Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Dərin lazer cavanlaşma


Göstəriş:

  • üz ovalının qeyri-dəqiqliyi;
  • sərt və məsaməli dəri;
  • səthi və orta qırışlar;
  • “qazayağı”qırışları;
  • üz rənginin solğunluğu;
  • fotoqocalma;

Hal-hazırda lazer texnologiyaları sahəsindəki texnoloji sıçrayış nəticəsində təhlükəsiz,tez və yüksək effektiv dəri cavanlaşma – dərin lazer cavanlaşma mümkün olmuşdur. Bu metod üzün konturlarını yaxşılaşdıra,qırışları hamarlaşdıra və sizin üzünüzə cavanlığı qaytara bilər.

Dərin lazer cavanlaşma prosedurunun təsviri:

Dərin lazer cavanlaşma-yarım ilə qədər uzanan,4-6 seansdan ibarət olan,uzunmüddətli cavanlaşma effekti verən (5 il) və minimal bərpa dövrü tələb edən prosedurlar kursudur.

Dərin cavanlaşma prosedurları kursundan sonra yeni kollagen karkas formalaşır,dərinin səthi daha elastik olur,dərinin strukturu ,rəngi yaxşılaşır,üzün ovalı dəqəqləşir,qırışlar hamarlaşır.

Dərin lazer cavanlaşma prosedurunun mahiyyəti:

Dərin lazer cavanlaşma yeni kollagen karkasının etaplı qurulması prosedurudur.

Lazer şüası epidermisi zədələmədən dərinin dərin qatlarına – dermaya daxil olur.Lazer enrjisi kollagen liflərin qalınlaşmasına,yeni kollagenin sintezinə səbəb olur və nəticədə gəzlə görünən cavanlaşma və liftinq effekti yaradır.

Dərin lazer cavanlaşma prosedurunu ND:Yag LP və ND:Yag Q-Switched lazerləri vasitəsilə etmək mümkündür.


Prosedurdan sonrakı bərpa dövrü:


5-10 gün.İlk 2 gün ərzində ödem,qızartı və qabıqlanma ola bilər.


Prosedurlar kursu:


4-6 prosedur.


Dərin lazer cavanlaşmadan sonrakı effekt:


5 ilədək