Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Hamiləlikdə Edilən Vacib Analizlər - Aytən İbrahimova (Mama-ginekoloq)

Hamiləlik vaxtı hansı analizlər vermək lazımdır?


Hamiləliyin planlaşdırılması zamanı hər bir cütlük üçün lazım olan analizlər müxtəlif olur. İlk növbədə, əsas müayinəni keçmək lazımdır. Xəstəliklərin olduğu və ya hamiləliyin bir il ərzində olmadığı zaman kişi və qadın daha geniş kurs keçirlər.

Bir qayda olaraq, onlar əvvəlcə aşağıdakı analizləri verməlidirlər:


  • Floradan yaxma
  • Qanın ümumi, biokimyəvi analizi
  • Sidiyin ümumi analizi
  • PZR müayinəsi üçün uşaqlıq boynundan nümunə
  • Nümunənin sitologiyası
  • Qalxanvari vəzinin hormonları
  • Süd və qalxanvari vəzilərin, kiçik çanaq orqanlarının USM-i

Hamiləliyin planlaşdırılması zamanı infeksiyaların olduğuna dair analizlər


Viruslara və infeksiyalara qarşı anticisimlərin təyin edilməsi də hamiləliyin planlaşdırılması zamanı qadınlar üçün əsas analizlərdir.

Onlara aşağıdakı analizlər aiddir:


  • Toksoplazmozaya, herpesə, məxmərəyə, sitomeqalovirusa və papilloma virusuna qarşı anticisimlər
  • İİV, sifilis, qonokoklar, mikoplazmalar, qardnerelar və başqaları
  • Bağırsaq çubuğu, stafilokok
  • Qanın laxtalanması

Qadında infeksiyalar aşkar edildiyi halda onu və partnyorunu müalicə etmək lazımdır və yalnız bundan sonra planlaşdırmaya başlamaq olar. Cinsi infeksiyalar yoluxucudur və onlar körpəyə ötürülür, bu isə ona neqativ təsir edir. Toksoplazmoz, məxmərək və sitomeqalovirus dölün sağlamlığı üçün çox təhlükəlidir.

Toksoplazmoz bir parazitar xəstəlikdir. Gələcək uşaqda ilkin yoluxma baş verdikdə inkişaf qüsurları əmələ gələ bilər. Buna görə də həkimlər 24 həftəyə qədər olan müddətdə hamiləliyin dayandırılmasına təkid edirlər. Beləliklə, Toxoplasma Gondii-də hamiləliyin planlaşdırılması zamanı analizlər IgM (xəstəliyin kəskin mərhələsi) və IgG (qadın keçmişdə toksoplazmoz xəstəliyini keçirib) anticisimlərinin aşkarlanması üçün lazımdır. Anticisimlərin aşkarlanmadığı halda, qadına ehtiyat tədbirlərinə riayət etmək göstərişi verilir.

Məxmərəyə görə hamiləliyin erkən müddətində ağır patologiyalar yarana bilər. Buna görə də, məxmərək ilə yoluxma aborta göstəriş ilə nəticələnir. Məxmərəyə qarşı xüsusi immunitet 20 il ərzində təsir göstərən vaksinləmə sayəsində yaranır. Sitomeqalovirusla yoluxma nəticəsində döl tələf ola və ya anadangəlmə sitomeqaliya ilə inkişaf edə bilər. Lakin hamilənin virus daşıyıcısı olması ciddi nəticələrə gətirib çıxarmır.


Hamiləliyin planlaşdırılması zamanı əlavə analizlər


Hamiləliyin planlaşdırılmasından əvvəl yerdə qalan analizlər anamnezdə qeyri-müntəzəm menstruasiya dövrü, mayalanma ilə problemləri, abortları və uşaqsalmaları olan qadınlara təyin edilir. Bu halda cinsi hormonlarla bağlı qan verirlər, uşaqlıq borularının keçirilmə qabiliyyəti yoxlanılır.

Sonsuzluq və ya hamiləliyin pozulması zamanı antikoaqulyantın, TPO-anticisimlərin, xroniki qonadotropinə, fosfolipidlərə qarşı anticisimlərin və s. aşkarlanması üçün analizlər təyin oluna bilər.

Bundan başqa, hamiləliyin planlaşdırılması zamanı immunoloji müayinənin keçirilməsi tövsiyə edilir. Həmçinin, peyvəndlərə ehtiyac olub-olmaması məsələsi həll edilir. Onlara, məsələn, qadında məxmərəyə qarşı anticisimlər tapılmadığı halda ehtiyac duyulur. Belə ki, onu mütləq hamiləlikdən ən azı üç ay əvvəl etmək lazımdır. Unutmamalıyıq ki, məxmərəyə yoluxduqda uşaqda inkişaf qüsurları yaranır. Bəzi mütəxəssislər deyirlər ki, hepatit B-yə qarşı da peyvənd etmək məqsədəuyğundur. Həmçinin, tetanusa (stolbnyaka) və difteriyaya qarşı qabaqlayıcı vaksinləmələr tövsiyə edilir. Bəzi hallarda qripə qarşı peyvənd də lazım ola bilər.