Mezoterapiya
Mezoterapiya – dəri içinə və dərialtına müxtəlif preparatların və kokteyllərin yeridilməsinə əsaslanan müalicə üsuludur. Mezoterapiya dərinin cavanlaşdırılması və sellülitin müalicəsi istiqamətində ən effektiv üsullardandı. Bu müalicə metodunun əsasını hüceyrələrə birbaşa təsir mexanizmi təşkil edir. Buna preparatların və kokteyllərin birbaşa müvafiq nahiyəyə inyeksion üsulla yeritməklə nail olurlar. Bu zaman lazımi qidalı maddələr, mikroelementlər, vitaminlər və dərman preparatları dərhal istədiyimiz yerə çatır.
Gostərişlər:
- Qocalığın profilaktikası;
- Qırışlar;
- Quru və yağlı dəri;
- Dəri elastikliyinin itməsi;
- Üzün ovalının pozulması;
- İkinci çənə;
- Sızanaq xəstəliyi;
- Kuperoz;
- Rozacea;
- Sellülit;
Əks-göstərişlər:
- Preparatlara allergik reaksiya;
- Dəri xəstəlikləri;
- Kəskin infeksion xəstəliklər;
- Hamiləlik;
- Südəmər dövr;
Nəticə :
- Liftinq effekti;
- Dərinin elastikliyinin artması;
- Xırda qırışların açılması;
- Problemli zonalarda piy yığılmalarının azalması;
- Sellülitin ləğv oluması;
- Dəri turqorunun yüksəlməsi;
Prosedurdan sonrakı məsləhətlər:
- 10 gün ərzində qaynar hamam, sauna, basseynə getməyi azaltmaq;
- 10 gun ərzində günəş vannaları qəbul etməmək;