Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Fraksion lazer cavanlaşma


  • sərt və məsaməli dəri;
  • dəri relyefinin nahamarlığı;
  • “azayağı”qırışları;
  • dəri rənginin solğunluğu;

Fraksion cavanlaşma prosedurunun gedişi:


Bu dermanın dərin qatlarında cavanlaşma proseslərini stimulyasiya edən innovativ, effektiv və təhlükəsiz lazer cavanlaşma metodudur.

Fraksion cavanlaşma əvəzolunmaz yenilənmə və liftinq effekti verərək həm solğun, həm də cavan dəriyə yarayır.

Fraksion cavanlaşma prosedurunu hər dəri tipində aparmaq olar.


Prosedurun mahiyyəti:

Fraksion cavanlaşma prosedurunun mahiyyəti bundan ibarətdir:lazer şüası xüsusi fraksion xanədən keçərək çoxsaylı mikroşüalara parçalanır.Nəticədə dermaya nöqtəvi təsir baş verir.Mikrozədələnmə sahələri əhatə edən hüceyrələristilik şoku vəziyyətinə düşür,aktiv bölünməyə və mikrozədələnmə sahələrinin bərpasına başlayır.Orqanizmin qoruyucu qüvvələri yeni damarların əmələ gəlməsinə,kollagen və elastinin sintezinə yönəlir,bir sözlə dermanın dərin qatlarında çox güclü cavanlaşma prosesləri stimulasiya olunur.Sonradan zədələnmə nahiyələrinin yığılması,dəri sahəsinin həcminin kiçilməsi,qırışların itməsi baş verir.Fraksion cavanlaşma nəticəsində yeni kollagen karkas formalaşır, dermanın dərin qatlarında cavanlaşma prosesləri başlayır.Nəticədə dərinin elastikliyi artır,məsamələr daralır,dərinin rəngi və teksturası düzəlir,qırış,çapıq və dartılmalar hamarlaşır.

Fraksion lazer cavanlaşmadan sonra bərpa dövrü:

3-10 gün.Prosedurdan sonra pasiyent günəş yanmasından sonra olan kimi yanğı hiss edir və azacıü ödem olur.2-3 gün müddətində dəri qızarmış və qartmaqlı qalır.Sonra 2 həftə müddətində dəridə qırmızılıq qalır.

Fraksion cavanlaşma prosedurlarının kursu:

1 ay intervalla bir neçə prosedur.

Effekt:

2-6 ay müddətində tədricən artan dərhal effekt.