Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Lazer cilalama


Göstəriş:

  • dəri relyefinin əyriliyi;
  • dərinin sərt və məsaməli olması;
  • bütün növ qırışlar;
  • dərinin solğun rəngi;
  • qazayağı qırışları;
  • üz ovalının dəqiq olmaması;
  • çapıqlar,dartılmalar;

İndiki dövrdə bütün bu problerin həlli üçün lazer kosmetologiyanın ən müasir texnologiyası olan lazer cilalama kömək edə bilər. Bu həqiqətən dərinin radikal yenilənməsini təmin edən lazer cavanlaşma metodudu. Lazer cilalama vasitəsilə cavanlığınızı 5,10 və hətta 15 il artıra bilərsiz.


Lazer cilalama prosedurunun gedişi:


Lazer cilalama – CO2 və ER:Yag lazerlə həyata keçirilən dərinin cavanlaşma və hamarlama metodudur.

Bu plastik cərraha müraciət etmədən dəri cavanlaşmasını nail olmaq üçün ən optimal metodur. Lazer cilalama proseduru lazer şüasının təsir dərinliyini dəqiq kontrolu altında aparılır, bu da ağırlaşmaların sıfıra düşməsinə kömək edir.


Lazer cilalama prosedurunun məğzi:


Cavanlaşma: lazer cilalama proseduru zamanı lazer şüası vasitəsilə dərinin səthi qatının buxarlanması və dərin qatların qızması hesabına dərinin liftinqi,dəri relyefinin hamarlanması baş verir.

Prosedur zamanı buynuzlaşmış hüceyrələr ləğv olunur, kollagen və elastin liflərin sintezi baş verir. Nəticədə dəri hamarlaşır, qırışlar itir, dərinin optik xüsusiyyətləri yaxşılaşır, liftinq baş verir.

Çapıqların müalicəsi: lazer cilalama zamanı çapıq nahiyəsində dərinin səthi qatlarının buxarlanması baş verir,nəticədə çapıq hamarlaşır və praktiki görünməz hala gəlib çıxır.

Dartılmaların(stria)müalicəsi:prosedur zamanı lazer şüası dartılmaları əmələ gətirən birləşdirici toxumanı buxarlandırır,eyni zamanda yeni və hamar dərinin əmələ gəlməsi üçün prosesləri işə salır.Nəticədə dartılmalar hoss edirlmir.


Sağalma dövrü:


Sağalma dövrü (7-14 gün) zamanı əvvəl dəri qaralır,sonra qabıqlar 1-2 həftəyə tam tökülür.


Prosedurların sayı:


Birdəfəlik prosedur


Effekt:


1-3 il