Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Tatuların lazer müalicəsi


Göstərişlər:


  • Arzuolunmaz tatular;
  • Arzuolunmaz permanent

Tatular indiki dövrdə çox dəbdədi.Cavan yaşlarda tatular çox dəbli və gözəl görünür,lakin yaşlandıqca dəridə baş verən dəyişikliklərlə əlaqədar tatunun da gözəlliyi itir və artıq mane olmağa başlayır.Bir sözlə,tatulardan can qurtarmaq zəruriyyəti yaranır.

Tatuların cərrahi,koaqulyasiya və kriocərrahi ləğvi üsulları artıq keçmiş zamanlarda qalıb.Hal-hazırda ən effektiv üsul Q switched ND:Yag lazerlə müalicə metodudur.


Prosedurun gedişi


Tatuların lazerlə müalicəsi-heç bir çapıq və iz qoymayan,hər rəngdə tatunu silmək imkanı verən müasir və etibarlı metoddu.Prosedur qansız keçir və elavə təsirləri də yoxdur.

Q switched ND:Yag lazerlə həm tatuları,həm də permanent makiyajı silmək olar.

Prosedur zamanı lazer dərinin epidermal və dermal qatında olan piqmenti qat-qat parçalayır və bu zaman sağlam hüceyrələr zədələnmir. Prosedurdan sonra piment daha açiqlaşır və tədricən limfa vasitəsilə dəridən təmizlənir. 2-3 həftədən sonra piqment çapıq və ləkə qoymadan izsiz itir.

Qeyd etmək lazımdı ki,hər prosedur ancaq piqmentin üst qatını təmizləyir. Buna görə prosedurların sayı piqmentin dərinliyindən asılıdır. Sağalma müdətində prosedur nahiyəsində azacıq ödem və qansızma ola bilər, lakin bu əlamətlər izsiz keçib gedir.

Prosedurlar arasında interval 3-4 həftə olur. Prosedur yerli keyitmə və Zimmerin istifadəsi altında aparıla bilər.

Tatuların həm də ablativ ER:Yag lazerlə də müalicə üsulu var.Prosedur bir dəfə yerinə yetirilir.Lakin bu müalicə üsulu zamanı prosedurdan sonra prosedur nahiyəsində çapıq və ya piqmentasiya qala bilər.