Kardioloji reabilitasiya nədir?
Kardioloji reabilitasiya keçirilmiş ağır ürək xəstəliklərindən, əməliyyatlarından sonra orqanizmin normal psixi və fizioloji funksiyalarının qismən pozulması və ya tamamilə itirilməsinin bərpasına yönəldilmiş bir sıra müalicə metodlarının kompleks tətbiqidir. Həmçinin kardioloji reabilitasiya ürək və damar xəstəliyi olan xəstələrin fiziki, psixoloji və iş görmə qabiliyyətinin maksimuma çatdırılması məqsədi ilə aparılır. Əvvəllər infark, ya da bypass (ürək əməliyyatı) keçirən xəstələr bir neçə ay davam edən yataq istirahəti verilirdi. Bu xəstələr keçirdikləri ürək xəstəliklərinin təkrar etməsindən qorxduqları üçün passiv və hərəkətsiz bir həyat seçirdilər. Bu hərəkətsizlik depressiyaya, özünə qapanmaya, sosial izolyasiya kimi xəstənin həyat keyfiyyətinə olduqca mənfi təsir edirdi, nəticələri də pisləşdirirdi. Lakin sonralar sübüt olundu ki, hərəkətlə ürək xəstəliklərində qorunmaq mümkündür və ağırlaşmaların qarşısı alınır. Bu sahədə aparılan elmi araşdırmalar sübut etdi ki, əsil təhlükə hərəkət deyil, hərəkətsizlikdir! Aktiv həyat tərzi ürəyin təbii dərmanıdır!
Məhz bundan sonra xüsusi məşq proqramları hazırlandı və kontrollu bir şəkildə icra olunan məşq programlarının ürək xəstəliklərində müşahidə olunan şikayətləri gözlə görüləcək şəkildə yaxşılaşdırması tibbə məlum oldu.
Kardioloji xəstəliklərin əlamətləri hansılardır?
Sağlamlığınızın keşiyində qalmaq hər şeydən və hər kəsdən öncə öz üzərinizə düşür. Kardiologiya şöbəsində mütəmadi tibbi müayinələrdən keçərək ola biləcək xəstəlikləriniz barədə öncədən öyrənə bilərsiniz. Əgər siz ürək döyüntülərinizdə pozğunluq, çəki itkisi, nəfəs darlığı, sinə hissəsində ağrılar müşahidə edirsinizsə vaxt itirmədən bizə müraciyət edin.
Kardiologiya şöbəsi hansı müalicə üsullarından istifadə edir?
Kardiologiya şöbəsi ən müsair avadanlıqlarla təchiz olunub. Müasir tibbi metodika ilə ürək xəstəliklərinizin müalicəsi peşəkarlar tərəfindən həyata keçirilir.
Klinikamızda elektrokardioqrafiya (EKQ) vasitəsiylə üəyinizin fəaliyyəti qeydə alınır. Bu üsulla ürək əzələnizin və ürəyinizin sağlamlıq və funksional vəziyyəti öyrənilir.
EFOR test metodumuz vasitəsiylə koronar arteriya xəstəliyi aşkar edirilir. Xəstəliyin dərəcəsi müəyyən edilir.
Sutkadan artlq EKQ testinə ehtiyyac olan xəstələrimizə Holter EKQ tətbiq edilir.
Ürəyin forma və vəziyyətinin müəyyənləşdirilməsi üçün Rentgenoqrafiyadan istifadə edirik.
Exokardioqrafiya ilə ürəkdəki ritm pozğunluğu, ürək qapaq problemləriŞ ürək çatışmazlığı halları aşkar edilir. Bir zond ilə ürəyin qruluşu haqqında məlumat əldə edilir.
Skrinning üçün klinikmızda KT Koronar Angioqrafiya metodu tətbiq edilir.
Ürək kateterizasiyası ilə ürəkdən bipsiya alıbaraq ürəkdəki otaqların təzyiqi ölçülür.
Koroner ürək xəstəliklərində risk faktorları və profilaktika üsulları hansılardır?
Dünyada ən çox ölümə səbəb olan və geniş yayılmış ürək xəstəliklərindən biri koronar arteriya xəstəliyidir. İşemik ürək xəstəliyi olaraq da bilinir. İnfanktlar, qəfil ürək ölümü, stabil və qeyri-stabil stenokardiya ürək-damar xəstəlikləri qrupudur. Simptonları çiyin, qol, çənə, boyun, kürək, sinə ağrılarıdır.
Koroner ürək xəstəliklərinə səbəb ola biləcək amillər siqaret, şəkərli diabet, piylənmə, depresiya, spirt istifadəsi və s. kimi amillərdir. Ürək-damar xəstəlikləri riskini azaltmaq üçün müntəzəm olaraq idmanla məşğul olmaq, zərərli qida və vərdişlərdən uzaq olmaq lazımdır.