Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Uşaqlarda Bronxial Astma - Şəhla Mustafayeva ( Pediatr-allerqoloq )

Xəstəlik haqqında ümumi məlumat

Bronxial astma müasir dövrün ən aktual xəstəliklərindəndir. Statistika üçün qeyd edim ki, ABŞ-də böyük əhalidə 18.5 million, 18 yaşdan kiçik əhalidə isə 6.5 million insan bu xəstəlikdən əziyyət çəkir. Yəni hər 10 uşaqdan biri və ya hər 12 böyük yaşlı əhalidən biri astmadan əziyyət çəkir.

Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, astma inkişaf etmiş ölkələrin xəstəliyidir. Ölkə iqtisadi baxımdan nə qədər çox inkişaf etmişsə, şəhər əhalisinin sayı nə qədər çoxdursa, urbanizasiya nə qədər yüksəkdirsə, xəstəliyin rastgəlmə tezliyi o qədər yuxarıdır. Bu barədə klinik tədqiqatlar da aparılmış və sübut olunmuşdur ki, bronxial astma və allergik xəstəliklər və sənayeləşmə arasında bir əlaqə vardır.

Uşaqlarda bronxial astmanın simptomları

  • Astma hərfi tərcümədə “boğulma” deməkdir. Astmanın yaranması bir sıra faktorlardan asılıdır. Bütün xəstəliklərdə olduğu kimi, burad da genetik faktor şübhəsiz rol oynayır. Məsələn, əgər, həm ata, həm anada astma varsa, uşaqda astmanın yaranma riski 50%-dir.
  • Daha bir risk faktoru rütubətdir. Əgər insan rütubətli iqlim şəraitində yaşayırsa, mənzildə rütubət varsa, astmanın yaranma riski artır.
  • Digər risk faktoru kimi toz və toz gənələrini göstərmək olar. Müasir astmanın etiologiyasında toz gənələrinin rolu müxtəlif klinik tədqiqatlarla sübut olunmuşdur.
  • Uşaq vaxtı keçirilən ağır xəstəliklər astmaya meyillilik yaradır. Əgər uşaq, xüsusən yeni doğulan dövrlərdə, tənəffüs yollarının, ağ ciyər xəstəlikləri keçirirsə, bu uşaqların gələcəkdə astma olma riski artır.
  • Başqa bir risk faktoru kimi antibiotikləri göstərmək olar. Ona görə tövsiyə olunur ki, antibiotikdan mümkün qədər az istifadə olunsun. Bu, o demək deyil ki, həkimin göstərişinə əməl olunmamalıdır. Göstəriş varsa, antibiotikdən istifadə olunmalıdır. Ən azı, göstəriş olmadan antibiotikdən istifadə olunmamalıdır.
  • Daha bir risk faktoru siqaret çəkməkdir. Bəli, uşaq siqaret çəkmir. Lakin ana hamiləlik vaxtı siqaret çəkirsə, bu zaman doğulan uşağın astmaya tutulma ehtimalı digər uşaqlardan iki dəfə çoxdur. Uşaq passiv siqaret çəkməyə məruz qalarsa, gələcəkdə onun astma olmaq riskini artırır.
  • Bildiyimiz kimi, astma boğulma deməkdir. Astma tənəffüs yollarının xroniki iltihabı deməkdir. Bu, müxtəlif allergenlər səbəbindən bronxların daralması, iltihablaşması nəticəsində əmələ gəlir. Lakin astma diaqnozu qoymaq üçün yalnız klassik simptom olan boğulma tutmalarına fikir verilməməlidir. Astmanın ən başlıca simptomu öskürəkdir. Böyüklərdə sadəcə öskürək astmanın əlaməti ola bilməz. Böyük insan uzun müddət öskürürsə, burada astmanın ola bilmək ehtimalı var. Uşaq yaşlarında isə sadəcə öskürək astmanın əlaməti ola bilər. Uzun müddətli, davamlı öskürək, müalicəyə tabe olmayan öskürək varsa, xüsusən, bu öskürək mövsümi xarakter daşıyırsa, öskürək günün müxtəlif vaxtlarında, məsələn uşaq axşam yerinə uzananda öskürməyə başlayırsa, səhər yuxudan ayılan kimi öskürməyə başlayırsa, uşaq fiziki hərəkətdə olan zaman, gülən və ağlayan zaman davamlı öskürək, boğulma şəklində öskürək müşahidə olunarsa, mütləq astma barədə düşünmək lazımdır.
  • Uşaq yuxarı tənəffüs orqanalarının infeksion xəstəliklərini keçirir, xəstəlik 5-7 gün davam edir. Uşaq 10 gün ərzində öskürməli, sonra sağalmalıdır. Əgər qrip əlamətləri keçdikdən sonra uşaq 10 gündən artıq öskürməyə davam edirsə və bu, yuxarı tənəffüs orqanlarının infeksiaysından sonra bu, hər dəfə təkrarlanarsa, bu halda da astma haqqında düşünmək lazımdır.
  • Uşaqda nəfəs vermənin çətinləşməsi, hava çatışmazlığı hissi, xırıltıların olması, xırıltılı tənəffüs bütün bunlar astmanın əlamətidir.

