Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Qadın cinsi orqanında qaşınma - Vaginal qaşınma - Aytən İbrahimova (Mama-ginekoloq)


Vaginada qaşınma haqqında


Vaginal qaşınma uşaqlıq yolunu əhatə edən dəridə sancma və zəif ağrı hissi ilə müşayət edilən bir narahatçılıqdır. Uşaqlıq yolu uşaqlığı xarici mühitlə əlaqələndiriən borudur. Uşaqlıq yolunda təbii öz-özünü qorumaq və təmiz saxlama mexanizmi mövcuddur. Bu nahiyədə zərərsiz bakteriyaların fəaliyyəti nəticəsində şəkərin parçalanmasından yaranan süd turşusu formalaşır ki, bu da uşaqlıq yolunu patogen (zərərli) mikroorqanizmlərdən qoruyur. Amma bəzi faktorlar bu mexanizmi pozur və uşaqlıq yolunda qaşınmaya səbəb olan fərqli şəraitlər yaradır. Qaşınma cinsi yetkinlik dövrunə çatmayan qızlarda tez-tez qeyd edilir. Təssüf ki, bəzi azərbaycanlı analar öz gənc qızlarında bu şikayətləri görərlərsə həkimə müraciət etməkdən çəkinirlər. Bəzi valideyinlərdə gənc qızın ginekoloqa müraciət etməsinin pis göstərici olması haqqında səhv təsəvvür mövcuddur. Bu isə gələcəkdə adi qaşınmanın daha ciddi fəsadlara gətirib çıxarmasına səbəb olur.


Vaginal qaşınma səbəbləri


  • Kimyəvi qıciqlandırıcılar – yuyucu vasitələr, alt paltarlarını yumşaltmaq üçün istifadə edilən maddələr, sabunlar, məlhəmlər, qadın ətirləri, kontraseptiv jelelər, qoruyucu vasitələr və s.
  • Uşaqlıq yolunun maya göbələkləri ilə yoluxması zamanı qaşınma ilə yanaşı ağ və kəsmiyə bənzər gəlinti də qeyd olunur. Göbələyin artması antibiotik istifadəsi, kontraseptiv həblərin qəbulu, hamiləlik, aybaşı, qoruyucu vasitələrin istifadəsi, cinci əlaqə, diabet, immun sistemin zəiflləməsi kimi hallarla bağlı ola bilər.
  • Digər vaginal infeksiyalar – bakterial vaginoz, genital herpes, trixomoniazis, bit kimi faktorlar da uşaqlıq yolunda qaşınma törədə bilər.
  • Vaginit – uşaqlıq yolunun iltihabıdır. Vaginit zamanı qağınmaqla yanaşı gəlim və iyin olması qeyd edilir. Vaginit yetkinlik yaşına çatmayan qızlarda daha tez-tez yaranır. Vaginitin yaranmasına fərqli infeksiyaların rolu vardır.
  • Bij qurd – daha çox uşaqlarda qaşınmanın səbəbi ola bilir.
  • Stres – uşaqlıq yolunda qaşınmanı artıra bilər. Bu səbəbdən qaşınma uşaqlıq yolunun ikincili infeksiyalaşmasına şərait yaradır.
  • Menopausa – qanda esterogenin düşməsi uşaqlıq yolunun daxili örtüyünün nazilməsinə və infeksiyalaşmaya həssas olmasına səbəb olur.

Həkimə nə zaman müraciət etməli?


Əgər vaginal qaşınma kəskindirsə, digər yanaşı narahatçılıqlar varsa (vaginal gəlim, ağrı, iyi və s.), üç gündən çox davam edirsə mütləq həkimə müraciət edin. Həkiminiz qaşınmanın əsl səbəbini üzə çıxarmaq üçün müəyyən müayinələr həyata keçirəcək. Yalnız bundan sonra sizə müalicə təyin edəcək.

Bəzən qaşınma öz-özünə və ya müəyyən tədbirlər nəticəsində itir. Vaginal qaşınmadan qaçmaq üçün bəzi tövsiyyələr:

  • Ev şəraitində ilıq vanna qəbul edin. Suya duz, şalfey və ya çobanyastığı (romaşka) əlavə edilə bilər. Bəzən belə adi vanna ilə qaşınma aradan qalxır və həkimə müraciət etməyə ehtiyac qalmır.
  • Cinci əlaqəyə bir müddət ara vermək vacibdir. Qaşınma törədicisi yoldaşınızdan yenidən yoluxa bilər və görülən tədbirlərin əhəmiyyəti itə bilər. Müalicə zamanı həyat yoldaşınızda uyğun dərmanlar qəbul etməlidir.
  • Qoruyucu vasitənin dəyişilməsi. Əgər cinci əlaqə zamanı qoruyucu vasitələrdən istifadə edilirsə onun dəyişilməsi qaşınmanı aradan qaldıra bilər. Qoruyucu vasitə üzərində olan toz və ya məlhəm uşaqlıq yolunda allergik reaksiya törədə bilir.
  • Qaşınan nahiyəni “cırmaqlamaqdan” çəkinin. Dırmaqlarınızla uşaqlıq yolu ətrafı dərini zədələməməyə çalışın.
  • Şirin qidaları azaldın. Şəkər bəzi göbələklərin inkişafına təkan verir.
  • Sərin, yumşaq və dar olmayan geyimə üstünlük verin.
  • İsti və rütubətli havada çox qalmaqdan çəkinin.
  • Qaşınma hissini unutduracaq məşğuliyyət tapın.
  • Reseptsiz satılan anti-histamin dərmalardan istifadə edə bilərsiniz.
  • Qaşınan nahiyəyə hidrokartizon məlhəmi sürtə bilərsiniz.