Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Kişilərdə Sərtləşmə Problemi - Səbəbi Nədir - Həsən Səmədov (Androloq)

Cinsi əlaqə üçün lazımı qədər cinsi istəyin (həvəsin) olmaması, penisin yaxşı sərtləşməməsi və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır. Erektil disfunksiya olduğu hallarda kişi və qadını məmnun edəcək cinsi əlaqəni başlayıb və davam etdirmək üçün penis (kişi cinsiyyət orqanı) lazımı qədər sərtləşmir.

Ereksiya (penisin sərtləşməsi), cinsi həyəcana cavab olaraq yaranan bir haldır. İstənilən bir cinsi həvəs, beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin kompleks artması nəticəsində penisə (kişi cinsiyyət orqanına) gedən qanın artmasına səbəb olur, nəticədə yumuşaq halda olan penis böyüyür və sərtləşir (bərkiyir).