Ereksiya pozulması - Həsən Səmədov (Androloq)
Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə
Cinsi zəiflik, erektil disfunksiya dedikdə ya ereksiyanın zəifləməsi yaxud ümumiyyətlə olmaması başa düşülür. Erektil disfunksiya diaqnozu o halda qoyula bilir ki, cinsi partnyorun olduğu halda üç aydan artıq müddət ərzində erektil disfunksiyanın əlamətləri olsun. Erektil disfunksiyanı dərk eləmək üçün ilk növbədə ereksiyanın nə olduğunu bilmək lazımdır. Ereksiya dedikdə cinsi orqanın bərkiməsi ( rigidliyinin artması, sərtləşməsi, durması ), erektil disfunksiya dedikdə isə bu prosesin pozulması halı başa düşülür.
Əvvəllər impotensiya, yaxud cinsi zəiflik adladırılan bu patoloji hal indi də erektil disfunksiya ( ED ) adlandırılır. Cinsi zəiflik, erektil disfunksiya müxtəlif formalarda təzahür edə bilər.
Erektil disfunksiya əksər hallarda cinsi fəaliyyətin tam itirilməsilə müşaiyət olunmur. Lakin, kişinin həyat keyfiyyətinə, əhval – ruhiyysinə çox ciddi təsir göstərir. Digər xəstəliklərdən fərqli olaraq erektil disfunksiya daima kişiyə utanc, sıxıntı və psixoloji sarsıntı gətirir. Əsasən orta yaş və daha yaşlı kişilərdə yaranır, lakin daha erkən yaşlarda da rast gəlinir. Statistika onu göstərir ki, 20 – 40 yaş arasında olan kişilərin hər 10 nəfərdən birində ( 10% ), 40 – 70 yaş arasında kişilərin isə hər ikisindən biri ( 50 % ) cinsi zəiflikdən əziyyət çəkir. Bu heç də o demək deyil ki, yaşlandıqca erektil disfunksiya yaranmalıdır yaxud mütləq yaranacaq. Xeyir, sadəcə olaraq insan yaşlandıqca erektil disfunksiyaya səbəb ola bilən xəstəliklər, xüsusilə ürək – qan damar sistemi xəstəlikləri ( ateroskleroz ) daha tez – tez müşahidə edilir.