Cinsi yolla keçən infeksiyalar
Cinsi yolla keçən infeksiyalar-infeksiyası olan partnyorla cinsi əlaqə zamanıyaranan xəstəlikdir.Çox geniş yayılmış xəstəlikdir.hər il təqribən 10 milyonlarla insan bu xəstəliyə yoluxur.Ümumdünya səhiyyə təşkilatının verdiyi məlumata görə dünya əhalisinin hər 6 nəfərindən biri buinfeksiyaların biri ilə xəstələnmişdir.İnfeksiyanın yayılması çox asandır.Qorunmamş cinsi əlaqə zamanı bir dəfəyə 15-20 növdə infeksiya keçə bilər ki,bunlardan da ən çox rast gələni trixomanada,qonokoklar,mikoplazma,ureoplazmalar,papilloma virus,qerpes və s.Bu günə kimi cinsi yolla keçən 31 yoluxdurucu infeksiya məlumdur.
Cinsi yolla keçən infeksiyalarn növləri:
1.Bakterial infeksiyalar.Cinsi yolla keçən infeksiyalar arasında ən çox yayılanıdır.Ümumdünya səhiyyə təşkilatının məlumatına görə il ərzində yarım miliona yaxın adam bu infeksiyalara yoluxur.Bakterial infeksiyalara
- Sifilis
- Qonoreya
- Xlamidiya
- Mikoplazma
- Ureoplazma kimi infeksiyalar aiddir.
2.Virus infeksiyaları:Cinsi yolla keçən virus infeksiyaları ciddi problem sayılır,belə ki,onların böyük hissəsinin effektiv müalicəsi yoxdur.Virus infeksiyalarına:
- HİV infeksiyaları
- İnsan papiloma virus
- Genital herpes
- Hepatit B,C
- Çitomeqalovirus və s. aiddir.
Göbələk infeksiyaları
Bu infeksiyalar əsasən yerli immunitetin pozulması hesabına əmələ gəlir.Bu antibiotiklərin düzgün qəbul edilməməsi,hamiləlikdə,streslə bağlı immunitetin aşağı düşməsi hesabına əmələ gəlir.
4.Parazitar infeksiyalar.
Cinsi yolla keçən infeksiyaların yaranma səbəbləri:
- Cinsi əlaqə zamanı
- Yatrogen kontakt-q/steril,infeksiyalaşmış alətlərin təkrar istifadəsi(diş həkimində,pedikür edən ustada və s.)
- Yoluxmuş xəstənin qanı vasitəsilə
- xəstə adamların şəxsi gigiyena əşyalarinin istifadəsi zamanı.
Cinsi yolla keçən infeksiyaların əlamətləri:
- Cinsi yolla keçən xəstəliklərin ilkin əlamətləri əlaqədən 2-7 gün sonra yaranır.Bunu da qeyd etmək lazımdır ki,bəzi yoluxmuş adamlarda hər hansı bir simptom və ya əlamət olmaya da bilər.Cinsi yolla keçən xəstəliklərin əlamətləri əsasən,
- Cinsiyyət üzvündən axıntı
- Üzdə,dodaqda və ya genital bölgələrdə səpgi
- Cinsiyyət üzvlərindən qoxunun gəlməsi
- Genital bölgələrdə qızartı və ya ödem.
- Qaşıntı
- Ağrı
- Limfa düyünlərində böyümə və ya ağrı kimi özünü göstərə bilir.
Cinsi yolla keçən infeksiyaların diaqnostikası:
Diaqnostika üçün pasientdən ilkin məlumat toplanır,baxış aparılır,labarator müayinələr olunur.Pasientdən anamnez topladıqdan sonra xəstədə
- fizikal müayinə-bədəndə dəri örtüyünə,ətraflara,başda tük diblərinə və görünən selikli qişalara baxış
- ümumi simptomların qiymətləndirilməsi
- xarici cinsiyyət üzvlərinə baxış zamanı ,cinsiyyət üzvündən gələn axıntıya,pataloji dəyişikliklərə və anatomik deffektə fikir verilir.
- anus ətrafı nahiyəyə baxılır.
- Labarator müayinə üsullarından:
- Qanın ümumi analizi
- Yaxmaların analizi
- Sidiyin ümumi analizi
- Əkmə üsulu (Bakterioloji posev)
- PZR
- Ekspress test istifadə olunur.
Cinsi yolla keçən xəstəliklərin müalicəsi:Cinsi yolla keçən xəstəliklərin müalicəsi androloq tərəfindən aparılır və aşkarlanmış hər hansı infeksiyaya görə fərdi müalicə təyin edilir.
Cinsi yolla keçən xəstəliklərin profilaktikası:
Cinsi yolla keçən infeksiyaların qarşısını almaq üçün:
- infeksiyalara görə vaksinasiya
- Zərəli adətlərdən uzaq durmaq(alkoqol,narkotik)
- Təsadüfi cinsi əlaqədən imtina etmək
- Daimi cinsi partnyorun olması
- Qoruyuculardan istifadə etmək
- Zamanında müayinələrin aparılması.
Cinsi yolla keçən infeksiyalar -zamanında,düzgün seçilməyən müalicə olunduqda və kortəbii özünümüalicə olunduqda prostatit,epididimit,orxit,uretrit,ereksiyanın pozulması,sonsuzluq kimi ağirlaşmalar ola bilər.Bunun üçün zamanında ixtisaslı həkimə müraciət etmək lazımdır.