Xorultunun lazer müalicəsi
Yumşaq və bərk toxumaların törəmələrinin lazer müalicəsi
Xorultu-nəfəsalma ilə bağlı yayılmış yuxu pozğunluğudur.
Xorultu o zaman yaranır ki,hava axınının ağız və burundan keçməsi çətinləşir. Bu nəfəs yollarının allergik xəstəlikləri və sinusitləri, deformasiyalar, burun polipləri, boğaz və dilin tonusunun zəif olması,boğaz toxumalarının böyük olması, badamcıqların böyüməsi və adenoidlər, yumşaq damağın və ya dilçəyin uzun olması səbəbindən yaranır.
Çox hallarda xoruldayan insanlar yuxunun obstruktiv apnoe-sindən (OSA) əziyyət çəkirlər. OSA zamanı yuxu zamanı yuxarı tənəffüs yollarının dəfələrlə bağlanması ilə əlaqədar nəfəsalmanın dayanması baş verir. OSA əlamətlərinə xorultu, yuxu pozulması, boğulma, reflüks, nikturiya və tərləmə aiddir. Tədqiqatlar təsdiq edib ki, OSA insult və ya başqa səbəblərdən ölüm riskini dəfələrlə artırır.
Xorultu və yuxu apnoe-sindən əziyyət çəkən pasiyentlərin çoxusunda gündüz yuxusuzluğu, başağrıları, seksual disfunksiya, yaddaş pozğunluğu və hallüsinasiyalar yaranır.
NightLase proseduru
Fotona şirkəti xorultu və yuxu apnoe-sinin müalicəsi üçün Er:YAG lazerin tətbiqi ilə NightLase texnologiyasını hazırlayıb. Prosedur qeyri-invaziv olub, dilçək, yumşaq damaq və burun-boğazın ətraf toxumalarının fotoistiliklə sərtləşdirilməsinə əsaslanır.
Lazer enerjisi 2940 nm.dalğa uzunluqlu Er:YAG lazerin xüsusi PS03 başlığı ilə burun-udlağınlazımi yerinə çatdırılır. Bu zaman lazein istilik enerjisinin təsirindən selikli qişada olan kollagenin qalınlaşması və əlavə sintezi baş verir.
Prosedurdan əvvəl hec bir anesteziya və dərman qəbuluna ehtiyac olmur. Prosedurdan sonra pasiyent öz gündəlik həyatına qayıdır.Hec bir xüsusi müalicə və qulluq tələb olunmur.