Səthi cavanlaşma (SMOOTH)
Göstərişlər:
- dərinin rənginin solması;
- səthi və orta qırışlar;
- dəri məsamələri;
- qaz ayaqları;
- üzün ovalının pozulması;
Prosedurun gedişi:
Bu minimal bərpa dövrü olan,dərhal cavanlaşma effekti verən ekspress lazer prosedurudu.
Prosedur nəticəsində dərini ümümi sahəsi kiçilmiş olur.Nəticədə dəri dartılır,xırda qırışlar açılır,dərinin ümümi görünüşü yaxşılaşır,hamar və elastik olur.Prosedurun effekti yarım ilə qədər qalır.
Ekspress cavanlaşmanın məzmunu:
Səthi lazer cavanlaşmanın əsasında lazer şüasının dərinin səthi qatına təsiri durur.Bu zaman dəridəki kollagen və elastin liflərin yığılması və nəticədə liftinq effektinin yaranması baş verir
Prosedurdan sonra bərpa dövrü:
Prosedurdan sonra dərhal adi həyat tərzinə qayıtmaq olar.Prosedurdan sonra üxdə qızartı və azacıq qabıqlanma olur ki,bu da 12 saatdan sonra tam keçir.Qabıqlanma 3-5 günə keçə bilər.
Proseduru hər 3-6 aydan bir etmək olar.