PDL Vbeam Perfecta
- Damar zədələnmələri
- Piqment zədələnmələri
- Dəri cavanlaşması
- Qırışlar
- Akne
- Çapıq və dartılmalar
- Psoriaz
- Ziyillər
- Poykilodermiya
Vbeam Perfecta – 595 nm dalğa uzunluqlu,duru rəngləyicilər əsasında impulslu damar lazeridir.Mütəxəssislərin fikrincə,bu lazer hal-hazırda üzdə olan damar zədələnmələrinin müalicəsində ən proqressiv və təhlükəsiz lazer sayılır.
Kosmetoloji lazer olan Vbeam Perfecta qeyri-invaziv damar cərrahiyəsi,dərinin qarışıq qızartıları,angioma və hemangiomalar,şərab ləkələri,dəri piqmentasiyaları,çillər,günəş və qocalıq ləkələri,rozacea,akne,teleangioektaziyalar,üz və ayaq damarları,poykilodermiyalar,çapıq və dartılmalar,ziyil,psoriaz və s.müalicəsində tətbiq olunur.
Vbeam Perfecta mikroimpuls texnologiyasını və patentləşdirilmiş Dinamik Soyutma Sistemi DSD istifadə edir.
Mikroimpuls texnologiyası dərini qızdırmamaqla damarların effektiv koaqulyasiyasını təmin edir və bununla da piqmentasiya təhlükəsini minimal edir.Texnologiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki,şüalanma damara mikroimpulslardan ibarət “paketlər” şəklində çatdırılır.
Dinamik Soyutma Sistemi prosedur zamanı ağrı aradan qalxır,və mikroimpuls texnologiyası ilə purpura əmələ gəlməsinin qarşısı alınır.