Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Testosteron Səviyyəsini Təbii Yolla Yüksəltmək - Həsən Səmədov (Androloq)

Testosteron müxtəlif funksiyaları yerinə yetirən orqanizm üçün vacib bir hormondur. Əsas olaraq kişi cinsiyyət hormonu(androgen hormonu kimi də adlandırılır) kimi , testesteron reproduktiv sistemin fəaliyətində və yenidənqurmasında rol oynayır , həmçinin sümük və əzələ toxumaların gücləndirilməsinə kömək edir. Ümumilikdə bu hormonun sağlamlıq və əhval ruhiyyənin yaxşılaşmasında böyük təsiri vardır.

Testosteron çatışmazlığı (və ya hipoqonodizm) tez-tez narahatlığa səbəb olan simptomlarla özünü göstərir: sürətli çəki artımı- əzələ kütləsinin deyil piy kütləsinin artması ilə, cinsi zəiflik və disfunksiyalar kimi simptomlar özünü göstərə bilər.

Bunlardan əlavə davamlı yuxululuq,diqqət pozğunluğu kimi simptomlarla özünü göstərir

Testosteron çatışmazlığı olan şəxslərdə həmçinin kardiovaskulyar risk, insulin rezistentliyi, skelet küləsinin azalması kimi hallar da yaşanan vəziyətlərdir .

Testosteron səviyyəsinin normadan çox olması sperm sayında azalma,xayaların ölçüsünün kiçilməsi, cinsi zəifləmə , sızanaqların çıxması kimi hallara səbəb ola bilər.

Yüksək testosteron səviyyəsi bəzən genetik olsa da ,anabolik steroid istifadəsi,nadir rast gəlinən böyrəküstü vəz şişləri kimi vəziyyətlər də buna səbəb ola bilər.

Göründüyü kimi testesteron inbalansı orqanizmdə müxtəlif problemlər kimi özünü göstərə bilir. Bəs testosteron səviyyəsinin normal olub olmamasını necə yoxlamalıyıq?

Testosteron səviyyəsinin normal olması həm kişilər həm də qadınlar üçün çox vacibdir çünki,testosteron sağlam metabolizm üçün çox vacib bir hormondur ( buna misal olaraq ,optimal testosteron səviyyəsinin olması orqanizmdə yağların yandırılmasına və əzələ kütləsinin artmasına kömək edir).