Piylənmənin səbəb olduğu xəstəliklər
(ürək-damar sistemi xəstəlikləri, yüksək qan təzyiqi və insult)
Artıq çəki və ya piylənmə yüksək qan təzyiqi, şəkər, insult, xərçəng və ürək-damar sistemi xəstəliklərinin əsas risk faktorlarındandır.
Sərinləşdirici içkilər də daxil olmaqla, kalorili qida və içki məhsullarının normadan artıq qəbulu çəkinin artmasına səbəb olur, bu da öz növbəsində müxtəlif xəstəliklərə tutulma riskini artırır.
Balanslaşdırılmış həyat tərzi üçün çəkinin tənzimlənməsi önəmlidir. Digər qida və içki məhsullarında olduğu kimi, tərkibində kalori olan sərinləşdirici içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır.
İnsanlar istehsal etdiyimiz içki məhsullarının dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.
Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.
Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün içki məhsullarının tərkibi ilə bağlı daim məlumatlandırırıq.
Piylənmə ilə əlaqədar yarana biləcək yüksək qan təzyiqi, şəkər, insult, xərçəng və ürək-damar sistemi xəstəlikləri ilə bağlı ətraflı məlumat almaq üçün həkimə müraciət etməyinizi tövsiyə edirik.
- EKQ
- EXO-KQ
- Transezofageal exokardioqrafiya
- Fetal EXO-KQ
- Pediatrik EXO-KQ
- Stress EXO-KQ
Ürək-damar sisteminin xəstəliklər
Bu sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma. Taxikardiya bəzən müxtəlif emosiyaların nəticəsi kimi sağlam adamlarda da ola bilər. Bu zaman pişikotu kökünün preparatları yaxşı təsir göstərir. Ürək nahiyəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.
Təngnəfəslik karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında venoz durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindən biridir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, başağrısı, bayılma və zəiflik olur.
Ürəyin işemik xəstəliyinə
— qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.
Döş anginası və yaxud stenokardiya tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda baş verir. Əsas əlaməti ürək və ya döşarxası nahiyələrdə tutmaşəkilli ağrı və onun sol qola, kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata qədər davam etməsidir (yarım saatdan sonra miokard infarktına keçir). Ağrı qan dövranının pozularaq miokarda qanın az gəlməsi ilə izah olunur; çox vaxt fiziki və psixi gərginlikdən sonra başlanır. Ağrı adətən orta şiddətli, az hallarda isə güclü olur. Xəstə hərəkətsiz, rəngi avazımış, sifətində qorxu və əziyyət ifadəsi olur. Xəstəliyin əvvəllərində tutmalar az-az, sonra isə hər gün olur. Belə hallarda xəstəyə fiziki və psixi rahatlıq yaratmaq lazımdır.
Yardım: tutma zamanı dərhal damargenəldici dərmanlar təyin edilir: damcı və ya tablet şəklində nitroqliserin ağızın selikli qişasından sorulur. 2-3 damcı qəndin üzərinə damızdırıb, dilin üstü ya altına qoyurlar. Nitroqliserin əvəzsiz dərman olsa da, qısa müddətli təsir edir. Uzunmüddətli təsir edənlərdən sustak, nitronq, nitromak və s. təyin etmək olar. Bunlardan başqa trinitrolonq, izosorbit, nitrosorbit, kardiket, izomak və b. təyin edirlər.
Ağrıkəsicilərdən analgin, baralgin, dimedrol və s. məsləhətdir. Xəstəxanada ciddi müalicə olunur. Validol verilir, eufillin 40 %-li qlükoza ilə venaya vurulur. Ağır hallarda dəri altına 0,5 ml 0,1 %-li atropin məhlulu ilə birlikdə 1 ml morfin və ya promedol məhlulu yeridilir. İsti əl və ya ayaq vannalarından, xardal yaxmalarından istifadə edilir.
Ağır stenokardiya tutmasından sonra xəstə bir neçə gün yataq rejimində olmalı, sonra bir müddət dincəlməlidir. Duzu və kalorisi az olan qida qəbul etməli, yaxşı istirahətə diqqət yetirməlidir.
Miokard infarktı
Tac damarlarından birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin nekrozudur (ölməsi). Adətən miokard infarktına tac arteriyalarının aterosklerozu, hipertoniya xəstəliyi və s. səbəb olur. Şiddətli həyəcan təsirindən də infarkt baş verə bilər. Əksərən 40-60 yaşlı, az hallarda cavan adamlarda baş verir.
Miokard infarktının əsas əlaməti döş sümüyü arxasında, ürək nahiyəsində stenokardiyaya xas 20-30 dəqiqə, bəzən bir saat davam edən şiddətli, dözülməz ağrıdır. Ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana çıxır, sağ qabırğa altında, qarnın üst hissəsində olur, qarın köpür, ağrılı və gərgin olur. Bu, mədə formasıdır. Ağrılar sol qola, çiyinə, boyuna vurur. Nitroqliserin kömək etmir. Bəzən tutma ürək astması tutması ilə başlanır. Bu zaman xəstə oturaq və ya
yarımoturaq vəziyyət almağa məcbur olur. Bu formada ölüm faizi çox olur. Temperatur tutmadan 2 gün sonra yüksəlib 38-38,5 dərəcəyə çatır. Leykositoz olur, EÇS artır. Bədən yapışqan tərlə örtülür, boz rəng alır. Nəbz kiçik, tezləşmiş olur. Arterial təzyiq azalır, ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir. Bəzi xəstələrdə miokard infarktı ağrısız,
ürək-damar çatışmazlığı şəklində keçir. Diaqnoz elektrokardioqramın köməyilə qoyulur.
Yardım: Xəstəlikdən şübhələndikdə həmin şəxs xəstəxanaya yerləşdirilir. Ağrıları azaltmaq üçün dəri altına 0,1-0,5 ml atropin-sulfat məhlulu ilə birlikdə 1-2 ml 1 %-li morfin vurulur. Arterial təzyiq azaldıqda venaya simpatol və qlükoza ilə birlikdə dərhal 1 ml strofantin və ya korqlükon vurulur. Trombozların qarşısını almaq üçün heparin, dikumarin təyin edilir. Ağrıkəsicilərdən analgin, baralgin, promedol, morfin, papaverin, dimedrol və b. istifadə olunur. Yeni preparatlardan fentanil, droperidol, talamonal, heparin, lidokain, novokainamid, aymalin, izoptin və b. dərmanlardan istifadə olunur. Müalicə xəstəliyin klinik gedişinə əsaslanır.
Xəstə müstəqil hərəkət etməyə başladıqda tibb bacısı onun yanında olmalı, baş verə biləcək ağırlaşmaların qarşısını vaxtında almalıdır. İnfarkt keçirmiş xəstənin yanında həmişə nitroqliserin və ya validol olmalıdır; ağrılar əmələ gələn kimi onlardan istifadə etməlidir.