Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Hiperpiqmentasiyanın lazer müalicəsi


Hiperpiqmentasiya (melazma) hər hansı xəstəlik və ya səbəbdən dərini müxtəlif qatlarında melaninin piqmentinin toplanmasıdır. Melazmanın dərinliyinə gorə də pasiyentlərə müalicə təyin olunur.


Melazmanın müalicə üsulları

Melazmanı düzgün müalicə etmək üçün hiperpiqmentasiyanın əmələ gəlmə səbəbini təyin etmək lazındir. Buna görə də melazmanın müalicəsi ilə eyni zamanda dermatoloq ilə yanaşı həm də endokrinoloq, qastroenteroloq, allerqoloq və s. ixtisaslı həkimlər də məşğul olmalıdı.

Qeyd etmək lazımdır ki, melazma müxtəlif müalicə metodlarına qarşı çox davalıdır. Əsas müalicə metodları aşağılardakılardi: medikamentoz müalicə, kiimyəvi pilinqlər və lazer müalicə.


Lazer müalicə


Melazmaların müalicəsində əsas müalicə kimi lazer müalicəsi istifadə olunur. Ən sadə üsul kimi İPL aparatları tətbiq olunur. Bu aparat səthi olduğu üçün ancaq epidermal melazmalarda nəticə verə bilər.

Digər aparatlar 755 nm dalğa uzunluqlu Aleksandrit və 810 nm dalğa uzunluqlu Diod lazerlərdi. Bu lazerlər də əsasən epidermal ləkələrin müalicəsində tətbiq olunur.

Dermal və qarışıq melazmaların müalicəsində ən uğurla tətbiq olunan 1064 nm dalğa uzunluqlu nanosaniyə və pikosaniyə rejimində işləyən ND yağ Q-switched lazerdi.

Səthi epidermal ləkələrin və nevusların müalicəsində KTP lazerdən də istifadə oluna bilər.

Bəzi epidermal ləkələrin,nevusların və melazmaların müalicəsində ablativ lazerlər olan CO2 və ER:Yag lazerlər də tətbiq oluna bilər.Lazerin secimi ancaq həkimin üzərində qalır.

Bütün bu müalicə metodları yalnız o halda daimi effekt verir ki,melazmanın əmələ gəlməsinə səbəb olan xəstəlik aşkarlanıb tam müalicə olunsun.