrənmək”deməkdir.Müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrində qəfləti ölüm hadisələrinin əsas səbəbi məhz ürək- damar sistemi xəstəlikləridir.Hal-hazırda ürək- damar sistemi xəstəlikləri cavan şəxslərdə də təsadüf etdiyindən vaxtında aparılan diaqnostika və müalicə tədbirləri ürək patalogiyalarının daha da dərinləşməsinin qarşısını almış olur.
İnfarkt simptomunu hiss edən şəxs ilkin olaraq nə etməlidir?
- Kəskin miokard infarktı zamanı optimal müalicə xəstənin erkən zamanda koronar müdaxilənin icra edilə biləcəyi mərkəzə çatdırılması nəticəsində mümkündür. İnfarkt simptomlarını hiss edən şəxs ilk olaraq dərhal təcili tibbi yardıma məlumat verməlidir. Erkən zamanda təcili yardımla invaziv müdaxilənin (ürəyin koronar (tac) damar açılması proseduru) icra edilə bildiyi mərkəzə çatdırılmalıdır.
İnfarktdan sonra fiziki fəaliyyətin dozası üçün xüsusi proqramlar var. Təhlükəsiz fiziki fəaliyyət növləri və onların intensivliyi ilə bağlı kardioloqla məsləhətləşməniz tövsiyə olunur. Yüksək intensivlikli müqavimət məşqlərindən (ağırlıq qaldırma), günün soyuq saatlarında və yeməkdən sonra idmanla məşğul olma ürəyə əlavə yükdür. Bundan əlavə, miokard infarktından sonra bərpa dövründə bir sıra tənəffüs məşqlərini yerinə yetirmək tövsiyə olunur.
- Ürək-damar xəstəliklərinin inkişafı üçün əsas risk faktorları hansılardır?
- Kardiovaskulyar xəstəliklərin yaranması yalnız bir səbəbdən olmur. Ona görə də bəzi risk faktorları ürək-damar xəstəlikləri üçün təhlükəni artırır. Belə ki, xroniki böyrək çatışmazlığı, kontrolsuz arterial və diabet olan xəstələrdə ürək-damar xəstəlikləri baxımından risk artmış olur.
Bununla yanaşı, xolesterol səviyyəsinin yüksək olması, piylənmə və depressiya kardiovaskulyar xəstəliklər üçün risk daşıyan patologiyalardandır.
Bu səbəbdən də risk faktorları 2 qrupa bölünür - modifikasiya oluna bilən və oluna bilməyən.
Modifikasiya oluna bilən faktorlara aiddir: yüksək total xolesterol səviyyəsi; hipertenziya; diabet; pəhrizə riayət olunmaması və piylənmə; siqaret və alkoqol istifadəsi; fiziki passivlik.
Modifikasiya oluna bilməyən faktorlara isə ailə (irsi) anamnezi, cins və yaş göstəricisi aiddir.
Kardioloji bərpa
Kardioloji bərpa, hər yaşda olan pasiyentlər üçün və bir çox ürək xəstəlikləri zamanı uyğundur. Xüsusilə, əgər siz, aşağıda qeyd edilmiş xəstəliklərdən hər hansı birindən əziyyət çəkirsinizsə, o zaman, kardioloji bərpa effektiv seçimdir:
- Miokard infarktı;
- Bəzi anadangəlmə ürək xəstəlikləri;
- Ürək çatışmazlığı;
- Aorta koronar şuntlama əməliyyatı;
- Stenokardiya;
- Angioplastika və ya stent qoyma;
- Miokarditlər;
- Ürək köçürülməsi;
- Kardiomiopatiyalar;
- Ürək qapaqlarının dəyişdirilməsi üzrə əməliyyat.
Kardioloji reabilitasiya proqramı
Kardioloji reabilitasiya proqramı orqanizmin əvvəlki qabiliyyətlərinin, itirilmiş güclərin bərpasına, həmçinin, ilk növbədə, gələcəkdə ürək ağırlaşmalarının residivləri riskinin profilaktikasına yönəlmişdir. Bizim institutumuzda hər bir xəstə üçün bərpa müalicəsinin fərdi planı tərtib edilir. Terapiya, yüksək ixtisaslı təcrübəli mütəxəssislərin nəzarəti altında keçirilir. Müasir və effektiv metodikalardan istifadə olunur. Proqram ərzində pasiyentin vəziyyəti daim monitorinq edilir ki, bu da sağlamlığın bütün dəyişikliklərini izləməyə, onun təhlükəsizliyini və keçirilən reabilitasiyanın maksimal effektlivliyini təmin etməyə imkan verir.