Aknenin lazer müalicəsi
Fotona 5D– üz dərisinin qeyri-invaziv lazer yeniləmə metodları kompleksidir. Fotona 5D üzün orta və aşağı 1/3-nin kollagen karkasının yenilənməsi məqsədilə xarici və ağıziçi tətbiq olunan lazer texnologiyaları metodlarıdır. Nəticədə hiss olunan həcm effekti ilə bərabər dəri tonusunun və nəmliyinin bərpası baş verir.
2 dalğa uzunluqlu lazer şüalanmasının (ER:Yag və ND:Yag) və 5 patentləşmiş lazer texnologiyası dərinin səthi, orta və dərin birləşdirici toxuma strukturlarında unikal anti-age(qocalma əleyhinə) prosedurlar kompleksidir. Prosedurlar anesteziya olmadan, ardıcıllıq ilə həyata keçirilir. Fotona 5D prosedurlar kompleksi monoprosedurlara, məsələn fraksion lazer cilalamaya nisbətən daha effektlidir. Reabilitasiya müddəti 48 saatdan çox deyil. Fotona 5D prosedurları ilboyu həyata keçirilə bilər.
Fotona 5D fotona SP Dynamis/Spectro sistemlərində aparılır
- SmoothLifting – patentləşmiş Fotona SMOOTH(R) texnologiyasının tətbiqi. Neokollagenezin stimulyasiyası üçün yanaq və perioral nahiyəyə ER:Yag lazer ilə qeyri-ablativ inqilabi təsir metodudur. Qırışların hamarlanması və həcmlənməsi effekti dermal fillerlərin yeridilməsinə effektinə bənzəyir. Texnologiya lazerin tam və fraksion şüası ilə həyata keçirilir.
- FRAC3(R) – dermanın xırdanöqtəli koaqulyasiya effektinə hədəf-toxumaların ND:Yag lazerin cox güclü impulsu ilə nail olunur. Koaqulyasiya adacıqları bərabər şəkildə dermanın səthi və orta qatlarında yerləşir. Nəticədə, xüsusən defekt nahiyələrində, dermanın maksimal yenilənməsi baş verir. FRAC3 texnologiyası həm tək cavanlaşma proseduru kimi, həm də kombinəolunmuş metodikanın bir hissəsi kimi tətbiq oluna bilər. Prosedur nəticəsində toxumaların tonusu, nəmliyi və sıxlığı bərpa olunur.
- PİANO(R) – ND:Yag lazerin unikal çox uzun paket impulsu toxumaların 6-7 mm dərinliyində bərabər homogen qızmasına imkan verir. Çox uzun impuls toxumalar ağrısız böyük miqdarda istilik ötürməyə və biorevitalizasiya effekti almaga şərait yaradır. Yenilənməyə dermanın səthi, orta və dərin qatları məruz qalır.
- SupERficial – soyuq lazer pilinq texnologiyasınin istifadəsi ilə patentləşmiş səthi cilalama prosedurudur. Epidermisin buynuz qatının ləğv olunması hesabına dəridən işığın əks olunmasının dəyişilməsi metodikası. Lazerin tam və ya fraksional şüası ilə aparılır. Sahə üzrə əl manipulası və skaner istifadə olunur. SupErficial proseduru həm sərbəst, həm də kombinəolunmuş texnologiyanın bir etapı kimi tətbiq oluna bilər.
- Dərin fraksional cavanlaşma – Fraksional ER:Yag lazerin FS 01 manipulası ilə həyata keçirilir. Prosedurdan sonra dərin bütün qatları səviyyəsində dərin kollagenez mexanizmləri işə düşür. Nəticədə toxumaların liftinqi və yenilənməsi baş verir.