Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

POSTAKNE


Postakne – sızanaq xəstəliyinə səriştəsiz (əksərən mexaniki) təsirin nəticəsidir.

Sızanaqların yaranma səbəbi çox insanlara bəllidir. Hətta ən gözəl dərisi olan insanda da cinsi yetişkənlik dövründə bir neçə ədəd gənclik sızanağı yaranır. Lakin dəridə daha ciddi xəstəlik olan akne yaranarsa, buna uyğun müalicə tətbiq edilməlidir. Sızanaqların, qara nöqtələrin istənilən özbaşına müalicə cəhdi dəri defektlərinə gətirib çıxara bilər. Vaxtında mütəxəssisə müraciət, nəinki xəstəliklə mübarizədə, həm də postaknenin əmələ gəlməsinin qarşısını almağa kömək edəcəkdir.

Postaknenin əlamətləri:

Postakne həm seboreya və aknenin, həm də özbaşına müalicə cəhdi zamanı dəridə əmələ gətirdiyi kosmetik defektlər kompleksidir.

Postakneyə aiddir:

  • Məsamələrin genişlənməsi
  • Davamlı eritema və genişlənmiş kapilyarlar
  • Dərinin teksturasının qeyri-hamarlığı
  • Durğunluq ləkələri
  • Postiltihabi hiper və depiqmentasiya

Məsamələrin genişlənməsi - Piy vəzilərinin hiperfunksiyası dəri piyinin ifrat dərəcədə ifraz olunmasına və axarlarda toplanmasına gətirib çıxarır. Bura həm də xarici çirkləndiricilər, kosmetik vasitələrin qalıqları və ölmüş dəri hüceyrələri qoşulur. Nəticədə piy axarının sərtləşməsi, dərinin buynuz qatının qalınlaşması və çapıqların yaranması baş verir. Buna görə də dəri səthi qeyri-hamar görünür.

Davamlı eritema - İltihabi ocaqlara səhvən mexaniki təsir, papulaların, pustulaların, düyün və kistaların səriştəsiz, özbaşına təmizlənməsi, göyümtül ləkələrin yaranmasına gətirib çıxarır. Belə ləkələr həm də infiltratın təmizlənməsindən sonra yarana bilər. Dərinin estetik vəziyyəti pisləşir, ləkələr və çapıqlar soyuq vaxtlarda daha da çox bilinir. Vəziyyəti ancaq xüsusi müalicə ilə düzəltmək olar.

Çapıqlar - Çapıqlar sızanaqlara bəzi kosmetik metodların təsiri nəticəsində yaranır. Dəri regenerasiyasının azalmasına səbəb dərinin travmatizasiyası və qan dövranının pozulmasına gətirib çıxaran üzün mexaniki təmizlənməsi səbəb olur.