Sidik Yollarının Funksional müayinəsi - Urodinamiya - Elza Binnətova (Uroloq)
Urodinamiya-sidik kisəsi xəstəliklərinin səbəblərini araşdırır.
Urodinamiya – sidik kisəsinin və aşağı sidik yollarının funksiyalarını öyrənən kompleks instrumental müayinə üsuludur. Məqsəd – sidik qaçırmanın və sidiyə gedə bilməmənin səbəblərini tapıb düzgün müalicə üsulunun seçilməsidir.Müayinə üçün müasir yüksək keyfiyyətli aparatdan istifadə olunur. Urodinamiya hər yaşda aparıla bilən müayinə üsuludur.
Müayinəyə göstərişlər:
- Sidik qaçırma;
- Sidiyə gedə bilməmə;
- Genital prolapsuslar;
- Sidik yolları infeksiyaları;
- Sistitlər, interstial sistit;
- Sidiyin tam boşalmama hissi;
- Uretra darlığı;
- Neyrogen sidik kisəsi;
- Hiperaktiv sidik kisəsi.