Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Şərab ləkəsinin lazer müalicəsi


Şərab ləkəsinin Candella Vbeam Perfecta lazeri ilə müalicəsi-bu xəstəliyin müalicəsində “qızıl standart” sayılır. Bu lazer damar defektlərini effektiv ləğv etməklə təhlükəsiz müalicəni təmin edir. Prosedur nahiyəsində ağırlaşma və çapıqlaşma riski minimaldı.

Candella Vbeam Perfecta lazeri problemli nahiyəyə mikroimpulslarla təsir edir. Dalğa uzunluğu elə seçilib ki, şüalanma damar divarını zədələmədən kapilyarların daxilində olan oksihemoqlobin tərəfindən udulur. Oksihemoqlobinin qızması damarların daxili divarının dağılmasına, qan dövranının dayanmasına və patoloji damarların yapışmasına gətirib çıxarır.

Şərab ləkəsinin Candella Vbeam Perfecta ilə müalicəsində pasiyentin yaşı,dərisinin fototipi və damarların yerləşmə dərinliyi əhəmiyyət kəsb etmir. Lazer dinamik soyutma sistemi (DSD) ilə təmin olunub,bu da prosedurun komfortlu keçməsinə şərait yaradır. Pasiyentin istəyi ilə əlavə yerli keyitmə də istifadə oluna bilər.

Yaxşı nəticə almaq üçün şərab ləkəsini mümkün qədər tez müalicəyə başlamaq lazımdı.Candella Vbeam Perfecta hətta 1 aylıq uşaqlarda şərab ləkəsinin müalicəsində istifadə olunur. Seansların sayı hər pasiyentə uyğun ferdi seçilir və damar törəməsinin ölçü və sıxlığından asılıdır.