Dırnaq göbələyinin lazer müalicəsi
Onixomikoz – insanlarda kosmetik cətinliklər yaradan dırnaqların göbələklərlə zədələnməsidir.
Yoluxma hamam,sauna, idman zalları, hovuzda ayaqqabı, süngər, qayçıdan baş verə bilər. Kişilərə nisbətən qadınlarda rast gəlinir, çünki geyindikləri dar ayaqqabı dırnaqları sıxır və zədələyir. Ən çox yaşlı adamlarda olur, ona görə ki,onlarda periferik qan dövranı pis olur və dirnaqlarda distrofik dəyişikliklər, travmalar daha çox olur.
Onixomikozun əlamətləri:
- dırnağın rəng və formasının dəyişməsi;
- ağ və ya sarı ləkənin əmələ gəlməsi, dırnağın mayadan aralanması;
Onixomikozun müalicəsi:
- göbələkəleyhunə preparatların qəbulu;
- yerli dərman preparatlarının (maz,krem,losyon,damcı,lak və s.) istifadəsi;
- lazer müalicəsi;
Onixomikozun lazer müalicəsi:
Neodim lazer şüalanmanın həm dırnağın öz daxilinə,həm dırnaq mayasına qədər daxil olmasını təmin edir. Nəticədə göbələklər məhv olaraq tam sterilizasiya baş verir. Adətən 8-15 seans lazım olur. Prosedurlar arasında fasilə-1 həftə. Prosedur ağrısızdı, istilik və yüngül tikanbatma hissiyatı ola bilər. Pasiyentin istəyi ilə yerli keyitmədən də istifadə oluna bilər.
Tam sağalma o vaxt baş verir ki, xəstə dırnaq sağlam dırnaq ilə tam əvəz olunur.