
Botulotoksin
Botulotoksin – Clostridium Botulinum adlı bakterialar tərəfindən sintez olunan ekzotoksindir. Botulotoksin neyroparalitik təsir etməklə botulizm vəziyyətinə gətirib çıxarır. “botulinum” sözü latın sözü olan “botulus”-dan götürülmüşdür və kolbasa mənası verir.
Son vaxtlar yaşlanma əleyhinə, xüsusən də üzdəki qırışlarla mübarizədə, ən cox tətbiq olunan prosedur botulotoksin A tip-in inyeksiyalarıdır. Bu məqsədlə üzdəki əzələlərə yeridilən botulotoksin əzələlərin yığılması üçün vacib olan asetilxolinin sintezinə lazım olan bir necə zülalı parçalayır. Nəticədə 3-5 ay ərzində əzələlərin müvəqqəti iflici baş verir. 3-5 aydan sonra yeni sinapslar yaranır və əzələlərin işi bərpa olunur.
Botulotoksinin 7 serotipi (A,B,C1,D,E,F,G) var. Bunlardan ən güclüsü A serotipi-dir.
Botulotoksinin A ABŞ-da Botox (İrvin Pharmaceuticals), Böyük Britaniyada Disport (İpsen Products), Almaniyada Kseomin (Merz Pharmaceuticals), Yaponiyada Refinex (KC Pharmaceuticals), Çində Botulax və BTX, Cənubi Koreyada Neyronox (Medy-Tox İncorporated) və s. adları altında istehsal olunur.
Botulotoksın tibbdə 3 sahədə istifadə olunur:
- Nevrologiyada
- Oftalmologiyada
- Kosmetologiyada
Kosmetologiyada botulotoksin aşağıdakı göstərişlərdə tətbiq olunur;
- Alın qırışları;
- Qaşarasındakı qırışlar;
- Gözətrafı qırışlar (qazayağı qırışları);
- Burun üstündəki qırışlar ;
- Dodaqlardaki kisetşəkilli qırışlar;
- Üz əzələlərindəki asimetriyanı müalicə etmək məqsədilə;
- Boyun nahiyyəsindəki (platyzma) qırışlar;
- Hiperhidrozun (çox tərləmə) müalicəsi;
Əks göstərişlər
Mütləq əks göstərışlər:
- Hamiləlik və laktasiya dövrü;
- Botulotoksinə qarşı yüksək həssaslıq;
Nisbi əks göstərişlər:
- İnyeksiya nahiyəsində əzələ zəifliyi;
- Xroniki xəstəliklərin olması;
- İnyeksiya nöqtələrində infeksiyanın olması;
- Kəskin və xroniki infeksiyalar;
Əlavə təsirlər
- Qaşların ptozu (aşağı düşməsi);
- Blefarospazm (göz qapaqlarının spazmı);
- Dərialtı qansızma;
- Başağrıları;
- İnyeksiya yerində ödem və s.;
Bütün ağırlaşmalar hətta prosedur düzgün həyata keçirilən zaman başverə bilər, həkimin səhvi deyil və tam müalicə olunur
Prosedurun həyata keçirilməsi
- Əvvəl pasiyentə baxış keçirilir, prosedur olunacaq nahiyə müəyyən olunur;
- Sonra kontrol şəkillər cəkilir və pasiyent yazılı razılıq ərizəsini imzalayır;
- Prosedur nahiyəsi antiseptik məhlulla təmizlənir və markerlə nişanlanır;
- Preparatın dozası hesablanir və prosedur nahiyəsi buzla soyudulur(qansızmanın qarşısını almaq üçün);
- Botulotoksin müvafiq nahiyələrə yeridilir, buzla soyudulur və prosedur bitmiş hesab olunur;
- 2 həftədən sonra pasiyent təkrar həkimin qəbuluna gəlir, təkrar şəkillər çəkilir və ehtiyac olarsa korreksiya edilir.
Təkrar prosedur ancaq 5-6 aydan sonra həyata keçirilə bilər