Dolğu
Filler (ingilis sözü olan Fill-doldurmaq) – kosmetologiyada dərin qırışları, büküşləri doldurmaq və bədənin müxtəlif nahiyələrinə həcm vermək məqsədilə yeridilən inyeksion dəri doldurucularına deyilir.
Fillerlər əsas 3 qrupa bölünür:
1. Sintetik (biodeqradasiya olunmayan) fillerlər-sintetik materiallar olan silikon və parafindən istehsal olunur. 70-ci illərdə kəşf olunan bu fillerlər heç vaxt sorulmur. İllər keçdikcə miqrasiya (yerini dəyişir) edir və müxtəlif eybəcərliklərə gətirib çıxara bilir.
2.Biosintetik fillerlər-insan dərisinə maksimal uyğun gələn və sintetik materiallardan sintez olunan daha müasir fillerlərdir. Bu fillerlər 3 ilə qədər orqanizmdə qala bilər. Bunlar polikaprolakton tərkibli “Ellans”, hidroksiappatit tərkibli “Radiess” və sintetik poli-L-süd turşusu tərkibli “Sculptura fillerləri aiddir.
Bu fillerlər də sintetik olduğu üçün çox qatıdı və etraf toxumalara yaxşı yayılmır.
3.Təbii (biodeqradasiya olunan) – kollagen və hialuron turşusu tərkibli olur və 6-12 aya tam sovrulur.
Bu fillerlər daha plastik olduğu üçün istənilən nahiyəyə vurulur və dəriyə yaxşı oturaraq defektləri tam itirir. Bu qrupa zyderm,zyplast,juviderm,surgiderm,restilayn,teosial və s.aiddir.
Fillerlərin yeridilməsi
Fillerlər dərialtina və sümüküstune yeridilə bilər.Prosedur 15-30 dəq.çekir.Hematomalarin əmələ gəlməməsi üçün prosedurdan əvvəl və prosedur gedişi boyunca buzdan istifadə olunur.
Prosedur zamanı filler qırışın altına vurulur və qırış qabararaq acıır.Bu zaman müxtəlif yeridilmə üsulundan istifadə oluna bilər.
Göstərişlər
- Qırışların müalicəsi;
- Dərin şırımların müalicəsi;
- Həcm vermək;
Əks-göstərişlər
- Qan laxtalanmasıın pozulması;
- Antikoaqulyantların qəbulu;
- Kəskinlşmə vəziyyətində olan ümumi xəstəliklər;
- İnyeksiya nahiyəsində iltihabi və ya infeksion proses;
- Hamiləlik və südəmər dövr;
Prosedurdan sonraki məsləhətlər
- 7 gun ərzində sauna,hamam və basseynə getməyi istisna etmək;
- 10 gun ərzində günəş altında və solyaridə qaralmaq olmaz;
- 2 ay ərzində prosedur nahiyəsini massaj etmək olmaz;