Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Elektrokoaqulyasiya


Elektrokoaqulyasiya və ya kriodestruksiya – dəri səthindən qabaran və “ayaqcıq üzərində”olan törəmələrin götürülməsi üçün tətbiq edilən ən çox yayılmış və etibarlı metodlardan biridir. Bu üsuldan həm də damar ulduzcuqları, nöqtəvi hemangiomalar, gilasşəkilli angiomalar və s. Götürülməsində də istifadə olunur.


Mono/Bipolyar elektrocərrahi koaqulyator Surtron 80D (LED)


Metodun mahiyyəti kobud çapıq qoymadan toxumaların elektrik bıçağı ilə kəsilməsi və eyni zamanda damarların koaqulyasiyasına əsaslanır. Bu zaman nazik qartmaq əmələ gəlir və yara daha tez sağalır.

Elektrokoaqulyasiya incə metodlardan hesab olunur, belə ki, bu prosedurdan sonra cərrahi müdaxilədən fərqli olaraq kobud çapığın əmələ gəlməsi riski minimaldı. Bu metod həm də xüsusi səliqə və ehtiyat tələb olunan yerlərdə (kiprik kənarının xəttində, göz bucaqlarında) olan papillomaların da götürülməsində istifadə olunur.



Prosedurun gedişi


Törəmənin götürülməsindən əvvəl prosedurun aparılmasının mümkünlüyü və optimal metodun seçimi barədə dermato-kosmetoloq ilə məsləhətləşmək lazımdır. Prosedur üçün xüsusi hazırlıq tələb olunmur. Yerli keyitmə altında pasiyent heç bir ağrı hiss etmir.

Prosedurdan dərhal sonra törəmənin keçmiş yerində çəhrayı rəngli incə dəri görünür, bir qədər sonra qartmaq ilə örtülür.

Prosedurdan sonra 3-4 həftə ərzində gün altında qaralmaq məsləhət görülmür, yara nahiyəsini günəşdən qoruyucu kremlərlə qorumaq, vaxtından əvvəl qartmağı qoparmaq olmaz. Qartmaq yaranı infeksiyadan qoruyur, 10-cu gün özü düşür və altında yeni epitel formalaşır.

Dermato-kosmetoloqla kontrol görüş 7-10 gündən sonra olur. Həkim yara nahiyəsinin vəziyyətini qiymətləndirir və yaraya qulluq barədə əlavə məsləhətlər verir. Elektrodestruksiyadan sonra material zəruri hallarda xoşxassəliyin təyin edilməsi üçün histoloji müayinəyə göndərilə bilər. Elektrokoaqulyasiyadan fərqli olaraq, lazer müalicədən sonra törəmə buxarlandığı üçün materal əldə etmək mümkün olmur. Bəzi hallarda dermato-kosmetoloq yaranı kənarlarını cilalamaqla prosedur olunan nahiyədə estetik görünüşü də yaxşılaşdıra bilər.