QƏBULA YAZIL

Çapıqların lazer müalicəsi


Çapıq – dəridə travmadan sonra əmələ gələn sərtlifli birləşdirici toxuma törəməsidi.
Çapıqların müalicəsi metodunu və müddəti seçməzdən əvvəl çapığın növünü bilmək vacibdi.

Normotrofik çapıqlar pasiyentlər üçün ele də böyük təəsüf doğurmur. Belə çapıqlar dəri səthi ilə bir səviyyədə olur, rəngi və elastikliyi dəriyə çox yaxın olur.

Normotrofik çapıqların müalicəsi üçün kollagenin sintezi məqsədilə uzunimpulslu ND:Yag, ER:Yag və CO2 lazerlər, çapığın səthinin hamarlaşdırılması məqsədilə ER:Yag və CO2 lazerlər, çapığın səthində xırda kapilyarları ləğv etmək üçün isə rəngləyici əsasında olan lazer PDL və uzunimpulslu ND:Yag lazer istifadə olunur.

Atrofik çapılar əsasən sızanaq xəstəliyindən sonra və ya xal və papillomaların keyfiyyətsiz müalicəsi nəticəsində yaranır.Dartilmalar (striyalar) da atrofik çapıq sayılır. Atrofik çapıqlar dəri sətrindən aşağı olur,kollagenin sintezinin azalması səbəbindən bürüşük olur.Bu səbəbdən çapıq nahiyəsində kosmetik defekt yaradan batıqlar əmələ gəlir.

Atrofik çapıqların müalicəsində əsasən kollagenin sintezi məqsədilə uzunimpulslu ND:Yag lazer, ER:Yag və CO2 lazerlər,çapığın kənarlarının cilalaması məqsədilə ER:Yag və CO2 lazerlər, çapığın səthində xırda kapilyarları ləğv etmək üçün isə rəngləyici əsasında olan lazer PDL və uzunimpulslu ND:Yag lazer istifadə olunur.

Hipertrofik çapıqlar çəhrayı rəngdə olur,dəri səthindən yuxarı olur.Belə çapıqlar bir neçə il ərzində sərbəst itə də bilər.Müalicəyə asan tabe olduğu üçün uzun müddət özbaşına itməsini gözləməyə dəyməz.

Hipertrofik çapıqların müalicəsində kollageni sintezi qadağandı,ancaq çapığın səthinin hamarlaşdırılması məqsədilə ER:Yag və CO2 lazerlər,çapığın səthində xırda kapilyarları ləğv etmək üçün isə rəngləyici əsasında olan lazer PDL istifadə olunur.

Hipertrofik çapıqların bir növü də kelloid çapıqdır.Kelloid çapıqlar dəri səthində qabarıq olur.Əksər hallarda yandırma və qaşınma hissiyatı olur.Bu tip çapıqlar müalicəyə çətin tabe olur,tez-tez residiv verir və agressiv gedişli olur.

Kelloid çapıqların müalicəsində bəzi hallarda ancaq ER:Yag lazer istifadə oluna bilər.