Aritmiyalar və ya ürəyin ritm pozuntusu
Ürək aritmiyaları o zaman əmələ gəlir ki, sizin ürəyinizin vurğularını idarə edən impulsların işi pozulur. Bu zaman ürək ya çox tez, ya çox gec, ya da nizamsız vurur. Adətən insanlar aritmiyaları ürək dayanması, ürək əsməsi, ürək döyünməsi kimi hiss edirlər. Bəzi aritmiyalar həyat qorxusu simptomları yaradır. Tibb texnologiyasında olan inkişaf aritmiyaların üçün yeni bir müalicə metodu əlavə etdi ki, bu da aritmiyaları idarə etməyə imkan verir.
Simptomlar
Aritmiyalar simptomsuz keçə bilir. Həkimlər adətən onu sizdən əvvəl müəyyən müayinələr zamanı təyin edirlər. Rast gələ bilən simptomlar:
- Sinədə əsmə
- Artan ürək vurğuları
- Azalan ürək vurğuları
- Sinədə ağrı
- Tənginəfəslik
- Başgicəllənmə
- Ürəkkeçmə
Göstərilən əlamətlər heç də ciddi problemin olduğuna dəlalət etmir. Bəzən isə həyati təhlükə yarada biləcək aritmiyalar tam əlamətsiz keçir.
Normal ürək döyünməsi nədir?
Ürəyimiz döyünərkən impulslar ürək əzələsinə təsir edərək onun yığılmasına səbəb olur. Bu impulslarda olan istənilən kənaraçıxmalar aritmiyalara səbəb olur. Aritmiyaların səbəblərindən danışmazdan əvvəl normal ürəkdöyünməsi zamanı nə prosesin getdiyinə nəzər salaq. İnsan ürəyi 4 kameradan ibarətdir: 2 qulaqciq və 2 mədəcik. Eyni zamanda sağ və sol olmaqla da ürək 2 hissəyə bölünür. Sağ və sol hissələrin hər birində 1 mədəcik və 1 qulaqcıq yerləşir.
Ürəkdöyünməsi zamanı qulaqcıq yığılaraq qanı mədəciyə qovur. Bu proses sinus düyünündən impulslar göndərilərkən başlanır. Nəticədə sağ və sol qulaqcıqlar yığılır.
Sonra impuls atrioventrikulyar düyünə keçərək mədəciklərin yığılmasına və qanın bədənə qovulmasına səbəb olur. ormal ürəkdə bu proses dəqiqədə 60-100 dəfə təkrar olunur.
Səbəblər
- Ürək xəstəlikləri
- Hipertoniya xəstəliyi
- Şəkərli diabet
- Siqaret çəkmə
- Spirtli içki qəblu
- Dərman və kofein asılılıqları
- Stress
- Bəzi dərmanlarla və otlarla müalicə
- Ürək əzələsində olan çapıqlar elektrik impulslarının keçirilməsinə mane ola bilər.
- Sağlam insanlarda aritmiyaya səbəb elektrik şok və ya müəyyən dərmanların istifadəsi ola bilər.
Ürəkdə olan bəzi struktur fərqlilikləri də aritmiyalara səbəb ola bilər:
- Qeyri-adekvat qan dövranı. Ürəyin qidalanması pozulmuşsa bu da aritmiyalara səbəb ola bilər. Belə ki, bu zaman elektrik impulsları yaradan hüceyrələrin də qidalanması pozulur.
- Ürək toxumasının zədələnməsi. Ürək toxuması zədələnərkən və ya ölərkən impulsların ötürülmə yolları da zədələnmiş olur.
Bu vəziyyətlərə daxildir:
- Koronar arteriya xəstəliyi. Bu güclü aritmiyalara səbəb ola bilərki tez-tez mədəcik aritmiyaları, hətta qəfil ürək ölümlərini yarada bilər. Arteriyaların daralması ürəyin bir hissəsinin qidalanmasının pozulmasına və ölməsinə gətirib çıxarır.
