Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Pilinq


Pilinq (ingilis sözü peel – dərini çıxartmaq, qaşımaq) – dermatokosmetologiyada dərinin üst buynuz qatının müxtəlif kimyəvi maddələrin köməyi ilə çıxarılması prosedurudu.

Pilinq zamanı epidermisin üst qatında olan buynuz hüceyrələr qaşınır və alt qatlardan yeni hüceyrələr ilə əvəz olunur. Eyni zamanda dermada olan kollagen və elastinin sintezi baş verir. Nəticədə dəridə cavanlaşma prosesləri işə salınır.

Əslində epidermisin buynuz qatı daima bazal qatda əmələ gələn və bir sıra dəyişikliklərə məruz qalan yeni hüceylərərlə daima əvəzlənir. Lakin yaş artdiqca müxtəlif stress faktorların təsiri altında bu proses ləngiyir və dərinin yenilənməsi prosesi pozulur. Bu zaman buynuz qat qalınlaşır, dərinin nəmlənmə prosesi pozulur və dərinin xarici görünüşü pisləşir.

Buna gorə həyata keçirilən müxtəlif pilinq prosedurları buynuz qatın yenilənməsi və nəticədə dərinin cavanlaşmasına kömək edir.

Eyni zamanda pilinq zamanı buynuz qat nazikləşdiyindən piy hüceyrələrinin fəaliyyəti asanlaşır, kamedonlar azalır və dərinin təbii parlaqlığı bərpa olunur.


Gostərışlər:

  • Hiperpiqmentasiya;
  • Solmuş dəri;
  • Dərinin cavanlaşması;
  • Postakne ləkələri və capıqları;
  • Fotoyaşlanma;
  • Akne;

Əks-göstərişlər:

  • Epidermisin zədələnməsi;
  • Dərinin kəskin virus və infeksion xəstəlikləri;
  • Dərinin hiperhəssaslığı;
  • Xroniki dəri xəstəlikləri;

Nəticə:

  • Xırda qırışların itməsi;
  • Dəri relyefinin hamarlanması;
  • Dərinin rənginin yaxşılaşması;
  • Dəri məsamələrinin yığılması;
  • Liftinq effekti;

Prosedurdan sonrakı məsləhətlər:

  • 14 gün ərzində sauna, hamam, basseynə getməyi azaltmaq;
  • 14 gün ərzində günəş vannaları qəbul etməmək;
  • Nəmləndirici krem istifadə etmək;
  • Özbaşına qabıqları qopartmamaq.