Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Uşaqlarda Qurd Varsa - Nə Etmək Lazımdır? - Şəhla Mustafayeva (Pediatr-allerqoloq)

Uşaqlarda qurd xəstəliyi olduğunu necə bilmək olar?

Qurd xəstəlikləri uşaqlar arasında da geniş yayılıb. Daha doğrusu qurd xəstəliklərinə daha çox azyaşlılarda rast gəlinir. Qurd xəstəliyi necə yaranır? Yoluxma necə baş verir? Qurd olduqda hansı əlamətlər yaranır? Parazitin olduğunu hansı müayinə ilə müəyyən etmək olur? Müalicəsi necə aparılır?

Enterobioz (tükşəkilli qurd) törədici enterobius vermicularisdir. İnsana məxsus qurddur və insan bağırsaqlarında yaşayır. Ən çox məktəbəqədər və məktəb yaşlı uşaqlarda təsadüf edilir.

İnsandan insana yoluxur, dırnaq yemə, çirkli əllər, əllərin düzgün yuyulmaması, gigiyenik qaydalara riayət edilməməsi nəticəsində yaranır.

Parazitin orqanizmə daxil olması ağız yolu ilə baş verir.

Enterobioz əksər hallarda simtompsuz gedir. Bu, orqanizmdəki parazit sayından və orqanizmin immun sisteminin vəziyyətindən asılıdır.

Əksər hallarda, anal nahiyədə qaşıntı, yuxusuzluq, ümumi narahatlıq, əsəbilik, qarın ağrıları, ürək bulanması, ağızdan su axması kimi əlamətlərlə özünü göstərə bilir.

Lakin bu əlamətlərin olması heç də qurdun olmasını mütləq əsas vermir. Çünki bu əlamətlər normal uşaqlarda da ola bilər və yaxud başqa xəstəliyin əlamətləri kimi də özünü göstərə bilir. Diaqnoz bütün dünyada ən dəqiq nəticə göstərən selofan bant vasitəsilə ilə qoyulur. Anus ətrafındakı dəriyə şəffaf plastik bant yapışdıraraq mikroskop altında bantdakı qil qurdu yumurtalarını incələnməsi aparılır.

Sereloji analizlərin (qan analizi) qurd diaqnozu qoyulmasında heç bir rolu yoxdur. Parazit adətən, yumurtaları gecə buraxdığına görə səhər nəcis ifraz etmədən və yaxud yuyunmadan nümunə götürülməlidir. Diaqnozun qoyulması üçün bu test bir neçə dəfə təkrarlana bilər. Bəzi hallarda anusun ətrafında yetkin qurdun görülməsi də diaqnoz qoyulmasına əsas verir.

Qurdun müalicəsi olduqca asandır. Bunun üçün aylarca, qurd dərmanı verilməsi əsassızdır. Müalicə, tək dozada qurd əleyhinə preparatın verilməsi və 14 gündən sonra dozanın təkrarlanması ilə aparılır. Lakin təkrar yoluxma halları tez-tez baş verir. Bu hallarda müalicə bütün ailə üzvləri arasında aparılır və gigiyenik qaydalara ciddi riayət edilməsi tövsiyyə olunur.

Uşaqlarda Qurdun Əlamətləri Və Müalicə Üsulları Nələrdir?

Uşaqlar arasında geniş yayılan xəstəliklərdən biri də qurd xəstəlikləridir. Qurd xəstəliklərindən ən çox müşahidə olunanı isə bağırsaq qurdudur. Bağırsaqlarda yaşayan və bir hüceyrədən metr uzunluğuna çatan müxtəlif ölçülərdə ola bilən parazitlərdir. Qurd növü bağırsağın həzm sistemində yaşayır və qəbul edilən qidalarla qidalanır. Bağırsaq qurdları orqanizmə daxil olduqdan sonra, bağırsaqlarda yetkinləşir və illərlə bağırsaq mühitində yaşaya bilirlər.

Bağırsaq Qurdunun Əlamətləri Nələrdir?

Uşaqlarda bağırsaq qurdunun əlamətləri, əsasən aşağıdakı simptomlar ilə özünü göstərə bilir:

  • Qarın ağrısı;
  • Ürəkbulanma;
  • İştahsızlıq;
  • Qusma;
  • İshal;
  • Şişkinlik;
  • Çəkinin azalması;
  • Anemiya;
  • Diş qıcırdatma;
  • Və ağız qoxusu

Bağırsaq Qurdları Nələrə Səbəb Olur?

Uşaqlarda inkişaf geriliyinin və ləngiməsinin mühüm səbəblərindən biri olan qurd xəstəlikləri əllər, ağız, nəcis və nadir hallarda isə dəri vasitəsi ilə yoluxa bilir. Buraya çirklənmiş su, qida və ya tualet tutacaqları kimi səthlər vasitəsilə yoluxma halları daxildir. Bağırsaq qurdları çoxlu sayda parazitdə görünə bilir. Bəzi parazitlərin ağciyər və qaraciyər kimi orqanlarda yerləşərək orada xüsusi şikayətlər verə bilir. Onlar həmçinin, pnevmoniya və qanaxma kimi ciddi allergik reaksiyalara səbəb ola bilər. Bağırsaq parazitləri ishala səbəb olduqda, böyük təhlükə susuzlaşmaqdır. Dehidrasuya isə tez bir zamanda ciddi və həyat üçün təhlükə yarada bilər.

Qurd Xəstəlikləri Hansı Səbəblərdən Yaranır?

Qurd xəstəliklərinin yaranmasına və yayılmasına yol açan ən mühüm problem gigiyena qaydalarına diqqət yetirilməməsidir. Bu səbəbdən, uşaqların doğulduğu və qidalanmağa başladığı andan etibarən bağırsaq qurdları ilə qarşılaşma riski var. Uşaqların ana südündən qatı qidalara keçdiyi dövrdə qidaları hazırlayarkən gigiyena qaydalarına riayət etmək çox vacibdir. Əks halda, uşaqların xəstəliyə yoluxma ehtimalları vardır. Bağırsaq qidalarından qaynaqlanan infeksiyalar, adətən simptomlara səbəb olmur. Lakin, gələcəkdə qan azlığına, vitamin çatışmazlığına, fiziki və zehni inkişafın azalmasına səbəb olur. Buna görədə, gigiyeik qaydalara ciddi şəkildə əməl etməli və uşaqların əllərini tez-tez yumaq lazımdır. Həmçinin, uşaqların qidalanmasında paket qidalardan qaçınmalı və cips, çubuq və s. kimi məhsullardan kifayət qədər uzaq tutmalısınız.

Xəstəliyi Necə Müalicə Etmək Lazımdır?

Xəstəliyin müalicəsində ilk addım ailə həkiminə müaricət emək lazımdır və xəstənin şikayətlərinə uyğun olaraq bağırsaq qurdlarının müalicəsi planlaşdırılmalıdır. Lakin, qurdun müalicəsi olduqca asan olmaqla yanaşı, uşaqlara aylarla qurd dərmanlarının verilməsi son dərəcə əsassızdır. Müalicə tək dozada qurd əleyhinə dərmanın qəbul edilməsi ilə, 14 gündən sonra eyni dozanın təkrar qəbulu ilə sona yetirilə bilər. Amma uşaqlarda qurd xəstəliyinə təkrar yoluxma halları da tez-tez müşahidə olunur. Bu hallarda, müalicə bütün ailə fərdləri arasında aparılmalı və gigiyenik qaydalara ciddi şəkildə riayət edilməsi lazımdır.