Lazer epilyasiya
Lazer epilyasiya-lazer şüalanması vasitəsilə tük follikullarını dağıdan radikal tüklərin ləğvi prosedurudu.
Lazer epilyasiya tibbi kosmetoloji prosedurdu və əsasən xüsusi lazerlə, Aleksandrit (755 nm),Diod (810 nm) və ND:Yag (1064 nm) lazerlə həyata keçirilir. Lazer şüası tüklərdə olan melanin tərəfindən udularaq qızır, nəticədə ətraf hüceyrələrin matriksi, tükləri qiadalandıran qan və limfatik damarlar, piy vəziləri məhv olur. Bir necə həftədən sonra tük məhv olmuş kökü ilə bərabər düşür.
Follikulların böyük qismi (80-90 %) yatmış vəziyyətdə, az qismi isə aktiv böyümə fazasında olur. Tüklərin maksimal ləğvi üçün 3-6 həftə intervalla prosedurlar seriyası lazım olur. Əbəttə prosedurların sayına tüklərin böyümə tempinə birbaşa təsir edən orqanizmin individual xüsusiyyətləri və işlənən ərazi ölçüsü təsir edir.
Prosedurların sayı lazerin gücündən və individual tüklənməyə meyylikdən asılı olaraq 6-10 ola bilər. Hormonal dəyişikliklər zamanı epilyasiya effekt verməyə bilər.
Göstəriş:
Lazer epilyasiya tibbi estetik prosedurdu və sırf pasiyentin istəyi ilə həyata keçirilir. Lakin bəzi hallarda bu prosedur artıq tüklərlə müabrizədə yeganə üsul kimi seçilir. Bu hallara aşağıdakılar aiddir:
- tüklər həddən artıq çıxır və yeniləri çox tez əmələ gəlir;
- depilyasiya prosedurlar (mum,şuqarinq və s.) dəridə qıcıqlanma və ağrı hissiyatı yaradır;
- tüklər dəriyə batır;
Prosedur 18 yaşdan yuxarı və tüklərinin rəngi tünddn açıq qəhvəyiyədək həm kişi, həm də qadınlar edə bilər. 18 yaşadək insanlarda prosedur valideynlərin icazəsi ilə aparılmalıdır.
Prosedura hazırlıq:
Baxmayaraq ki,epilyasiya faktiki olaraq kosmetoloji prosedurlar qrupuna aiddi,effektivlik və təhlükəsizlik baxımından aşağıdakılara riayət etmək lazımdı:
- 4 həftə ərzində birbaşa düşən günəş şüalarının altında qaralmaq və solyariyə getmək məsləhət deyil;
- Prosedura bir neçə gün qalmış tükləri qırxmaq lazımdı ki,mikroyanıqlar baş verməsin;
- Prosedura 1 həftə qalmış spirttərkibli losyonların,tonik və ya digər kosmetoloji vasitələrdən istifadəsini saxlamaq lazımdır;
- Prosedur günü dəridən bütün kosmetikanı təmizləmək lazımdir;
- Prosedur ağrılı olmasın deyə aybaşıdan 1 həftə əvvə və ya sonra aparmaq məsləhətdir;
Əks-göstərişlər:
- Mütləq:immun və onkoloji xəstəliklər, şəkərli diabet dekompensasiya mərhələsində, individual qəbul olunmazlıq, açıq və ağ tüklər;
- Nisbi:kəskin və xroniki xəstəliklər, 14 günluk qaralma, prosedur nahiyəsində çoxsaylı xalların olması, venaların varikoz genəlməsi, kelloid çapıqlara meyllik, qripp, KRVİ kəskin fazada, allergiya kəskinləşmə mərhələsində, hamiləlik, cinsi yetkinlik dövrünə qədərki yaş həddi, prosedur nahiyəsində yanıq, sıyrıq, zədənin olması;
Mümkün əlavə təsirlər və ağırlaşmalar:
- Dəri yanıqları;
- Çapıqlar;
- Follikulit (aşırı piy və tər ifrazına meylli pasiyentlərdə,ilk 1 həftə ərzində sauna və hamama ziyarət);
- Allergik reaksiyalar (anesteziya istifadəsi zamanı);
- Herpesin ağırlaşması (immuniteti zəfləmiş pasiyentlərdə);
- Konyuktivit (eynəyin gözə yaxşı oturmamasında və ya pasiyentin eynəkdən imtina etməsi nəticəsində lazer şüasının gözə düşməsi);
- Hiper və hipopiqmentasiya;
- Dərinin həssaslığı;
- Hematoma və qançır;
Əks-göstərişlər:
- Çox aşıq və ya ağ,həm də qırmızı saçlar-effekt olmayacaq;
- Şəkərli diabet (ancaq insulindənasılı forma);
- Epilyasiya zonasında herpesin kəskin formaları;
- Kəskin infeksion xəstəliklər;
- Hamiləlik və laktasiya müddəti (hamilələr üzərində yoxlanılmayıb);
- Tünd dəri (əsasən aleksandrit lazerə aiddi,diod lazerə əks-göstəriş deyil);
- Yeni qaralma (prosedurdan 2 həftə əvvəl və sonra birbaşa düşən günəş şüalarından qorunmaq lazımdı);
Lazer epilyasiyanın üstünlükləri:
- Lazer epilyasiya zamanı dərinin tamlığı pozulmur;
- Yüksək nəticə;
- Çapıq və qıcıqlanma qalmır;
- Prosedurun komfortlu olması;
- Nisbi təhlükəsilik və ağrının olmaması;