- Kardiomiopatiyalar. Bu ürək mədəciklərinin divarı genişlənən, qalınlaşan zaman əmələ gəlir. Kardiomiopatiya ürəyin qan qovma funksiyasını zəiflədir.
Aritmiyaların tipləri
Ürək vurğularının tezliyinə görə aritmiyalar bölünür:
- Taxikardiyalar. Bu zaman ürək vurğularının sayı dəqiqədə 100-dən çox olur.
- Bradikardiyalar. Bu zaman ürək vurğularının sayı dəqiqədə 60-dan az olur.
Qulaqcıq taxikardiyaları:
- Qulaqcıq səyirməsi. Əsasən yaşlı insanlarda olur. Xüsusən də arterial hipertoniyası və ürək xəstəliyi olan insanlarda rast gəlinir. Qulaqcıq səyirməsi zamanı qulaqcığın elektrik aktivliyi koordinasiya olunmur. 350-600 dəfə dəqiqədə səyirir. Qulaqcıq səyirməsi paroksizmal ola bilər, yəni bir neçə dəqiqədən bir neçə saatadək davam edir. Bəzən xronik də ola bilir. Qulaqcıq səyirməsi nadir hallarda həyati təhlükə yaradır.
- Supraventrikulyar taxikardiya (SVT). SVT-ə mədəcikdən yuxarıda əmələ gələn taxikardiyalar daxildir.SVT adətən qəfil başlanıb qəfil də bitir. Bir neçə saniyədən, saatadək davam edir. SVT zamanı ürək vurğuları dəqiqədə 160-200 olur. Bu növ aritmiyalar daha çox cavan adamlarda rast gəlinir.
Mədəcik taxikardiyaları
Bura daxildir:
Ventrikulyar taxikardiya (VT). Bu mədəciklərdə əmələ gələn, qeyri-normal-dəqiqədə 200-dən artıq yığılmaya səbəb ola bilir. Bu adətən ürək xəstəliyi olan şəxslərdə meydana çıxır, çox zaman da səbəb çapıq toxuması olur. Yəni bundan əvvəl keçirilmiş miokard infarktından sonra yaranan çapıq toxuması..
Ventrikulyar fibrilyasiya. Ventrikulyar fibrilyasiya zamanı ürək əzələsi yığıla bilmir və qanı damarlara qova bilmir. Bu da vital orqanların qan dövranının pozulmasına səbəb olur, nəticədə ölüm baş verir. Belə hallar təcili ürək-ağciyər reanimasıyasına göstərişdir.
Bradikardiyalar
Ürək vurğularının sayının 60 dan az olması bradikardiya kimi qiymətləndirilir.Əgər fiziki olaraq sağlamsınızsa onda ürək vurğularının sayının 60 dan az olmasına baxmayaraq orqanların qan dövranında elə bir problemi olmur.
Bradikardiyaların aşağıdakı növləri var:
- Zəif sinus. Əgər sizin sinus düyününüz impulsları düzgün göndərmirsə sizin ürək vurğularınızın sayı çox az ola bilər. Digər bir səbəb düyünə yaxın ç impulsun ötürülmə yolu üzərində hər-hansı bir maneənin olmasıdır.
- Keçiriciliyin pozulması. Bu növ bradikardiyalar AV düyününün yaxınlığında maneə olarkən əmələ gəlir. Blokun növündən asılı olaraq elektrik impulslarının ötürülməsi hissəvi və ya tam kəsilə bilər.
Risk faktorları
Müəyyən faktorlar aritmiyaların riskini artırır:
- Yaş. Yaşla əlaqədar olaraq sizin ürək əzələniz zəifləyir. Bu da elektrik impulslarının keçiriciliyinə təsir edə bilər.
- Genetik. Ürək pozğunluğu ilə doğulmaq elektrik funksiyanı da zədələyə bilər.
- Koronar arteriyanın xəstəlikləri, ürək əməliyyatları və digər ürək problemləri. Daralmış ürək arteriyaları, miokard infarktı, ürək qapaqlarında olan problemlər və s. aritmiyalar üçün zəmin yaradır.
