Kardiologiya
insan orqanizminin qan-damar sisteminin – ürəyin və damarların quruluşu və inkişafını, onların funksiyalarını araşdıran, həmçinin qan-damar xəstəliklərinin diaqnostikası və bu xəstəliklərin effektiv müalicə və profilaktika metodlarını tərtib edən tibb sahəsidir.
kardioloq müalicəsi
həkim-kardioloqlar tərəfindən aşağıdakı ürək-damar xəstəliklərinin ambulator müalicəsi aparılır:
■ Arterial hipertenziyanın müxtəlif növləri;
■ Ürəyin işemik xəstəliyinin konservativ müalicəsi;
■ Ürək ritminin pozuntularının və keçiriciliyinin konservativ müalicəsi;
■ Ürək çatışmazlığının müalicəsi.
■ Kəskin koronar sindrom (kəskin miokard infarktı və qeyri-stabil stenokardiya);
■ Qan dövranı çatışmazlığı və ya koronar çatışmazlıq yaxud onların inkişafı ilə müşayiət olunan ürək ritminin və keçiriciliyinin pozuntuları;
■ Ağçiyər arteriyasının tromboemboliyası;
■ Ürəyin işemik xəstəliyinin xroniki formasının ağırlaşması halları və ya intervension diaqnostika və müalicə metodlarının tətbiqini tələb edən hallar;
■ Arterial hipertoniya (simptomatik, refrakter 2-3 dərəcəli arterial hipertoniya);
■ Kəskin miokardit və xroniki miokarditin kəskinləşmə dövrü;
■ Kardiomiopatiyalar;
■ Ürək ritminin və keçiriciliyinin pozuntuları;
■ Xroniki ürək çatışmazlığının dekompensasiya mərhələsi;
■ Perikardıt.
ürək xəstəliklərinin funksional diaqnostikasının aşağıdakı metodları istifadə olunur:
■ Elektrokardioqrafiya (EKQ);
■ Exokardioqrafiya (EXO-KQ);
■ Arterial təzyiqin sutkalıq monitorinqı ( arterial hipertenziyanın səviyyəsini, həmçinin keçirilən terapiyanın effektivliyini qiymətləndirmək üçün imkan yaradır);
■ Sutkalıq holter monitorinqı;
■ Elektrokardioqrammalar (ürək aritmiyalarının analizi, ritm dəyişikliklərinin təsbiti; işemik epizodların 24 saat ərzində aşkar olunması, miokardın “lal” və ya ağrısız işemiyasının təsbit olunması);
■ Tredmil-test;
■ Magistral damarların ultrasəs skanı (qan axınını, damar məcrasının və damar divarlarının vəziyyətinin qiymətləndirilməsinə imkan yaradır).