PRP (plazmoterapiya)
Trombositlər orqanizmin işində və toxumaların bərpasına vacib rol oynayir.Onlar zədələnmiş hüceyrələrin bölünməsi və böyüməsini stimulyasiya edir.Qanda trombositlərin konsentrasiyasının artması yaraların sağalmasına və toxumaların bərpa olunmasına gətirib çıxarır.Müalicəvi effekt o zaman əmələ gəlir ki,plazmada trombositlərin konsentrasiyası bir neçə dəfə artaraq 1 mln/mkl (normada 150min/mkl-350 min/mkl) çatır.
PRP (Platelet Rich Plazma) – trombositlərlə zənginləşdirilmiş plazma olub,toxumalara yarasağaldıcı,bərpaedici və cavanalaşdırıcı təsir eidr.PRP-də adi qana nisbətən 3-5 dəfə artıq sitokinlər,böyümə faktorları və digər zülallar olur.
Böyümə faktorları – hüceyrələrin böyüməsini,proloferasiyasını və differensiyasiyasını stimulyasiya edən təbii insan zülallarıdır.Bunlara böyümənin trombositar faktoru,tranformasiyaedici böyümə faktoru,damar endotelinin böyümə faktoru,epitelinin böyümə faktoru və s.aiddir.
PRP proseduruna göstərişlər:
- Dərinin yaşla əlaqədar dəyişiklikləri (elastikliyin azalması, qırışların əmələ gəlməsi);
- Turqorun azalması;
- Dərinin quruluğu və qabıqlanması;
- Yorğun,zəifləmiş,quru və piqmentli dəri;
- Pilinqdən (kimyəvi və lazer) sonra dərinin reabilitasiyası;
- Piy vəzilərinin iltihabı (akne);
PRP üçün inyeksiya üsulları:
- Mezoterapevtik inyeksiyalar – dərinin cavanlaşdırılması və yenilənməi məqsədilə plazma təmiz halda və ya hialuron turşusu ilə qarışdırılaraq mezoterapevtik texnika ilə yeridilir.
- Filler inyeksiyaları – qırışların doldurulması və dərinin biostimulyasiyası məqsədilə plazma filler inyeksiyaları şəklində edilir.
Cavanlaşma məqsədilə edilən inyeksiya zonaları:
PRP prosedurları üz, boyun, dekolte, əllər və s. nahiyələrə edilir;
Nəticələr:
- Dərinin elastikliyinin yüksəlməsi;
- Gözaltı goyərmələrin müalicəsi;
- Qırış və büküşlərin müalicəsi;
- Dərinin qocalmasının ləngidilməsi;
- Dərinin sağlam və parlaq rənginin bərpası;
- Dərinin allergik reaksiyalarının azalması;
Prosedurların sayı:
Pozitiv dəyişikliklər artıq ilk prosedurdan sonra hiss olunmağa başlayır. Lakin tam gözlənilən effekt əldə etmək üçün bir neçə prosedur keçmək lazım olur və prosedurların sayını həkim individual şəkildə təyin edir.
Effektin qalıcılığı:
Prosedurun effekti dərinin vəziyyətindən,pasiyentin yaşından və s.faktorlardan asılıdı.Təxminən effekt 1-1.5 il saxlanılır.
Saçlar üçün PRP
Kişilər və qadınlar saç tökülməsi (allopesiya) poroblemi ilə çox rastlaşırlar. Allopesiya müxtəlif – genetik, fiziki gərginlik, hormonal problemlər, sağlam qidalanmama, düzgün qidalanmama, psixoemmosional stress və s. səbəblərdən yarana bilər. Nəticədə tüklərin inkişafının anagen fazası ləngiyir və tüklərin miqdarı azalaraq allopesiya yaranır.
Plazmanın başın tüklü hissəsinə yeridilməsi zamanı tük follikullarının neovaskulyarizasiyası (qan təchizatı) güclənir. Nəticədə anagen faza normasına düşür və tökülmə prosesi azalır.
Nəticə:
Prosedurdan sonra tüklərin tökülməyi dayanır, böyüməsi və strukturu bərpa olunur. Piy və tər vəzilərinin fəaliyyəti normallaşır. Tük daha parlaq və qalın olur. Tükün strukturu və sağlamlığı düzəlir.
Prosedurların sayı:
Adətən tüklərin tökülməsinin dayanması və yeni tüklərin çıxmasına nail olmaq üçün 1-6 prosedur kifayət edir. Lakin individual hallarda prosedurların sayını həkim özü təyin edir.
Prosedurun aparılması:
PRP proseduru ancaq prosedurdan əvvəl götürülmüş autogen qan-pasiyentin öz qanı ilə aparılır.Pasiyent ac qarına prosedura gəlməlidir.Qan xüsusi probirkaya yığılır və sentrifuqada müvafiq parametrlərdə 5-10 dəqiqəyə hazırlanır.
Sonra alınmış plazma təmiz halda və ya digər komponentlərlə qarışdırılaraq problemli zonalara sxem üzrə yeridilir.
Əks-göstərişlər:
PRP proseduruna əks-göstərişlər aşağıdakılardı:
- Daxili orqanların ağır xəstəlikləri;
- Virus hepatiti;
- Qanın sistem xəstəlikləri;
- Hamiləlik;
- Psixi pozğunluqlar;
- İmmunodepressiv vəziyyətlər;
Prosedura hazırlıq:
- Prosedurdan 2-3 gün əvvəl antikoaqulyantların istifadəsini saxlamaq;
- 1 gün əvvəl spirtli içkilər, yağlı və qızarmış qidalar və konservantlı qidaların qəbulunu saxlamaq;
- 4 saat əvvəldən qida qəbulunu saxlamaq və coxlu maye içmək;