Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Endometrioz / Endometrioz sonsuzluğa səbəb ola bilərmi ? - Aytən İbrahimova (Mama-ginekoloq)


Endometrioz nədir?

Endometrioz hal-hazırda çox geniş yayılmış ginekoloji xəstəlikdir. Reproduktiv dövrdəki qadınlarda inkişaf edir. Endometrioz zamanı endometriya hüceyrələri (normada uşaqlığın daxili qatında yerləşir) normal yerləşdikləri yerdən kənarda inkişaf edir. Endometrioid toxumasında hormanlara qarşı həssas reseptorlar var ki, hormonların təsirindən həmin toxumada siklə uyğun olaraq bir sıra dəyişikliklər gedir. Menstrual qanamaya uyğun olaraq kənarda yerləşən endometrioid toxuma da hər sikl zamanı qanayır. Bu zəif qanamalar ətraf orqanların iltihabına və digər simptomların yaranmasına səbəb olur.

Endometrioz nədən yaranır?

Bu xəstəliyin hansı faktorun təsirindən yarandığı tam dəqiq olaraq bilinmir. Ən çox qəbul olunan teoriya isə menstruasiya zamanı uşaqlıq daxilindəki toxumanın fallop boruları vasitəsi ilə qarın boşluğuna axmasıdır. Bu retroqrad menstruasiya teoriyasıdır. Daxili endometriozun yaranması isə endometriya toxumasının miometriyaya doğru inkişaf etməsi nəticəsində əmələ gəlir. (ən çox abortlardan sonra baş verir)

Endometrioz xəstəliyinin 2 növü var.


  • Genital endometrioz(uşaqlıq,yumurtalıq)
  • Ekstragenital endometrioz (cinsi orqanlardan kənar)

Endometriozun əlamətləri hansılardır?


  • Çanaq ağrıları.Ağrılar çox zaman siklik xarakter daşıyır,adətən aybaşı öncəsi artır.Xəstəlik xronikləşdikcə ağrılar daimi xarakter alır.
  • Menstrual siklin güclənməsi və uzanması
  • Cinsi əlaqə zamanı ağrılar(dispareuniya)
  • Sonsuzluq
  • Defekasiya aktı zamanı və sidik ifrazı zamanı ağrılar(ıv stadiyada olur)

Diaqnostika

Ginekoloji baxış zamanı artımlar,uşaqlıq və duqlas sahəsində gərginlik və bəzən də ağrı olur.USM tam effektiv deyil ,çünki çox zaman endometrioz ocaqlarını görmək olmur.Lakin bəzi üstün xüsusiyyətlərinə görə ən çox istifadə olunan üsuldur.

Endometriozun diaqnostikasında qızıl standart –laparaskopiyadır.

Endometriozun müalicəsi necə aparılır?


  • Konservativ və cərrahi yolla
  • Hormonal müalicə
  • Cərrahi üsul

Konservativ və cərrahi yolla

Konservativ üsul – bu zamanı ağrı sindromu xəstənin həyat keyfiyətini aşağı saldığı üçün analgetik və iltihab əleyhinə qeyri-steroid preparatlardan istifadə olunur.

Hormonal müalicə

  • Progestin preparatlar (didrogesteron, dienogest, levonorgestrol)
  • Monofaz KOK-lar
  • Danazol
  • Qanadotropin rilizing hormonun aqonistləri

Cərrahi üsul

Hal-hazırda müəyyən cərrahi metodlardan istifadə olunur: rezeksiya, elektrokoaqulyasiya, lazer vaporizasiya. Bu üsullardan hansı daha effektlidir hələ də dəqiqləşdirilməyib.


Bu xəstəlik zamanı hamilə olmaq imkanı varmı?

Endometriozun follikulun yetişməsini və ovulyasiya prosesini tormozlaması haqqında fikirlər var. Xəstəliyin xroniki halında daxili cinsiyyət orqanlarında bitişmələr əmələ gəlir ki, bu da hamilə qalmaq şansını azaldır. Lakin endometrioz 100% sonsuzluq yaratmır.