- Qalxanabənzər vəz problemləri. Qalxanabənzər vəzin hormonları metabolizmin sürətinə təsir etmək xüsusiyyətinə malikdir. Və hər hansı kənaraçıxma ürək ritminə də təsir edir.
- Dərmanlar və otlar. Bəzi öskürək siropları psevdoepinefrin adlı maddə saxlayır özündə bu da aritmiyaya səbəb ola bilir. Eyni zamanda efedra adlı ot da aritmiyalara səbəb ola bilir.
- Yüksək arterial təzyiq. Bu səbəbdən mədəciyin divarı qalınlaşır və impulsların ötürülməsi çətinləşir.
- Piylənmə. Aritmiya riskini artırır.
- Şəkərli Diabet. Bu xəstəlik koronar arteriya xəstəliklərinə və hipertoniya xəstəliyinə təsir etdiyindən aritmiyanın əmələ gəlməsində də rol oynayır.
- Obstruktiv yuxu apnoesi. Bu xəstəlik bradikardiya və qulaqcıq fibrilyasiyasına səbəb olur.
- Elektrolit balansının pozulması. Kalium, kalsium, maqnezium və s. elektrolitlər impulsların əmələ gəlməsində və ötürülməsində rol oynadığından onların defisiti və ya artıqlığı aritmiyaların əmələ gəlməsinə səbəb olur.
- Alkohol. Alkohol içilməsi elektrik impulslarının ötürülməsini zədələyə bilər. eyni zamanda qulaqcıq səyirmələrinə də səbəb ola bilər. Xronik alkohol içmə kardiomiopatiyanın əmələ gəlməsinə gətirib çıxara bilər ki, son nəticədə bu da aritmiyaya səbəb olur.
Nə zaman kadioloqa müraciət etməli?
Bütün hallarda həkimə müraciət etmək məsləhətdir. Aritmiyalar ürək döyünməsi və ya ritminin zəifləməsi şəklində hiss oluna bilər. Digər simptomlar sizin ürək fəaliyyətinizdən asılıdır. Yəni, zəiflik, tənginəfəslik, sinədə ağrı və s. Əgər sizdə bu növ simptomlar varsa, həkimə təcili müraciət edin və ya təcili tibbi yardım çağırın.
Müayinə və diaqnoz
Ürək aritmiyalarının diaqnozu üçün həkim sizdən bəzi yanaşı xəstəliklərinizin olub-olmamasını soruşa bilər. Məsələn, qalxanabənzər vəzin xəstəlikləri kimi.
Ürək monitorinqinə daxildir:
- Elektrokardioqram (EKQ). Bunun vasitəsi ilə sizin ürəyinizin impuls fəaliyyəti və aritmiyaların olub-olmaması qeydə alınır.
- Holter monitorinq. Bu EKQ monitorudur, hansi ki, gün ərzində sizin ürək fəaliyyətini qeydə alır.
- Exokardioqram. Bu qurğu sizin ürəyinizin ölçüsünü səs dalğaları vasitəsi ilə təyin edir.
Ürək monitorinqi testləri:
- Stress testləri. Bəzi aritmiyalar fiziki gərginlik zamanı dəyişir. Sizdən stasionar velosiped sürmək xahish oluna bilər və bu zaman EKQ çəkilə bilər.
- Tilt testi. Sizin uzanmış vəziyyətdən ayaqüstü vəziyyətə keçərkən ürəyinizdəki impulsların ötürülməsini və “ürəyinizin sinir sisteminin” impulsları necə idarə etməsini yoxlayır.
- Elektrofizioloji test və xəritələmə. Bu metodda nazik elektrodlar sizin damarlarınızdan daxil edilərək ürəyinizə çatdırılır. Və ürəyin ayrı-ayrı hissələrində impulsların ötürülməsini qeyd edir. Eyni zamanda elektrodlar ürəyin stimulyasiya edilməsi məqsədi ilə də istifadə edilə bilər. Complications
Bəzi aritmiyalar aşağıdakı vəziyyətlərə səbəb ola bilər:
- Damardaxili tromb. Qulaqcıqların səyirməsi zamanı ürək qanı yaxşı qovmur və nəticədə tromb əmələ gəlir ki, bu da sonradan parçalanaraq damarlara keçə bilər və gedib məsələn beyin damarlarını tutaraq, beyin infarktına səbəb ola bilər.
