İsti və qaynar pilinqlər
Lazer pilinq
Göstərişlər:
- dəri relyefinin əyriliyi;
- xırda və orta qırışlar;
- dərinin sərt və məsaməli olması;
- qaz ayaqları qırışı;
- dəri rənginin solğun olması;
Lazer pilinq – dərinin hamarlanması və yenilənməsinə yönəlmiş effektiv lazer prosedurudu. Lazer pilinq dərinin relyefinin yaxşılaşdırılması, cavanlaşma, dərinin optik effektlərinin düzəlməsi, estetik defektlərin hamarlanması məqsədilə aparılır.
Lazer pilinq hesabına dəridə xırda əyriliklər, qırışlar, çapıqlar itir, məsamələr, ölmüş hüceyrələr təmizlənir
Lazer pilinq soyuq və qaynar olmaqla 2 qrupa bölünür.
Soyuq lazer pilinq
Soyuq lazer pilinqin əsas məqsədi – dəri səthinin dərhal hamarlanması və “məxmər dəri“effektinə nail olumasıdır.
Soyuq lazer pilinqin mahiyyəti:
Soyuq lazer pilinq zamanı lazer şüası dərinin üst qatlarını qat-qat buxarlandırır. Prosedurdan sonra xırda qırışlar itir, dəri hamarlaşır, dəri məxməri olur, optik xüsusiyyətlər yaxşılaşır.
Sağalma dövrü:
Qabıqlanma ilə müşahidə olunan 3-5 gün.
Prosedurun kursu:
3-5 prosedur
Effekt:
Effekt dərhaldı,yarım ilədək qala bilir.
Qaynar lazer pilinq:
Qaynar lazer pilinq də dəri relyefinin hamarlanmasına yönəldilib,lakin soyuq lazer pilinqdən fərqli olaraq həm də hiss edilən liftinq effekti də verir.Qaynar lazer pilinqin effekti dərhal olmur,2-3 ay ərzində tədricən artır.Nəticədə qaynar lazer pilinqdən sonra nəticə daha yaxşı və uzunmüddətli olur.
Qaynar lazer pilinqin mahiyyəti:
Qaynar lazer pilinq zamanı lazer şüası epidermisin səthi qatlarını qat-qat buxarlandırır və dermanı üst qatlarını qızdırır (ona görə qaynar lazer pilinq adlanır). Daha dərin lazer təsir və toxumaların qızması dərinin dartılmasına (liftinq) nail olmaq, cavanlaşma, yenilənmə və relyefin hamarlanmasına imkanı verir.
Dəri daha hamar, gərilmiş, elastik, məxməri olur, üzün ovalı dəqiqləşir, səthi qırışlar itir, dərin qırışlar isə səthiləşir. Dəri parıldayır, daha cavan və sağlam olur.
Bərpa dövrü:
5-7 gün,qabıqlanma,ödem və qızartı ola bilər.
Kurs:
1-3 prosedur.
Effekt:
effekt 2-3 ay müddətində artaraq 1 ilədək qala bilir.