Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Hiperhidrozun lazer müalicəsi


Hiperhidroz-tər ifrazının həddinən artıq ifrazı ilə müşahidə olunan xəstəlikdir. Sinir reseptorlarının işinin pozulması nəticəsində yaranır. Amma əksər hallarda psixoloji pozğunluqlar, depressiyalar, stress və s. səbəb olur. Hər bir halda səbəbdən asılı olmayaraq insanın sosial həyatını pozur, özünə güvən itir, dəri qıcıqlanması və qaşınma yarada bilir.


Hiperhidrozun müalicə üsulları


  • Medikamentoz – antidepresantların qəbulu, yerli olaraq krem,dezodorant,spreylərin istifadəsi. Lakin bu üsullar daimi və ideal nəticə vermədiyi üçün ancaq profilaktik məqsədlə istifadə oluna bilər.
  • Cərrahi-botoks inyeksiyaları və endoskopik simpatektomiya. Botoks inyeksiyası qısamüdətli və bahadir. Endoskopik simpatektomiyanın əlavə təsirləri olduğu üçün az istifadə olunur.

Yuxarıda qeyd olunan üsullar populyar olsa da ağırlaşmalar olmadan və uzunmüddətli effekt vermədiyindən istifadəsi məhdudlaşır.

Hiperhidrozun lazer müalicəsi – analoqu olmayan, innovativ, effektiv, təhlükəsiz metoddur. Əsas da odur ki hiperhidroz birdəfəlik aradan qalxır.


Prosedurun gedişi


Prosedur yerli anesteziya altinda aparılır. Sonra noqtəvi dəliklərdən lazer süasının enerjisini ötürən nazik optik kabel problemli zonaya yeridilir və dərinin zədələmədən tər vəzilərini parçalayır. Prosedurdan sonra 3 gun müdətində dəyişmək şərtilə steril sarğı qoyulur.

Prosedur 1 saat çəkir. Yan təsirləri və ağırlaşmaları olmur. Pasiyentin stasionarda qalmağına ehtiyac olmur – dərhal gündəlik həyata qayıda bilir.


Bərpa dövrü


Bərpa dövrü 1 həftədən artıq cəkmir. Bu müddətdə əməliyyat dəliklərinin yerləri tam birləşir.

Prosedurun əlavə üstünlüyü ondan ibarətdir ki, lazer tüklərin inkişafının qarşısını da alır. Cünki, tük follikulları da tər vəzilərinə yaxın yerləşdiyi üçün prosedur zamanı lazerin təsirinə məruz qalır və nəticədə tüklərin böyüməsi tormozlanır.


Əks-göstərişlər:

  • Hamiləlik;
  • Laktasiya dövrü;
  • Onkoloji xəstəliklər;
  • İmmun və qan xəstəlikləri;

Lazer müalicəsi sizi birdəfəlik olaraq həddən artıq tərləmədən xilas edəcəkdir. Qoltuqaltı tərləməyə son !