- Ürək çatmazlığı. Ürək vurmanız qeyri-effektiv olanda yəni qanı qeyri effektiv qovanda əmələ gələ bilər.
Müalicə və dərmanlar
Aritmiyalar zamanı aritmiyanın növündən asılı olaraq, müalicəyə ehtiyac ola və ya olmaya da bilər.
Bradikardiyaların müalicəsi
Bradikardiyaların səbəbi hipotiroidizm və ya hər hansı bir xəstəlikdirsə, müalicəsi səbəbkar faktorları aradan qaldırmaqla aparılır. Əgər belə bir səbəb yoxdursa pacemaker adlanan cihazla müalicə aparılır. Bu cihaz ürək vurğularının sayı az olanda ürəyə impulslar göndərir və onu yığılmağa məcbur edir. Pacemaker kiçik cihaz olmaqla batareya vasitəsilə qidalanır. Adətən collarbone nahiyəsində implantasiya olunur. Cihazın elektrodları qan damarları vasitəsi ilə ürəyə yerləşdirilir. Müasir cihazlar ancaq qulaqcıqları, ancaq mədəcikləri və ya hər ikisini bir yerdə idarə edə bilir.
Taxikardiyaların müalicəsi:
Vagal manevrlər. Supraventrikulyar taxikardiyaları saxlamaq üçün sizə müəyyən manevrlər məsləhət görülə bilər. Məsələn, öskürmək, üzünüzü soyuq suya salmaq, nəfəsinizi alıb saxlamaq, göz qapaqlarınızı yüngül basmaq. Bu manevrlər adətən kömək edir.
- Dərmanlar. Bir çox taxikardiyalar dərmanlarla müalicəyə tabe olur. Məhz həkiminizin məsləhət gördüyü dərmanları qəbul etmək məsləhətdir.
- Kardioversiya. Bu qulaqcıq taxikardiyaları zamanı istifadə olunur. Kardioversiya elektrik şok olmaqla ürəyinizi normal ritmə qaytarır. Prosedur zamanı sizə dərman verilir ki, yatasınız, proseduru hiss etməyəsiniz.
- Ürək ablasiyası. Bu prosedur zamanı bir və ya bir neçə kateter damarlar vasitəsi ilə ürəyinizə yeridilir. Bu kateterlər aritmiya yaranan ocaqda yerləşdirilir. İsidilməklə və ya soyudulmaqla aritmiya yaranan ürək toxuması hissəsini sıradan çıxarır. Bu adətən aritmiyanın qarşısını alır.
İmplantasiya olunan cihazlar:
- Pacemaker. Bu cihaz ürək vurğularının sayı az olanda ürəyə impulslar göndərir və onu yığılmağa məcbur edir. Pacemaker kiçik cihaz olmaqla batareya vasitəsilə qidalanır. Adətən körpücükaltı sümük nahiyəsində implantasiya olunur. Cihazın elektrodları qan damarları vasitəsi ilə ürəyə yerləşdirilir. Müasir cihazlar ancaq qulaqcıqları, ancaq mədəcikləri və ya hər ikisini bir yerdə idarə edə bilir.
- Implantasiya olunan kardio defibrilyator (ICD). Bu cihaz təhlükəli mədəcik taxikardiyalarında və ya fibrilyasiyalarında məsləhət görülür. Eyni zamanda qulaqcıq fibrilyasiyalarında da istifadə oluna bilər. Sol körpücükaltı sümük nahiyəsində implantasiya edilir. Əgər ürək vurğularının sayı az olarsa cihaz pacemaker kimi çalışır. VT (ventrikulyar taxikardiya) və ya VF (ventrikulyar fibrilyasiya)