Dərialtı İmplant - Hamiləlikdən Qorunmaq - Aytən İbrahimova (Mama-ginekoloq)
Hər bir qadın hamiləlikdən qorunmaq üçün özünə rahat üsul seçir. Bu üsulların bəziləri həkim konsultasiyası tələb edir, digərlərini isə pasient özü istifadə edir. Effektivlik həmçinin istifadə qaydasından asılıdır. Əgər uşaqlıqdaxili spiral və ya implant (bəzən implantat deyilir) qoyulmuşsa, qorunmanın etibarlığına nəzarət etməyə ehtiyac olmur.