Uşaqlarda bronxial astmanın diaqnostikası

  • Astmanın diaqnostikası üçün geniş müayinələrə ehtiyac yoxdur. Əgər uşaq 6 yaşından böyükdürsə, bu zaman spirometriya adlanan testdən istifadə olunur. Bununla uşağın ağ ciyərlərinin funksiyası, bronxlardakı daralmanın səviyyəsi yoxlanılır. Buna əsasən həm diaqnoz qoyulur, həm də müalicənin istiqaməti müəyyənləşdirilir.
  • Bundan başqa, allegik testlər aparılır. Qanda spesifik immunoqlobinlər müəyyənləşdirilir. Allergik testlər dəri vasitəsi ilə də aparıla bilər.
  • 6 yaşından kiçik uşaqlarda spirometriya aparıla bilmədiyindən (lazımı üfürmə hərəkətini icra edə bilmədiklərindən) astma diaqnozu qoymaq üçün şikayətlər dinlənilir, astma əleyhinə yazılan preparatların effektliliyi izlənilir, ailədə astma və allergik xəstəliklərdən əziyyət çəkən insanların olub-olmaması müəyyənləşdirilir. Bütün bu məlumatların əsasında astma diaqnozu qoyulur.

Uşaqlarda bronxial astmanın müalicəsi

  • Astma müalicəsində kəskin astma tutmalarının müalicəsi və profilaktik müalicə metodları var və onlar bir-birindən fərqlənir. Kəskin astma tutmalarının müalicəsi zamanı istifadə edilən preparatlar uzun müddətli profilaktik müalicə üçün demək olar ki istifadə olunmur. Kəskin tutmalar zamanı “Solbutamol” preparatından istifadə edilir.
  • Bu, birincili seçim preparatıdır. Əgər inqalyasiya və nebulayzer şəklində təyin edilirsə daha effektli olur. Digər preparatlardan “Daksofilin” “Maqnezium sulfat”, göstəriş varsa “Prednezalon” 3-5 günlük qısa kurslar təyin olunur. Pasiyent kəskin vəziyyətdən çıxdıqdan sonra profilkatik müalicə aparılır.

Uşaqlarda bronxial astmanın profilaktikası

  • Profilaktik müalicə kimi daha çox steroid tərkibli preparatlıardan istifadə olunur. Bəzi pasiyentlər bu preparatlara alışqanlıqdan ehtiyat edirlər. Qeyd edək ki, bu preparatlar heç bir alışqanlıq vermir. Onu da vurğulamaq lazımdır ki, aerozol şəklində olan steroid preparatları olmadan astmanın müalicəsi yoxdur.
  • Kliniki tədqiqatlar göstərib ki, əgər bu preparatlar xəstəliyin ilkin mərhələlərində təyin olunmazsa xəstəliyin gedişi ağırlaşır və pasiyentin kontrola götürülməsi çətinləşir.

Əsas məqamlar

  • Astma erkən və düzgün aşkarlanmalıdır.
  • Astmaya yaxşı terapevtik nəzarət, uşağa normal həyat sürməyə imkan verir.
  • Uşağın astmasının müalicəsi üçün bir həkimin məsuliyyət daşıdığı plan hazırlanmalıdır.
  • İnhalyasyon kortikosteroidlər istifadə edilərkən, ən aşağı dozada olmalıdır, bu doza simptomları nəzarət altında saxlayır. Təhlükəsizlik limitlərini unutmayın!
  • Anti-astmatik dərman terapiyasının səviyyəsi və zəruriliyi dövri olaraq nəzərdən keçirilməlidir.

Epidemiologiya

  • Astma uşaqlarda ən geniş yayılmış xroniki xəstəlikdir.
  • Əhali arasında keçirilən sorğuya əsasən uşaqların 4-7 faizi astmadan müalicə alıb və eyni nisbətdə isə müəyyən müddətə astmaya oxşar simptomlar üzə çıxıb.
  • Azyaşlı uşaqların 20-30 faizi həyatlarının ilk illərində azı bir dəfə obstruktiv bronxitdən əziyyət çəkirlər. 10 faizdə xronikidir və 2 faiz isə buna görə xəstəxanaya yerləşdirilib.

Simptomlar

  • Xroniki tənəffüsün çətinləşməsi və xırıltı
  • Fikizi məşqlərə qarşı dözümlülüyün azalması, fikizi gücdən düşmə (öskürək, tənginəfəslik)
  • Xəstələr öskürək və/və ya tənginəfəsliyə görə gecə oyanırlar.
  • Davamlı olaraq həddən artıq selik ifrazı, xırıltı
  • Yeganə simptom kimi uzunmüddətli öskürəyə nadir hallarda astma səbəb olur, lakin uzunmüddətli öskürəklə (8 həftədən çox) əlaqəli təngnəfəslik astmaya işarədir.

Diaqnostika

Anamnez

  • Xəstənin, ailənin və sağlamlıq/tibbi qeydləri
  • Hazırki simptomlar: başlanğıcı, tezliyi, residivi, ağırlıq dərəcəsi, ağırlaşdırıcı və yüngülləşdiri faktorlar, xüsusilə mövsümi dəyişiklər və müəyyən ərazilərlə əlaqəli simptomlar.
  • Ailə anamnezi
  • Ətraf mühit faktorları: tüstü, heyvanların təsiri, digər təsirlər
  • Antibiotik müalicələrinin sayı (o cümlədən, bronxit üçün məsləhət görülməyən antibiotik müalicələr)
  • Bronxodilator istifadə edilib - təsiri?

Fiziki müayinə

  • Diqqətli müayinə ilə başla: döş qəfəsinin vəziyyəti, görünüşü? Uşağın nəfəsalması necə görünür? Uşaq köməkçi tənəffüs əzələlərindən istifadə edir? Tənəffüs həcmi nə qədərdir?
  • Auskultasiya, həmçinin, məcburi nəfəsvermə zamanı
  • Nəfəsvermənin pik sürətinin (Pikfloumetriya) ölçülməsi. Nəfəsvermə texnikasına nəzarət vacibdir: ölçməyə 5-6 yaşdan sonra başlanılır.
  • Ağız, boğaz, burun, qulaqlar
  • Dəri (atopik dermatitlə əlaqədar səpgilərin olması)
  • Boy artımı əyrisində rekord dəyişiklik