Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Allergik övrə - Övrənin müalicəsi - Şəhla Mustafayeva (Pediatr-allerqoloq)

Övrə çox sıx rastlanan bir xəstəlikdir. 5 insandan biri həyatında bir dəfə də olsa övrə keçirdiyi məlumdur. Qaşınma və səpgilərlə yanaşı xəstələrdə sinir-psixoloji gərginliyə səbəb olan övrə həyat keyfiyyətini ciddi şəkildə pozan bir xəstəlikdir.

Övrə qırmızı, qaşıntılı, 24 saat içərisində heç bir iz buraxmadan itən , bədənin digər nahiyələrində yaranan qabarıqlıqlarla, köpəşimə şəkilli qaşıntılı səpgilərlə özünü göstərən xəstəlikdir. Səpgilər gicitgən otunun (latınca urtikar ) bədənə təması nəticəsində ortaya çıxan səpgilərə bənzədiyinə görə xəstəliyə urtikar adı da verilmişdir. Səpgilərin üzərinə barmaqla basdıqda rəngi solur. Səpgilər anidən yaranıb 24 saat ərzində öz-özünə itərək bədənin digər nahiyələrində əmələ gəlir. Qabarıqlıqlar bəzən birləşib, xəritə şəklində bütün bədəni əhatə edə bilər. Xəstələrin yarısında üzdə, dodaqlarda , göz qapaqlarında angioödem dediyimiz şişkinlik də yaranır. Qaşıntı və səpgilər gecə saatlarında daha da şiddətli olur. Sinir –psixoloji gərginlik, əsəb fonunda, qadınlarda aybaşı dövründə qaşıntılar da da artır.


Kəskin övrə


6 həftəyə qədər davam edən övrəyə kəskin övrə deyilir. Kəskin övrə çox vaxt müəyyən qida və dərman maddələrinin qəbulundan sonra və ya keçirilən virus infeksiyasından sonra yaranır. Qidaya bağlı övrə şübhəli qidanın qəbulundan 15-120 dəqiqə ərzində başlayır, nadir vaxtlarda saatlar sonra yaranar amma heç vaxt bir neçə gün sonraya qalmaz. Övrəyə səbəb olan qidalar çox vaxt süd, yumurta, fıstıq, qoz-fındıq, buğda, balıq, dəniz məhsullarıdır. Kəskin övrənin səbəblərindən biri də virus mənşəli infeksiyon xəstəliklər, dərmanlar- antibiotiklər, ağrıkəsicilər, iltihabəleyhinə , təzyiqəleyhinə dərmanlardır.

Övrə yaşda ortaya çıxa bilər. Övrə 6 həftədən artıq davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir tablo ortaya çıxır. Angioödem göz qapaqlarında, dodaqda, əllərdə şişlik şəklində görülür.

Kəskin övrənin 50%, xroniki övrənin 80% hallarda səbəbi bilinməməktədir.

Xroniki övrə müxtəlif orqanların xroniki xəstəlikləri ilə əlaqədar olaraq ortaya çıxa bilər. Sidik-cinsiyyət yollarının infeksiyası, mədə-bağırsaq xəstəlikləri, revmatoloji xəstəliklər, virus hepatitləri,onkoloji xəstəliklər, autoimmun xəstəliklər və s. fonunda yarana bilər. Xroniki övrə zamanı bir çox analizlərin verilməsinə ehtiyac olur.

Diaqnoz klinik müayinə əsasında qoyulur. Ətraflı alınmış anamnez çox vaxt övrənin səbəbini anlamağa imkan verir. Xroniki övrədə altda yatan səbəbi aydınlaşdırmaq üçün qaraciyərin, böyrəyin, tiroidin funksional testləri, nəcisin parazitoloji müayinəsi, hepatitlər və digər testlər baxılır.


Övrənin bir neçə növü vardır


  • Dermoqrafik övrə - dermoqrafizm dərinin sərt bir alətlə çizilməsi, ovulması zamanı, eləcə də paltarların sıxdığı nahiyələrdə yaranır.
  • Xolinergik övrə - bədən temperaturunun artmasına səbəb olan aktivlikdən sonra yaranır. Fiziki aktivlikdən, isti hamam, sauna sonrası, beden temperaturunun artması, psixoloji stress sonrası yaranır.
  • Soyuq övrəsi - Soyuq havadan , soyuq sudan sonra yaranır. Adətən bədənin açıq qalan sahəsində qollarda, ayaqlarda , üzdə, qulaqlarda yaranır. Soyuq su qəbulu sonrası ağız boşluğunda, dodaqda yaranır.
  • Günəş allergiyası - günəş şüasının birbaşa təsiri ilə yaranır. Günəşə çıxdıqdan bir neçə dəqiqə sonra dəridə səpgilərlə, qaşıntılarla özünü göstərir.
  • Akvagen övrə - hər hansı temperaturda su ilə təmas sonrası yaranır. Məsələn, əli-üzü yuduqdan sonra həmin nahiyədə səpgi və qaşınma yaranması .